Məhkəmə qərarları › İş №2(105)-1849/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1849/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1849/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X46 İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X46 İddiaçı ASC-nin Ləğvedicisi “X2 Company” MMC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 1.490.000 (bir milyon dörd yüz doxsan min manat) manat əsas borc, 947.352.28 (doqquz yüz qırx yeddi min üç yüz əlli iki manat 28 qəpik) manat faiz borcu olmaqla, cəmi 2.437.352.28 (iki milyon dörd yüz otuz yeddi min üç yüz əlli iki manat 28) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 16 faiz olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və layiqincə yerinə yetirmədiyindən cavabdehə borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh 04 oktyabr 2016-cı il tarixdə banka ünvanlandığı məktubda onun banka 300.000 manat deyil, 1.490.000 manat kredit borcu olduğu bildirmiş, qeyd olunan məktuba əlavə olunmuş sənədlərdən İddiaçı ASC və Cavabdeh, X25, X18, X35, X10, X26, X13, X40, X27 və X21 arasında borcun ödənilməsinə dair üç tərəfli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə yuxarıda qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə borc məbləği hazırda iş üzrə Cavabdeh üzərinə yönəldilmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi X39 03 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Mərkəzi Kredit Reyestrinin məlumatlarından və 28 dekabr 2012-ci il tarixli cədvəldə adları göstərilən doqquz nəfər fiziki şəxsin kredit müqavilələri üzrə borc məbləğləri ötürülmə müqavilələrinə əsasən bir milyon yüz doxsan min manat məbləğində kredit borcunun ötürmə yolu ilə Cavabdeh adına köçürüldüyü bildirilmişdir. Alınmış kredit məbləğindən əsas borc ödənilməmiş, 7.325.64 manat isə faiz borcu ödənilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə banka 06 sentyabr 2016-cı il tarixə ümumilikdə 1.490.000 manat əsas borcu, 947.352.28 manat faiz borcu olmaqla, cəmi 2437,352.28 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 23 may 2007ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 16 faiz olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və X25 arasında bağlanılmış 28 avqust 2006-cı il tarixli, 12 saylı kredit müqaviləsindən görünür ki, bank Dəyanət İlyasova bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 100.000 manat kredit vermiş, 30 avqust 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 15 faiz dərəcəsi, 30 avqust 2008-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 180 gün artırılaraq illik 18 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X18 arasında bağlanılmış 30 oktyabr 2006-cı il tarixli, 24 saylı kredit müqaviləsindən görünür ki, bank X11 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 100.000 manat kredit vermiş, 30 oktyabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 15 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X35 arasında bağlanılmış 30 oktyabr 2006-cı il tarixli, 24 saylı kredit müqaviləsindən görünür ki, bank X28 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 90000 manat kredit vermiş, 30 oktyabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 15 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X7 arasında bağlanılmış 11 aprel 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank X5 altı ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 50.000 manat kredit vermiş, 27 dekabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X29 arasında bağlanılmış 29 iyun 2006-cı il tarixli 05 saylı kredit müqaviləsindən görünür ki, bank X19 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 120.000 manat kredit vermiş, 29 iyun 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılmış, 29 iyun 2008-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 180 gün artırılaraq illik 16 faiz dərəcəsi, 09 fevral 2009-cu il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 180 gün artırılmaqla illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X13 arasında bağlanılmış 28 dekabr 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank X8 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 1.200.000 manat kredit vermiş, 28 dekabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X40 arasında bağlanılmış 28 dekabr 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank X36 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 50.000 manat kredit vermiş, 28 dekabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X27 arasında bağlanılmış 28 dekabr 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank X20 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 60.000 manat kredit vermiş, 28 dekabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. İddiaçı ASC və X21 arasında bağlanılmış 28 dekabr 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank X14 bir il müddətinə, illik 12 faiz dərəcəsi ilə 50.000 manat kredit vermiş, 28 dekabr 2007-ci il tarixli razılaşma müqaviləsi ilə kreditin ödənilmə müddəti 360 gün artırılaraq illik 16 faiz dərəcəsi müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC-nin direktoru Natiq Abdullayevə ünvanladığı 04 oktyabr 2016-cı il tarixli məktubda İddiaçı ASC-dən 300.000 manat kredit götürdüyünü, 28 dekabr 2012-ci il tarixli borcun köçürülməsi müqaviləsinə əsasən digər 9 nəfər şəxsin 1.190.000 manat kredit öhdəliyinin mövcud olduğunu və qısa zaman ərzində öhdəliklərini yerinə yetirəcəyini bildirmişdir. Borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə Cavabdeh X15 banka olan 100.000 manat əsas borc və 58.497.74 manat faiz borcunu, X9 100.000 manat əsas borc və 119.206,23 manat faiz borcunu, X22 90.000 manat əsas borc və 107.207.50 manat faiz borcunu, X4 500.000 manat əsas borc və 185.179.93 manat faiz borcunu, X16 120.000 manat əsas borc və 78.560.22 manat faiz borcunu, X6 120.000 manat əsas borc və 82.453.45 manat faiz borcunu, X33 50.000 manat əsas borc və 34.355.80 manat faiz borcunu, X17 60.000 manat əsas borc və 41.236,55 manat faiz borcunu və X12 50.000 manat əsas borc və 34.355,80 manat faiz borcunu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə bazarına nəzarət palatasının mərkəzi kredit reyestr xidmətinin mərkəzləşdirilmiş kredit reyestrindən 19-5/2692 saylı çıxarışdan görünür ki, 28 dekabr 2012-ci il tarixli borcun köçürülməsi müqaviləsi ilə Cavabdeh Əfln oğlunun İddiaçı ASC-nə 1.490.000 manat borclu olması qeydə alınmışdır. Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddiaçı X46 İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddiası təmin edilib, Cavabdeh 1.490.000 (bir milyon dörd yüz doxsan min) manat əsas borc, 947.353.28 (doqquz yüz qırx yeddi min üç yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu, cəmi 2.437.352,28 (iki milyon dörd yüz otuz yeddi min üç yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin ləğvedici “X3 Company” MMC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 431.1, 442, 443.1, 448.1, 448.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 80, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımı qaydada məulmatlandırılmamış və barəsində məhkəmə icraatının başlandığından bu və ya digər məlumatı belə olmamışdır. Bu xüsusatı təkzib edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. 5 ildən çoxdur ki, Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsi Yol evi massivi adlanan ünvanda yerləşən fərdi evdə yaşayır. ünvan 3ində qeydiyyatı formal xarakter daşıyır. Sözügedən ünvanda yaşayan digər şəxslər tərəfindən də bu ünvana göndərilmiş məhkəmə bildirişləri ona çatdırılmamış və ya təqdim olunmamışdır. Bu səbəbdən də ona qarşı iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə iclasında iştirakı təmin edilsəydi, hazırkı iş üzrə mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərdi və belə olan təqdirdə məhkəmə onun bu ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddianı tam həcmdə rədd edərdi. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı işin materiallarından görünür ki, "xxxx" ASC iflas proseduru çərçivəsində ləğvetməyə məruz qalmamışdan əvvəl onunla bağlanmış kredit müqavilələri üzrə iddia müddətinin ötürüldükdən sonra məhkəməyə müraciət olunmuşdur. Bank yuxarıda sözügedən bankın ləğvedicisi "X2 Company" MMC hazırkı iş üzrə iddia müddətini ötürdükdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə isə məhkəmə iclasında iştirak edə bilməməyinin səbəbindən və mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməkdən məhrum olduğundan iddia müddəti ötürülmüş tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir ki, bunula da qanunvericiliklə təsbit olunan və qorunan hüquqları kobud şəkildə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Yazılı etirazda göstərilmişdir ki, Cavabdeh apellyasiya şikayəti verib, iddia müddətinin tətbiq edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi əsassız və qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə borcun köçürülməsi barədə müqavilə rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən 1.190.000 manat əsas borc və 741.119,22 manat faiz borcu öhdəliyini əlavə olaraq Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ASC-nin ləğvedicisinə rəsmi məktub ünvanlayaraq yaranmış borc məbləğini etiraf etmiş, həmin borc məbləğinin qısa zaman ərzində ödəyəcəyini bildirmiş və həmin məktuba Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi Cavabdeh xx.xx.2016-cı il tarixli məktubu ilə borcu etiraf etmiş və bununla da iddia müddətinin axımı kəsilmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı X46 İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin nümayəndəsi X30 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdehin kredit borcu işdə olan sübutlarla və maliyyə arayışı ilə təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 134.1, 134.1.1 – 134.1.9-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini, məhkəmə bildirişini, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını, iş üzrə icraatın qurtardığını göstərən qərardadı, məhkəmə əmrini, apellyasiya şikayətinin surətini və kassasiya şikayətinin surətini rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. və 135.2- ci maddələrinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi barədə dəlili araşdırılan zaman müəyyən olur ki, iş materiallarında cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu ünvan 3i ünvanına məhkəmə bildirişi göndərilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 yanvar 2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, Zayıdov X23 rayonu, Ərəbşalbaş kəndində daimi qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır. Qanunvericiliyin tələbinə görə cavabdeh öz ünvanını dəyişdirməsri barədə məlumat verməli olduğu halda heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bildirişləri məhkəməyə məlum olan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmış və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, qanunvericiliyin tələbinə görə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, hazırki mübahisə üzrə iddia müddətinin tətbiq olunub, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsindən ibarətdir. Azərbaycan Respublikası MM-nin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə apellyantın dəlili əsassız və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə borcun köçürülməsi barədə müqavilə rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən 1.190.000 manat əsas borc və 741.119,22 manat faiz borcu öhdəliyini əlavə olaraq Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ASC-nin ləğvedicisinə rəsmi məktub ünvanlayaraq yaranmış borc məbləğini etiraf etmiş, həmin borc məbləğinin qısa zaman ərzində ödəyəcəyini bildirmiş və həmin məktuba Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi Cavabdeh xx.xx.2016-cı il tarixli məktubu ilə borcu etiraf etmiş və bununla da iddia müddətinin axımı kəsilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar