Məhkəmə qərarları › İş №2(105)-1853/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1853/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1853/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) ərizənin təmin edilməsi, Cavabdeh1 vəkili-nümayəndəsi X3 Abşeron Rayon Məhkəməsinin 2(012)-1748/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1748/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Əli qızından 15 may 2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə 1295,66 manat əsas borc, 44 manat cərimə, 24 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 142,02 manat borcu, cəmi 1481,68 manat kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 vəkili nümayəndəsi R.F.Umudov apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni rəsmi qaydada əldə etsə də, həmin dövrdə dünyada və ölkədə yayılmış COVİD-19 pandemiyasına əsasən xüsusi karantin rejimi ilə əlaqədar şikayət vermə müddətini 1 ay olaraq ötürmüşdür. İddiaçının vəkili nümayəndəsi bunun üzrlü hal kimi qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş bir aylıq prosessual müddət üzürlü səbəblərdən ötürüldüyündən, cavabdehlərin apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə təmin edilmişdir. Cavabdehin müddət bərpası ərizəsinə baxılması haqqında iclasdan xəbəri olmamışdır. Məhkəmə iddiaçının lazımi şəkildə məlumatlandırmamaqla onların hüquqlarından məhrum etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(012)-1748/2020 saylı qərardadın ləğv edilməsini, ərizənin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.B.İsmayılov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 may 2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə 1295,66 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 0 manat faiz borcu, 449,37 manat cərimə, 24 fevral 2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 142,02 manat borcun, cəmi 1887,05 manat borcu, 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)1748/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsi cavabdehlərə 27.10.2020-ci il tarixdə rəsmi qaydada göndərilmişdir. Cavabdeh1 23.11.2020-ci il tarixdə xəbərnaməyə imza atmaqla qətnaməni əldə etmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi X6 tərəfindən təqdim edilən apelyasiya şikayəti isə məhkəməyə 16.02.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə müddətin bərpasının üzrlü halı kimi cavabdehin vəkili-nümayəndəsinin dəlilinə münasibətdə qeyd edir ki, məlum olduğu kimi COVİD-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 14 mart 2020-ci il tarixdən ölkə ərazisində sosial izolyasiya qaydaları tətbiq olunmuş, 14 dekabr 2020-ci il tarixdən isə məlum olduğu kimi bir daha karantin qaydaları sərtləşdirilmiş, xüsusi karantin rejimi elan edilmiş, vətəndaşların yaşayış yerlərini tərk etmələrinə qadağa qoyulmuşdur. Məhkəmə işin müəyyən edilən bu hallarına məcmu qiymət verərək cavabdehin vəkilinümayəndəsinin müddətin bərpası barədə dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcələnin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcələnin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Samir Muradzadənin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 26 fevral 2021-ci il tarixli 2(012)-1748/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar