Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1859/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-550/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-550/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia tələbi qismən təmin edilmiş, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X5 üç yaşı tamam olana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi isə 150 (yüz əlli) manat miqdarda alimentin tutulması, alimentin tutulmasının 26 aprel 2022-ci il tarixdən hesablanması, Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2(029)- 550/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək, tərəflərin birgə nikahdan olan uşaqları, 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı qıznın xeyrinə tutulan alımentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ayda 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin müəyyən olunmasını, habelə 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X5 3 yaşları tamam olanadək hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi olaraq hər ayda 200 (iki yüz) manat Cavabdeh əlavə sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin müəyyən olunmasına, habelə azyaşlı uşaqları 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X5 3 yaşları tamam olanadək hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat əlavə sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 20 noyabr 2018-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 01 sentyabr 2019-cu il təvəllüdlü X11 və 30 iyul 2020-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. O, cavabdehdən ayrılmış və aralarındakı nikah pozulmuşdur. Qusar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(029)-935/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, cavabdehdən azyaşlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarda alimentin tutulması qət edilmişdir. Cavabdehin ona ödədiyi 240 (iki yüz qırx) manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir, onlara yemək və paltar almağa belə kifayət etmir. O, cavabdehlə ayrıldıqdan sonra başqa yaşayış yeri olmadığı üçün hal-hazırda azyaşlı uşaqları ilə kirayədə qalmağa məcburdur. Lakin cavabdehin ödədiyi cüzi aliment uşaqların yemək və paltarlarına bəs etmədiyi üçün o kirayə pulunu ödəyə bilmir. Onda olan məlumata görə cavabdeh Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisində qaldırıcı kranın krançısı işləyir və hər ay 2200 (iki min iki yüz) manatdan artıq əmək haqqı alır. Yuxarıda qeyd etdiyi hallar nəzərə alınmaqla cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ayda 386 (üç yü səksən altı) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Bildirmişdir ki, azyaşlı uşaqların hər ikisi 3 yaşına çatmamış uşaqlardır. Böyük uşağı X7 3 yaşı 01 sentyabr 2022-ci ildə, balaca uşağı X5 3 yaşı isə 30 iyul 2023-cü il tarixdə tamam olacaqdır. Ona görə də, cavabdehdən uşaqların 3 yaşları tamam olanadək əlavə olaraq hər uşağa görə 100 manat olmaqla, cəmi olaraq 200 (iki yüz) manat əlavə sabit məbləğdə aliment tutularaq ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(029)-550/2022 saylı qətnaməsi ilə razı deyil. Belə ki, “Azərbaycan Respublikasında 2022- il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunun bu tələbinə baxmayaraq məhkəmə alimentin miqdarını artırmamış, Qusar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(029)-935/2021 saylı qətnaməsinə əsasən hər uşağa təyin edilmiş aylıq 120 manat sabit pul məbləğində əsassız olaraq saxlamışdır. Halbuki, hər uşağa aylıq 120 manat sabit pul məbləğində təyin edilmiş aliment hal-hazırki şəraitdə uşaqların saxlanması üçün qəti surətdə kifayət etmir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermişdir. Qeyd olunan hallar nəzərə alınmaqla şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi X13 şikayətlə razılaşmayaraq rədd edilməsini xahiş etdilər. Əlavə etdilər ki, Teymur bel yırtığından əziyyət çəkir, əməliyyat olunmuşdur. Bu səbəbdən də işləyə bilmir. Cavabdeh həmçinin məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayış təqdim edərək, hazırda işsiz olmasını, bu səbəbdən daha artıq miqdarda aliment ödəməyə imkanının olmamasını bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Qusar Rayon Qeydiyyat Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 01 sentyabr 2019-cu il tarixdə Qusar rayonu Yasab kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yenə iş materiallarında olan AZ-İV 486990 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 30 iyul 2020-ci il tarixdə Qusar rayonu Yasab kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(029)-935/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 20 noyabr 2018-ci il tarixli, 184 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01 sentyabr 2019-cu il təvəllüdlü X11 və 30 iyul 2020-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi isə 240 (iki yüz qırx) manat miqdarda aliment tutulması qət edilmişdir. Mülki işdə olan Qusar Rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 210 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı azyaşlı uşaqlarla birlikdə Qusar rayonu Yasaboba kəndində yerləşən, atası X4 məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan 18 mart 2022-ci il tarixli, MŞİH-15770 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin miqdarının artırılmasına, qızıl-zinyət əşyalarının və ya onların dəyərinin qaytarılmasına dair mübahisə üzrə 18 mart 2022-ci il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında 31 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh hal-hazırda işaxtaran( işi və qazancı olmayan şəxs) statusuna malikdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddaçının apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-550/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 20 noyabr 2018ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01 sentyabr 2019-cu il təvəllüdlü X11 və 30 iyul 2020-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Qusar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(029)-935/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən azyaşlı uşaqların saxlanması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarda alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulan övladlarının saxlanmaları üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin müəyyən olunması, habelə azyaşlı uşaqları 01 sentyabr 2019-cu il təvəllüdlü X7 və 30 iyul 2020-ci il təvəllüdlü X5 3 yaşları tamam olanadək hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat əlavə sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, hazırkı halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olmamışdır. Əksinə, iş materiallarına əlavə edilmiş arayışdan görsənir ki, cavabdeh hazırda işaxtaran şəxs kimi qeydiyyatdadır. Digər tərəfdən cavabdeh tərəfin izahatından məlum olur ki, cavabdeh bel yırtığından əziyyət çəkir, əməliyyat olunmuşdur. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin, tərəflərin birgə nikahdan olan Təlim və Tehran adlı övladlarının mənafeyi, o cümlədən iddiaçının həmin uşaqlara görə işləyə bilməməsini nəzərə alınaraq həmin uşaqların 3 yaşı tamam olana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 75 manat, cəmi isə 150 manat miqdarda aliment tutulması barədə mövqeyi il razılaşır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında cavabdehin hər ay ümumilikdə 386 manat alimenti ödəmək imkanının olması barədə hər hansı bir mötəbər sübut növü təqdim edilmədiyindən alimentin miqdarının artırılmasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-550/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1859/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1859/2022
06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver