Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1863/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə» dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. 19.03.2021-ci il tarixdə İddiaçı ASC iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus 2002-ci il buraxılışlı, ban: WDB2030351A305190 olan, göy metalik rəngli, **-NL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsi, həmin qərardadın icrasını Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə və Azərbaycan Respublikasının müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi N.Novruzov şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 22 may 2019-cu il tarixli SUNPU-0775-KMP saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh2 ilə 22 may 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə bildirir ki, tərəflər arasında pul tələbidir və avtomobil cavabdehin mülkiyyətindədir. Həbsin əmlaka qoyulmaması, gələcəkdə qətnamənin icrası üçün lazımdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(060)-2724/2021 saylı qərardadını ləğv edib, ərizənin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.Ş.Abdullayev şikayətin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirib, qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, hazırkı mülki iş üzrə iddianın predmeti Cavabdeh2 məxsus 2002-ci il buraxılışlı, ban: WDB2030351A305190 olan, göy metalik rəngli, **-NL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180” minik markalı nəqliyyat vasitəsi deyil, pul tələbidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmaqla iddianı təmin etmək üçün tədbir görülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbayjan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Natiq Novruzovun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 19 mart 2021-ci il tarixli 2(060)-2724/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1863/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1863/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver