Məhkəmə qərarları › İş №2(105)-185/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-185/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-185/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-197/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-587/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, **********05914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus ünvan 1 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı, 81,3 kv.mümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat müəyyən edilməklə, açıq hərracda satılması və mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına xx.xx.2014-cü il tarixli, **********05914 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 43136 ABŞ dolları 48 sent məbləğində əsas borc, xx.xx.2017-ci il tarixədək illik 18 % dərəcəsi ilə hesablanmış 14801 ABŞ dolları 0,96 sent məbləğində adi faiz üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hər gecikdirilən il üçün Mərkəzi Bankın müəyyən etdiyi 5% uçot dərəcəsinə uyğun olaraq hesablanmış əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat çəkilmiş xərclərin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh, X1, X2, X3 ve X8 oğlundan müştərək qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh, X1, X2, X3, X8 oğlu, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-335/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)587/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh qətnamə ilə tutulması göstərilən 14801,96 ABŞ dolları məbləğində adi faiz borcu 14414,82 ABŞ dolları həddində müəyyən edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 32 saylıevin 65 saylı mənzilin hərracdakı ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7056/2019 №-li qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-335/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. **********05914 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərti ilə, 58000 ABŞ dolları kredit verilmişdir.

5. “Bakı Hərrac Mərkəzi” MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 237/21 №li protokoldan və müqavilədən görünür ki, keçirilmiş hərraclarda mənzil satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 54187,50 (əlli dörd min bir yüzsəksən yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9334 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən “Xalq” Bank ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları; 05 noyabr 2014-cü il tarixli, **********05914 saylı kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh 02 noyabr 2022-ci il tarixə (iddia həcmi artırılan tarixə) “Xalq” Bank ASC-nə olan borcu 34870,32 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 11261,48 ABŞ dolları, faiz borcu üzrə 14700,50 ABŞ dolları, faiz borcu (illik 5%-lə ə.ç.f) 8908,34 ABŞ dolları. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “21214” saylı hesabda cərimə (“70110”) faizlərinin hesablandığı əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borclana, “70110” saylı hesabın isə “Alınmış cərimələr, peniya, dəbbə pulu və s.məbləğlər - milli valyutada” aid olduğu müəyyən edilmişdir. Bundan başqa Mülki Məcəllənin 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yəni hesabdan çıxarışa əsasən (“21214”) “vaxtı keçmiş faiz borcu”-na görə cərimə (“70110”) faizləri hesablanmışdır. Belə olduğu halda, 03 may 2019-cu il tarixli, **********82719 saylı kredit müqaviləsi üzrə Cavabdeh cərimə borcu hesablanmamışdır.

7. Borc məbləğinin hesablanmasına dair Bankın arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2023-cü il tarixə 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 9334,03 (doqquz min üç yüz otuz dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 32826,79 (otuz iki min səkkiz yüz iyirmi altı ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 68245,84 (altmış səkkiz min iki yüz qırx beş ABŞ dolları 84 sent) ABŞ dolları borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xxxx Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4852,85 (dörd min səkkiz yüz əlli iki ABŞ dolları 85 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 21931,31 (iyirmi bir min doqquz yüz otuz bir ABŞ dolları 31 sent) ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 52869,18 (əlli iki min səkkiz yüz altmış doqquz ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə, Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 359,64 (üç yüz əlli doqquz manat 64 qəpik) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir.

9. İddiaçı xxxx xx.xx.2022-ci il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********05914 №li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 8902,34 (səkkiz min doqquz yüz iki ABŞ dolları 34 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 22897,92 (iyirmi iki min səkkiz yüz doxsan yeddi ABŞ dolları 92 sent) ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 57885,28 (əlli yeddi min səkkiz yüz səksən beş ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə, Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 359,64 (üç yüz əlli doqquz manat 64 qəpik) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir.

10. İddiaçı xxxx xx.xx.2023-cü il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********05914 №li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 9334,03 (doqquz min üç yüz otuz dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 32826,79 (otuz iki min səkkiz yüz iyirmi altı ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 68245,84 (altmış səkkiz min iki yüz qırx beş ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində pul vəsaiti və xx.xx.2023cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə, Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 406,02 (dörd yüz altı manat iki qəpik) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı (bundan sonra “Bank” və ya “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 18 % (on səkkiz) faiz ödəmək şərtilə 58 000 (əlli səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı, 81,3 kv.m ümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********05914/ip №-li İpoteka müqaviləsi (bundan sonra - «İpoteka müqaviləsi») bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02 iyul 2018-ci il tarixli, 2(060)-587/2018 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, **********05914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus ünvan 1 ünvanında, 6-cımərtəbədə yerləşən 4 otaqlı, 81,3 kv.mümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat müəyyən edilməklə, açıq hərracda satılması və mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına xx.xx.2014-cü il tarixli, **********05914 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 43136 ABŞ dolları 48 sent məbləğində əsas borc, xx.xx.2017-ci il tarixədək illik 18 % dərəcəsi ilə hesablanmış 14801 ABŞ dolları 0,96 sent məbləğində adi faiz üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hər gecikdirilən il üçün Mərkəzi Bankın müəyyən etdiyi 5% uçot dərəcəsinə uyğun olaraq hesablanmış əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat çəkilmiş xərclərin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh, X1, X2, X3 ve X8 oğlundan müştərək qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh, X1, X2, X3, X8 oğlu, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsi ilə (bundan sonra “Qətnamə” adlandırılacaq) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-587/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh qətnamə ilə tutulması göstərilən 14801,96 ABŞ dollarıməbləğindəadifaiz borcu 14414,82 ABŞ dolları həddində müəyyən edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, 6- cımikrorayon, 32 saylıevin 65 saylı mənzilin hərracdakı ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7056/2019 №-li qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-335/2019 nömrəli iş üzrə 27 may 2019-cu iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Bakı Hərrac Mərkəzi” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 237/21 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 01 sentyabr 2021-ci il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 54187,50 (əlli dörd min bir yüzsəksən yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixə bu məbləğ 21931,31 (iyirmi bir min doqquz yüz otuz bir ABŞ dolları 31 sent) ABŞ dolları təşkil etmişdir. İpoteka predmeti hesabına İddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borcalanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2017-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) xx.xx.2022-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 8902,34 (səkkiz min doqquz yüz iki ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, Cavabdeh tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 % (on beş faiz) dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009- cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək zərərin və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-197/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsi üzrə 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcun, 14700,5 (on dörd min yeddi yüz ABŞ dolları 50 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 9334,03 (doqquz min üç yüz otuz dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 35296,01 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 270 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 21.2, 425.1, 448.1, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(060)-197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın xx.xx.2014-cü il tarixli **********05914 №-li Kredit müqaviləsi üzrə 11261,48 (on bir min iki yüz altmış bir ABŞ dolları 48 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 14823,54 (on dörd min səkkiz yüz iyirmi üç ABŞ dolları 54 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2017-ci il tarixədək illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc tələbi hissəsində iş üzrə icraata xitam verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, işin mübahisəndirməyən hallarından göründüyü kimi, hazırkı mübahisəyə əsas olan kredit müqaviləsi üzrə iddiaçı ilə aralarında öncə də məhkəmə mübahisəsi olmuş, həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında öhdəliyin təminatı olmuş ipoteka predmeti yaşayış sahəsi satılaraq kredit üzrə əsas, adi faiz və əldən çıxmış faydanın əvəzi olaraq hesablanmış borcun ödənilməsinə yönəldilmişdir. O, kredit götürərkən həmin mənzilin dəyəri kredit məbləgini artıqlamasıyla qarşılayırdı. Əks halda bankın kredit mütəxəssisləri göstərilən kreditin ayrılmasına müsbət rəy verməzdilər. Hamıya məlum olduğu kimi ölkəmizdə ardarda 2015-ci il ərzində manatın dollara münasibətdə devalvasiyası baş vermişdir. Bu səbəbdən artıq bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmamışdır. Nəticədə məhkəmə aktına əsasən kredit müqaviləsi üzrə 43136 ABŞ dolları 48 sent məbləğində əsas borc, 14414,82 ABŞ dolları adi faiz borcu və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əldə çıxmış faydanın əvəzi olaraq hesablanmış borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmışdır. İcra icraatı qaydasında Hərracın yekunları haqqında 237/21 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 01 sentyabr 2021ci il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 54187,50 (əlli dörd min bir yüz səksən yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlak borc müqabilində Bankın balansına keçmiş, beləliklə kreditor icranı qəbul etmişdir. Hərracdan sonra mənzili könüllü şəkildə banka təhvil vermişdir. Hesab edir ki, artıq borc tələbi qətnamə ilə ipoteka predmetinə yönəldiyi üçün həmin tarixdən sonrakı dövr üçün icranın gecikdirilməsində onun təqsiri yoxdur, hər hansı mülki məsuliyyət daşımır. Belə ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.

16. Həmçinin qeyd edir ki, əsas borcun və adi faiz borcun tutulmasıyla bağlı artıq qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda məhkəmə yenidən eyni əsaslarla eyni tərəflər arasında eyni tələb üzrə - hazırkı tələbin əsas və adi faiz borcun tululması hissəsində işə mahiyyəti üzrə yenidən baxıb qiymət verir. Belə ki, öncəki məhkəmə mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən adi faiz borcu 14414,82 ABŞ dolları müəyyən edildiyi halda, həmin hala məhkəmə yenidən qiymət verərək adi faiz borcunun 14700,5 ABŞ dolları məbləğində olmasını müəyyən edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il Konstitusiya Məhkəməsi Plenumunun Qərarları

29. “Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlımüddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-cimaddələri). Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən azfaiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatıaparmış olacağınısübuta yetirməsini tələb etmir. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər.”

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir.

40. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18 % faiz ödəmək şərtilə 58000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı, 81,3 kv.m ümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

43. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı “xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 02 iyul 2018-ci il tarixli, 2(060)-587/2018 nömrəli qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək, ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında əsas borc, faiz üzrə borc, 5% uçot dərəcəsinə uyğun olaraq hesablanmış əldən çıxmış faydanın əvəzi cavabdehlər Cavabdeh, X1, X2, X3 ve X8 oğlundan müştərək qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh, X1, X2, X3, X8 oğlu, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-587/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7056/2019 №-li qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-335/2019 nömrəli iş üzrə 27 may 2019-cu iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından onun alınması banka təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Mənzil alqı-satqı ilə 54187,50 manat qiymətinə 01 sentyabr 2021-ci il tarixdə bankın mülkiyyətinə keçmişdir.

45. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borcalanın başqa əmlakından almaq hüququ yaranmışdır.

46. Beləliklə, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfin hazırda tələb etdiyi pul məbləği ipoteka predmetinin satışından sonra əldə olunmuş vəsait çıxıldıqdan sonra, qalıq əsas və faiz puludur ki, həmin məbləğlər ipoteka predmetinin satışından əldə olunmuş vəsaitlə tam əhatə olunmamışdır.

47. Apellyasiya şikayətinin “əsas borcun və adi faiz borcun tutulması ilə bağlı artıq qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda məhkəmənin yenidən eyni əsaslarla eyni tərəflər arasında eyni tələbə baxılması” dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, əgər Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-587/2018 nömrəli qətnaməsi mübahisəli kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka pretmetinə yönəldilməsi ilə bağlı olmuşdusa, hazırkı iddia tələbi kredit müqaviləsi üzrə borcun və əldən çıxmış faydanın tutulması ilə bağlıdır. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur.

48. Kollegiya cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verərək bildirir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün əsaslı deyildir.

49. Belə ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-197/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-197/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar