Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1845/2025 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Kazımbəyli Rəşad Telman oğlu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 194.3 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissədən icarəyə götürən Cavabdeh MMC-yə verir. İcarə müddəti ##.##.2029-cu il tarixədək müəyyən edilmişdir.İlk 5 ay aylıq 4000 manat, qalan aylar üzrə aylıq 2500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 2.AZ-III seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ## ###### 2013-cü il təvəllüdlü Kazımbəyli Cahan Rəşad qızı Bakı şəhərində anadan olmuşdur.Atası Kazımbəyli Rəşad Telman oğlu, anası İddiaçıdır. 3.AZ-II seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ## ####### 2011-ci il təvəllüdlü Kazımbəyli Camal Rəşad oğlu Bakı şəhərində anadan olmuşdur.Atası Kazımbəyli Rəşad Telman oğlu, anası İddiaçıdır. 4.AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kazımbəyli Rəşad Telman oğlu ##.##.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının 21 günündə 731 № ilə qeyd edilmişdir. 5.##.##.2024-cü il tarixli X4 X8 görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş Kazımbəyli Rəşad Telman oğlunun vərəsələri arvadı İddiaçıdır. Miras əmlakdan 3/5 hissədə pay almalıdır.X5 Rəşad oğlu və qızı Kazımbəyli Cahan Rəşad qızı hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak isə ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixli, 011011006811-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri-yaşayış sahəsindən ibarətdir. 6.Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli İddiaçı ünvanlanmış məktuba cavabdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan yetkinlik yaşına çatmayan Kazımbəyli Camal Rəşad oğlu və Kazımbəyli Cahan Rəşad qızının onun himayəsində yaşadıqlarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2cı maddəsinin tələblərinə əsaslanaraq, Qayyumluq və Himayəçilik Komissiyası ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqı Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi 011011006811- 05301-******, qeydiyyat nömrəsi: 1124180956 və qeydiyyat tarixi: ##.##.2024-cü il) onlara məxsus payların onun adına özgəninkiləşdirilməsi və icarəyə verilməsinə etiraz etməmişdir. 7.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 3/5 hissədə ##.##.2024-cü il tarixdə, 1124180956 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 8.Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli hesabatdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırda bazar dəyəri yuvarlaq 972.600 manat, hazırki dövrə 1 m2 aylıq icarə haqqı 18 manat–194.30 m2 isə 3497.4 manat təşkil edir. 9.Pretenziya məktubundan görünür ki,Cavabdeh MMC ilə bağlanmış ##.##.2024 - cü il tarixli icarə müqaviləsinə 10 (on) gün ərzində xitam verilməklə xahiş edilmişdir ki, "xxxx" MMC Kazımbəyli Rəşad Telman oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilə üzrə üzərinizə düşən borc öhdəliyini yerinə yetirərək Kazımbəyli Rəşad Telman oğlunun qanuni varisi İddiaçı Oktay qızına olan "xxxx" MMC-nə aid 53242.2 (əlli üç min iki yüz qırx iki, iki qəpik) manat, "icarə haqqı və vurulmuş zərər qismində maddi vəsaitin ödənişini icra edilməlidir.Əks təqdirdə borcun alınmasına dair sizə qarsı Kommersiya məhkəməsində iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMCdən 27500 manat icarə haqqının və 173 manat dövlət rüsumunun, ümumilikdə 27673 manatın iddiaçı İddiaçı Oktay qızı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Kazımbəyli Rəşad Telman oğlu arasında ##.## 2024-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixli, 011011006811-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır.İcarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müqaviləsi ##.##.2024-cü il tarixdən ##.##.2029-cu ilə kimi bağlanılmışdır. ##.##.2024-cü il tarixdi icarə müqaviləsinin 4cü bəndinə əsasən, ilk beş aylıq 4000 (dörd min) manat, qalan aylar üzrə aylıq icarə haqqı 2500 (iki min beş) manat olması müəyyən olunmuşdur.Bildirmək istəyir ki, ##.##.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən icarəyə götürülmüş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsində yanğın hadisəsi baş araşdırma nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda icarə obyektində vermişdir. Baş vermiş yanğın hadisəsilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsində aparılmış quraşdırılmış kondisionerdə olan nasazlığın yanğının baş verməsinə səbəb kimi, eyni zamanda sözügedən kondisionerin də icarəçiyə məxsus olması müəyyən olunmuşdur.Qeyd etmişdir ki, baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurlar öncəki şirkət tərəfindən aradan qaldırılmasa da cavabdeh olduğundan icarə obyektində təmir işlərinin hansı əsaslarla aparacaqları üzrə razılaşmaları barədə onlara məlumat verilməmişdir.Qeyd etmişdir ki, "xxxx” MMC ilə bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən, ilk beş aylıq 4000 (dörd min) manat. qalan aylar üzrə aylıq icarə haqqı 2500 (iki min beş) manat olması müəyyən olunduğu halda icarəçi bu günə ümumi olaraq 27500 (iyimi yeddi min beş yüz) manat icarə haqqını ödəməmişdir.Bildirmişdir ki, həyat yoldaşı Kazımbəyli Rəşad Telman oğlu ##.##.2024-cü il tarixdə vəfat etmiş, * saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisinin ##.##.2024-cü il tarixli X4 hüququ haqqında şəhadətnaməyə əsasən o və övladları Kazımbəyli Camal Rəşad oğlu, Kazımbəyli Cahan Rəşad qızı ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixli, 011011006811-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinə dair mərhum yoldaşının qanuni vərəsələri qismində tanınmışdırlar. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2024cü il tarixli, ************-*****-****** nömrəli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsi 3/5 hissədə mənim, 1/5 hisslərədə övladlarının hüquqlarının qeydiyyatı həyata keçirilmişdir.Eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə övladları azyaşlı olduqları üçün ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri olanlara aid payların idarə edilməsi hüququ ona verilmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə cavabdehə qarşı iddia tələbinin qaldırılmasında subyektiv hüquqları mövcuddur.Cavabdeh MMC ilə Kazımbəyli Rəşad Telman oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirərək Kazımbəyli Rəşad Telman oğlunun qanuni varisi İddiaçı Oktay qızına olan 27500 (iyimi yeddi min beş yüz) manat icarə haqqının icra edilməsi barədə ##.##.2025-ci il tarixdə pretenziya məktubu göndərilsə də, heç bir şirkət öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. 12.Cavabdeh məhkəməyə ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istinad edilən yer onların müqavilə bağladıqları tarixdən öncə istifadə müddətində yanğın səbəbindən istifadəyə yararsız qalmışdır.Təmir edilərək onlara təhvil verilməmişdir. Son aldıqları məlumata əsasən yer sahibi öncəki müqavilə bağladıqları MMC sahibi ilə yerin təmir edilərək, təhvil verilməsi üzrə ortaq razılığa gəlmişdirlər. Bu iddianın əsassız sayılmasını məhkəmədən xahiş etmişdirlər. 13.##.##.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri-yşayış sahəsi icarəyə verilmişdir. Tərəflər icarə müqaviləsində ilkin mərhələ 5 aylıq 4000 manat, növbəti aylarda 2500 manat formasında nəzərdə tutulmuşdur. Faktiki icarə müqaviləsindən irəli gələn borc yaranmışdır. Cavabdeh MMC əsassız olaraq 27.000 manat borc yaranmışdır. Tələbləri də bu həcmdədir. Rüsum da daxil olmaqla 27673 manat pul tutulmalıdır.Tərəf əvvəlcədən də icarə obyektinin o şəkildə olduğunu bilmiş və qəbul etmişdir. 14.İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin müdafiəsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehdən 27500 manat icarə haqqından qalan borcun və 173 manat dövlət rüsumunun ümumi olaraq 27673 manat pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Hakim Aynur Behbudova) 16.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.3, 385.1, 442, 445.2.1, 684.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358, 360 və 362ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 17.İddiaçı İddiaçı apellyasiya şikayəti verib Sumqayıt şəhər məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə diqqət etdikdə, hakim iddia tələbinin əsaslı olmamasını sübut edəcək dəlilləri qətnaməsində əsaslandıra bilməyərək qətnamədə sadəcə mülki qanunvericiliyin maddələrini sadalamaqla işini bitmiş hesab etmiş, nəticədə qanuni olmayan ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir. Aşağıda qeyd edəcəyi əsaslarla məhkəmənin gəldiyi nəticənin əsassız olması sübut olunur, bu səbəbdən qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. 19.Belə ki, Cavabdeh MMC ilə Kazımbəyli Rəşad Telman oğlu arasında ##.##.2024-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixli, 011011006811-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müqaviləsi ##.##.2024-cü il tarixdən ##.##.2029-cu ilə kimi bağlanılmışdır. ##.##.2024-cü il tarixli icarə müqaviləsinin 4-cü bəndinə əsasən, ilk beş aylıq 4000 (dörd min) manat, qalan aylar üzrə aylıq icarə haqqı 2500 (iki min beş) manat olması müəyyən olunmuşdur. 20.Bildirmək istəyir ki, ##.##.2023 - cü il tarixdə “xxxx” MMC tərəfindən icarəyə götürülmüş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda icarə obyektində quraşdırılmış kondisionerdə olan nasazlığın yanğının baş verməsinə səbəb kimi, eyni zamanda sözügedən kondisionerin də icarəçiyə məxsus olması müəyyən olunmuşdur. 21.Bildirmək istəyirlər ki, baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurlar öncəki şirkət tərəfindən aradan qaldırılmasa da cavabdeh icarə əmlakını olduğu vəziyyətdə icarəyə götürülməsini qəbul etmiş və ilkin icarəçi şirkətin səlahiyyətli şəxsləri ilə aralarında yaxın münasibətlər olduğundan icarə obyektində təmir işlərinin hansı əsaslarala aparacaqları üzrə razılaşmaları barədə onlara məlumat verilməmişdir. Tərəfindən Cavabdeh MMC ilə Kazımbəyli Rəşad Telman oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirərək Kazımbəyli Rəşad Telman oğlunun qanuni varisi İddiaçı Oktay qızına olan 27500 (iyimi yeddi min beş yüz) manat icarə haqqının icra edilməsi barədə ##.##.2025–ci il tarixdə pretenziya məktubu göndərilsə də heç bir şirkət öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Bildikləri kimi, Mülki qanunverciliyə əsasən, öhdəliklərin yaranmasının əsasını müqavilə yəni əqdlər təşkil edir. Eyni zamanda əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə çoxtərəfli əqd olduğu üçün onda tərəflərin hər biri üçün hüquq və vəzifələr müəyyən edilir. Hazırkı mübahisə üzrə də tərəflər arasında bağlanılmış müqavilə hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, yanğın hadisəsindən sonra obyektin bərpası, təhvil-təslim aktının tərtibi və ya icarə müqaviləsinin davam etdirilməsi barədə tərəflər arasında yeni razılaşma əldə edilməmişdir. Halbuki tərəflər arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinə dair cavabdeh Cavabdeh MMC ilə ##.##.2024-cü il tarixdən ##.##.2029-cu ilə kimi icarə müqaviləsi bağlanılan zaman icarə obyektində ##.##.2023-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Belə ki, yanğın hadisəsi cavabdehin icarədə olduğu müddətdə baş verməmişdir ki, bu baş verdikdən sonrakı münasibətlərdə məhkəmənin qeyd etmiş olduğu hallar barədə tərəflər arasında əlavə razılmaşma barədə sənəd imzalansın. Qeyd edir ki, tərəflər özləri icarə obyektinin bu şəkildə icarəyə götürülməsi barədə razılığa gəlmişlər və bu müddətdə cavabdeh tərəfindən hər hansı bir etiraz və ya icarə müqaviləsinə xitam verilməsinə dair iddiaçıya müraciət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərarında qeyd edilir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında ərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Həmçinin məhkəmə qətnamədə qeyd edir ki, icarəçinin təqsiri olmadan baş vermiş fors-major (yanğın və s.) hallarda icarəçi məsuliyyət daşımır. İcarə obyekti yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən müqavilə faktiki qüvvədən düşmüşdür. Cavabdehin təqsiri olmadan baş vermiş fors-major halı mövcuddur. Məhkəmənin bu mövqeyinə dair qeyd etmək istəyirlər ki, icarə münasibətlərinə başlayan zaman icarəyə götürən icarəyə verilən obyektin hansı vəziyyətdə olduğunu əvvəlcədən görümüş, buna dair özü sərbəst və müstəqil qərar qəbul edərək icarə obyektinə dair icarə müqaviləsi bağlamışdır. Yuxarıda qeyd etdiləri kimi iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından da görünür ki, icarə obyektində yanğın ##.##.2023–cü il tarixdə yəni hazırkı mübahisə üzrə tərəflər arasında icarə müqaviləsi bağlanmasından 5 ay qabaq baş vermişdir. Belə olduğu təqdirdə tərəflər arasında bağlanılmış müqavilənin məhkəmənin dediyi kimi faktiki qüvvədən düşməsindən söhbət gedə bilməz. Bu onu göstərir ki, məhkəmə iş üzrə səthi araşdırma aparmışdır. İş üzrə cavabdeh Cavabdeh MMC–nin səlahiyyətli nümayəndəsi və direktoru icarə müqaviləsini bağlayan zaman icarə obyektinin faktiki vəziyyətini görməklə obyektin bu şəkildə icarəyə götürülməsinə razılıq verməklə müstəqil qərar vermişdir. Kimsə onları bu müqavilənin bağlanılmasına məcbur etməmiş, onlar da icarə müddətində icarəyə götürülmüş obyektin bu şəkildə müqavilə ilə tərəflərindən icarəyə verilməsinə hər hansı bir etiraz etməmişdir. Onu da qeyd edir ki, icarəçiyə tərəflərindən məhkəmədən öncə pritenziya göndərildikdən sonra belə onun tərəfindən onlara heç bir etiraz edilməmiş, məhkəmə tərəfindən dəfələrlə ona bildiriş göndərilməsinə və birbaşa məhkəmə zalından telefon əlaqəsi saxlanılmasına baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməmiş, yalnız ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istinad edilən yer onların müqavilə bağladıqları tarixdən öncə istifadə müddətində yanğın səbəbindən istifadəyə yararsız qalmışdır. Təmir edilərək onlara təhvil verilməmişdir. Cavabdehin etirazında qeyd etmiş olduğu əsalarla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, tərəflər arasında bağlanılmış ##.##.2024-cü il tarixli icarə müqaviləsində icarə obyektinin təmir edilməklə cavabdeh Cavabdeh MMC-yə təhvil verilməsi öhdəliyinə icraəçi olaraq üzərlərinə öhdəlik götürülməsinə dair heç bir şərt müəyyən olunmamışdır. İcarəçi olaraq icarə obyekti bu şəkildə icarəyə verilmiş icarəyə götürən cavabdeh də icarə obyektini gördüyü şəkildə icarəyə götürmüşdür. Bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2003 –cü il tarixli qərarında qeyd edilir ki, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Konstitusiya məhkəməsinin qeyd edilən qərarlarında da əsas olaraq bildirilir ki, tərəflər arasında müqavilə bağlanılarkən hər iki tərəfin iradə sərbəstliyinin və hüquq bərabərliyinin təmini həmin razılaşmanın tam qanuni əsası kimi müəyyən edilir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə işin araşdırlmasına səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən maddi və prossesul pozğuntu etməklə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mülki qanunverciliyə əsasən, öhdəliklərin yaranmasıın əsasını müqavilə yəni əqdlər təşkil edir. Eyni zamanda əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə çoxtərəfli əqd olduğu üçün onda tərəflərin hər biri üçün hüquq və vəzifələr müəyyən edilir. Hazırkı mübahisə üzrə də tərəflər arasında bağlanılmış müqavilə hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə sanki sübut etməyə çalışmışdır ki, guya tərəflər arasında müqavilə bağlanıldıqdan sonra yanğın hadisəsi baş vermiş və bundan sonra obyektin bərpası, təhvil-təslim aktının tərtibi və ya icarə müqaviləsinin davam etdirilməsi barədə tərəflər arasında yeni razılaşma əldə edilməmişdir. Halbuki tərəflər arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 194.3 kv/m olan qeyri yaşayış sahəsinə dair cavabdeh Cavabdeh MMC ilə ##.##.2024-cü il tarixdən ##.##.2029 -cu ilə kimi icarə müqaviləsi bağlanılan zaman icarə obyektində ##.##.2023–cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Belə ki, yanğın hadisəsi cavabdehin icarədə olduğu müddətdə baş verməmişdir ki, bu baş verdikdən sonrakı münasibətlərdə məhkəmənin qeyd etmiş olduğu hallar barədə tərəflər arasında əlavə razılmaşma barədə sənəd imzalansın. Qeyd edir ki, tərəflər özləri icarə obyektinin bu şəkildə icarəyə götürülməsi barədə razılığa gəlmişlər və bu müddətdə cavabdeh tərəfindən hər hansı bir etiraz və ya icarə müqaviləsinə xitam verilməsinə dair iddiaçıya müraciət edilməmişdir. Yuxarıda da qeyd etdikləri kimi müqavilə bağlanılan zaman icarə obyektində yanğın 5 ay qabaq başqa icarəçinin istifadəsi zamanı baş vermişdir ki, məhkəmənin bu nəticəyə gəlməsi tamamilə əsassız olmuşdur. Bundan əlavə, bildirmək istəyir ki, icarə münasibətlərinə başlayan zaman icarəyə götürən icarəyə verilən obyektin hansı vəziyyətdə olduğunu əvvəlcədən görümüş, buna dair özü sərbəst və müstəqil qərar qəbul edərək icarə obyektinə dair icarə müqaviləsi bağlamışdır. Yuxarıda qeyd etdikləri kimi iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat istintaq idarəsinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından da görünür ki, icarə obyektində yanğın ##.##.2023–cü il tarixdə yəni hazırkı mübahisə üzrə tərəflər arasında icarə müqaviləsi bağlanmasından 5 ay qabaq baş vermişdir. Belə olduğu təqdirdə tərəflər arasında bağlanılmış müqavilənin məhkəmənin dediyi kimi faktiki qüvvədən düşməsindən söhbət gedə bilməz. Bu onu göstərir ki, məhkəmə iş üzrə səthi araşdırma aparmışdır. Bütün bu faktalar təəssüf ki, məhkəmə tərəfindən araşdırılmamış, eyni zamanda tərəfimizdən məhkəmədə əsaslar olaraq qeyd edildiyi halda hakim bu faktlara qəbul edilmiş məhkəmə aktında ümumiyyətlə münasibət belə bildirməmişdir. Bundan əlavə, məhkəmə sübutlara qiymət verərkən birtərəfli münasibət göstərməklə tərəflərindən təqdim edilmiş sübutların qanunla əsassızlığı və ya qarşı tərəfin hansısa təqdim etmiş olduğu sübutla təkzib edilməsi məsələsinə toxunmamışdır. Bundan əlavə, qətnaməyə diqqət etdikdə tərəfindən məhkəmədə qeyd etdiyi əsaslar qətnamədə bütünlüklə belə öz əksini tapmamışdır. Sanki iddiaçı olaraq kifayət qədər iddia tələbini əsaslandırmağa çalışdıqları halda cavabdehin bir cümlə sözü mübahisənin taleyini həll etmişdir. Bu onu göstərir ki, məhkəmə tərəflərindən təqdim edilmiş sübutlara qərəzli yanaşmışdır. Məhkəmə tələblər üzrə hər tərəfin istinad etdiyi halın sübutetmə hissəsinə də birtərəfli münasibət göstərmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 22.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 23.Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. 24.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 25.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 26.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 29.Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 30.Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 34.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 37.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 40.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 42.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Apellyasiya şikayətindən görünür ki, iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 45.Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 46.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 47.Apellyator şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, tələbini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. 48.Kollegiya apellyasiya şikayətində qeyd edilən “baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurlar öncəki şirkət tərəfindən aradan qaldırılmasa da cavabdeh icarə əmlakını olduğu vəziyyətdə icarəyə götürülməsini qəbul etməsi” ilə bağlı bildirir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının “xxxx” MMC-yə qarşı yanğın səbəbindən öz əmlakına dəymiş ziyanla bağlı görülməli tikintitəmir və bərpa işlərinin dəyəri olan 43242.2 manat məbləğində pul vəsaitin tutulmasına dair tələbi təmin edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, yanğına görə dəymiş olan zərər iddiaçı tərəfindən “xxxx” MMC-dən tutulduğundan təmir-tikinti işlərinin cavabdeh tərəfindən aparılmasına dair öhdəliyin mövcudluğu ağlabatan hesab oluna bilməz. 49.Digər tərəfdən, müqavilənin şərtlərində bu öhdəliyin Cavabdeh MMC tərəfindən öz üzərinə götürülməsi ilə bağlı müddəaların olması müəyyən edilməmiş, əksinə İcarə müqaviləsinin 8-ci bəndində qeyd edilmişdir ki, “İcarəçi” “İcarəyə verən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. 50.Belə olan halda kollegiya hesab edir ki, icarə müqaviləsinin şərtlərində bu bəndin olması cavabdeh tərəfindən təmir-tikinti işlərinin aparılmasına dair öhdəliyin öz üzərinə götürülməsini istisna edir. 51.Odur ki, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, yanğın hadisəsindən sonra obyektin bərpası, cavabdehə təhvil-təslim olması müəyyən olunmadığından, hazırki iddia təmin oluna bilməz. 52.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 53.Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 54.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. 55.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 56.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). 57.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 58.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 59.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. 60.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 61.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1845/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1845/2025
02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver