Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1868/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin (keçmiş "xxxx" Lizinq Şirkəti QSC) nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin (hazırda "xxxx" MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı lizinq obyektinin qaytarılması, lizinq borcu və lizinq mükafatının tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia ərizəsi qismən təmin edilib, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli X5i müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 100 ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37,818,74 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 10 manat hissəsinin iddiaçı "xxxx" QSC-yə aid edilməsi, 20 manat hissəsinin isə Cavabdeh1 alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, X5 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətində, Cavabdeh1 isə istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m, 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması və məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 50 manat hissəsinin iddiaçı "xxxx" QSC-dən, 100 manat hissəsinin isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2125/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(102)-2258/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 01.09.2014-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas 11879 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi borcu 39495 ABŞ dolları məbləğində vəsaitin tutulması, müqaviləyə əsasən "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətində, Cavabdeh1 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evinin boşaldılaraq "xxxx" Lizinq Şirkəti QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsasladırmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B saylı X5 Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 25000 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. Bununla da, Cavabdeh1 25497,20 ABŞ dolları məbləğində borcu illik 24 faiz, olmaqla, 48 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 01.09.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 təhvil verilmişdir. Cavabdeh Lizinq Müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş məbləği mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh X5i müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə 05.05.2017-ci il tarixə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu 13263, dəbbə borcu 1777 ABŞ dolları olmaqla, cəmi borcu 39495,74 ABŞ dolları məbləği təşkil edir. Eyni zamanda X5i müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış 01.09.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, lizinq obyektini geri qaytarmamışlar. 01.09.2014-cü il tarixli, 2376D/14/B saylı X5i müqaviləsinin 13.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Müqavilənin 13.5-ci bəndinə əsasən lizinq obyekti geri alındıqda, lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. X5i müqaviləsinin 6.1-ci bəndində qeyd edilir ki, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan etibarən lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, həmin fərdi yaşayış evini o özü lizinq şirkətinə 20.000 manata satmış, lizinq şirkəti isə onunla eyni gündə həmin evə dair dəyəri 25.000 manat təşkil edən lizinq müqaviləsi bağlamışdır. Həmçinin iddiaçının heç bir əsas olmadan həmin pulun xarici valyutada-ABŞ dolları ilə qaytarılması barədə tələbi əsassızdır. Onun məhkəmə iclasında iştirakı təmin edilsə idi, iddia müddətinin tətbiqi barədə ərizə verə bilrədi, çünki işdən görünür ki, lizinq şirkəti hazırkı iddianı qaldırarkən qanunla nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Bundan başqa, şirkətin ondan əsas məbləğdən gecikmə borcunu tələb etməsinin də nə qanuni, nə də müqavilə əsası vardır. Onun müqavilə üzrə ödənişləri də nəzərə alınmamış, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, işdəki sübutlar üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin (keçmiş "xxxx" Lizinq Şirkəti QSC) nümayəndəsi X6 şikayətlə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O, bildirdi ki, iddia ərizəsindəkindən fərqli olaraq Cəmiyyət lizinq üzrə borcunu manatla tələb edir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş 01 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evini alıcı "xxxx" Lizinq Şirkəti QSC-yə 20000 manata satmışdır. İş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC və Cavabdeh1 arasında bağlanmış 01.09.2014-cü il tarixli, 2376D/14/B nömrəli X5i müqaviləsinin, həmin müqaviləyə 1 nömrəli və 2 nömrəli (lizinq obyektinin təhvil-təslim aktı) əlavənin təsdiq olunmuş surətindən görünür ki, lizinq verən dəyəri 25000 manat olan lizinq obyekti - Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin sahəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq alan təsdiq edir ki, lizinq obyekti onun tərəfindən lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı lizinq obyektində heç bir qüsur aşkar edilməmişdir, lizinq obyekti lizinq müqaviləsinin şərtlərinə uyğundur, tərəflərin bir-birinə qarşılıqlı tələbləri yoxdur. Yenə iş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC (Lizinq verən) və Cavabdeh1 (Lizinq alan) arasında 01.09.2014-cü il tarixdə bağlanmış 2376D/14/B saylı X5i müqaviləsinə əlavədən (təhvil-təslim aktı) görünür ki, satıcı yuxarıda qeyd olunan ümumi dəyəri 20000 AZN olan lizinq obyekini alıcıya təqdim edir, alıcı isə qeyd olunan əmlakı sonradan lizinq vermək məqsədi ilə öz mülkiyyətinə qəbul edir. Alıcı təsdiq edir ki, əmlak onun nümayəndələri tərəfindən lazimi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlaka dair heç bir qüsur aşkar edilməmişdir. Yenə də iş materiallarında olan 01 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 X5i müqaviləsi üzrə lizinq alan Cavabdeh1 Lizinq verən "xxxx" Lizinq Şirkəti QSC qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti Cavabdeh1 ilə birgə öz üzərinə götürmüşlər. İşdə olan 17.05.2017-ci il tarixli məktubun surətindən görünürki, Cavabdeh1 01.09.2014-cü il tarixli, 2376D/14/B saylı X5i müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 3 (üç) iş günü müddətində ödənilməsi, əks halda lizinq obyektinin qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" QSC tərəfindən xəbərdar olunmuşdur. Yenə işdə olan 05.05.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B saylı X5i müqaviləsinə əsasən 05.05.2017-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə əsas borcu 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə üzrə 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları cəmi 39495,74 ABŞ dolları borcu vardır. Yenə də işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 m2, 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" Lizinq Şirkəti QSC-nin daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində 20.10.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2018-ci il tarixli, 21905 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına və 01 sentyabr 2014-cü il tarixli 2376D/14/B saylı X3 qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 05 may 2017-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu 37.379,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 05.05.2017-ci il tarixə əsas borcu üzrə 24237,62 ABŞ dolları və faiz borcu üzrə 13142,13 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC-nin 15 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01 sentyabr 2014-cü il tarixli 2376D/14/B saylı X4 üzrə 15 iyul 2020-ci il tarixə əsas borc 6895 manat, 12183 manat əsas məbləğdən gecikməyə görə borc, 12133 manat lizinq mükafatı, 1394 manat dəbbə, 148 manat sığorta məbləği olmaqla, 32753 manat borcu vardır. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 9/3913 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına və 01 sentyabr 2014-cü il tarixli 2376D/14/B saylı X3 qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 17 aprel 2018-ci il tarixə "xxxx" Lizinq Şirkəti QSC-yə olan borcu 43364,24 məbləğində müəyyən edilir, o cümlədən əsas borcu üzrə 24448,06 manat və faiz borcu üzrə 18916,18 manat təşkil edir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)-1216/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 01 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evini "xxxx" Lizinq Şirkəti QSC-yə 20.000 manata satmışdır. Eyni tarixdə eyni tərəflər arasında bağlanmış X5i müqaviləsinə əsasən, Lizinq Şirkəti tərəfindən ümumi dəyəri 25.000 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Həmçinin, müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Lizinq Şirkəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi "xxxx" Lizinq Şirkəti QSC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 20 oktyabr 2014-cü il tarixdə qeydə alınmışdır. Lizinq alan Cavabdeh1 müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyindən "xxxx" Lizinq Şirkəti QSC tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsini məhkəmə qaydasında tələb etmişdir. İşdən görünür ki, bu müqavilə 48 ay müddətinə bağlanmışdır və onun müddəti bitmişdir. Lakin hər bir halda, məhkəmə kollegiyası hesab edir ki, müqaviləyə xitam verilməsi barədə lizinq şirkətinin tələbinə qiymət verilməlidir. Qeyd edildiyi kimi, 01 sentyabr 2014-cü il tarixli lizinq müqaviləsini üzrə 22.09.2017-ci il tarixə cəmi 3418 manat ödəniş etmiş, bununla da o, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası şağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə müvafiq olaraq, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə Mülki Məcəllənin 748-1.8-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə müvafiq olaraq,lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı ücün ödəniş tələb etmək hüququ vardır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, lizinq verən müqavilə öhdəliklərinə uyğun olaraq lizinq obyekti hesab olunan yaşayış evini lizinq alana vermiş, lakin sonuncu müqavilə şərtlərini pozmuş, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə aparmamış, xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə öhdəliklərini pozmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 iyul 2020-ci il tarixli arayışda X4nə əsasən Cavabdeh1 etdiyi ödənişlər öz əksini tapmışdır. Həmin arayışa əsasən onun15 iyul 2020-ci il tarixinə qədər ödənilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat olmuşdur. Ona görə də daha öncə sadalanan maddi hüquq normalarına əsasən iddiaçının lizinq verən olaraq pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır. Qeyd edildiyi kimi müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə digər cavabdehlərlə 01 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən, «Zamin» lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tamamilə icra etməsi üçün "xxxx" Lizinq Şirkəti QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi ücün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqa sözlə, istinad olunan maddi hüquq normalarına əsasən iddaçının lizinq alanla yanaşı digər cavabdehlərdən də öhdəlikərin icrasını tələb etmək hüququ vardır. Nəticədə lizinq alanla yanaşı zaminlərdən də müştərək qaydada əsas borc olaraq 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat olmaqla iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsindən görünür ki, lizinq şirkəti cavabdehlərə özünün 15 iyul 2020-ci il tarixli maliyyə arayışı ilə 1394 manat cərimə borcu hesablamışdır. Məhkəmə kollegiyası işin hallarını, cavabdehlərin maddi durumunu nəzərə alaraq belə hesab edir ki, dəbbə pulu borcunun məbləği – 1394 manat tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmalıdır. Onlardan müştərək qaydada 100 manat məbləğində dəbbə pulu borcunun tutulması ağlabatan və ədalətlidir. Bu hal Mülki Məcəllənin 467-ci maddəsinin dispozisiyasına uyğundur. Həmin maddəyə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görünür ki, "xxxx" Lizinq Şirkəti QSC cavabdehlərdən həm də 12183 əsas məbləğdən gecikməyə görə borc tələb edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bu borcun hesablanma mexanizmini, borcun yaranma əsasını izah edə bilmədi. Qeyd edilən lizinq müqaviləsində bu cür borcun tutulması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Digər tərəfdən, mülki qanunvericilikdə də, lizinq münasibətləri üzrə əsas məbləğdən gecikməyə görə borc anlayışı yoxdur. Bu kateqoriyadan olan öhdəliklər üzrə maliyyə cəzası kimi dəbbə pulu borcu (cərimə borcu) rol oynayır. Hazırkı mübahisə üzrə cavabdehlərə cərimə borcu tətbiq edildiyindən yenidən onların bu cür vəsaitlə yüklənmələri yolverilməzdir və heç bir əsası yoxdur. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Lizinq obyektinin təhvil verilməsi barədə tələbə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Tərəflər arasında bağlanmış 01.09.2014-cü il tarixli lizinq müqaviləsinə görə lizinq alan əmlakın dəyərini tam ödədikdən sonra əmlakın mülkiyyət hüququ lizinqə verəndən lizinq alana keçə bilər. Hazırkı mübahisə üzrə isə Cavabdeh1 isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, lizinq müqaviləsi üzrə borcu yaranmış, "xxxx" Lizinq Şirkəti QSC isə həm borcunu, həm də mülkiyyətində olan lizinq obyektini geri tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı bank qeyd edilən evin mülkiyyətçisidir və onun hazırki tələblə çıxış etməsi qanuni və əsaslıdır. Bu tələb daha öncə qeyd edildiyi kmi Mülki Məcəllənin 748-1.12.4-cü və 748- 1.8-ci maddələrinin şərtlərinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin mübahisəli yaşayış evi üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda Cavabdeh1 müdaxiləsindən müdafiə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi nə qədər qüsurlu olsa da, həmin müqavilə mübahisələndirilməmişdir, həmin müqavilənin 8.3-cü bəndinə görə tərəflər razılaşmışlar ki, müqavilənin valyutası manatdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəf müqaviləyə uyğun ödənişin manatla hesablanması və aparılması barədə öz mövqeyini bildirmiş və bununla bağlı məhkəməyə 15.07.2020-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin arayışa əsasən isə cavabdehlərin 15 iyul 2020-ci il tarixinə qədər ödənilməmiş əsas borcu 6895 manat, lizinq mükafatı 12133 manat, həmçinin sığorta məbləği 148 manat təşkil edir ki, bu məbləğlərdə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı "xxxx" Lizinq Şirkəti QSC iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir və buna görə də onun iddiası qismən təmin olunmalıdır. Eləcə də cavabdeh apelyator da öz dəlillərini qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilməli, ekspertiza xərcləri isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(012)- 1216/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 2376D/14/B nömrəli X5i müqaviləsinə əsasən əsas borc üzrə 6895 manat, lizinq mükafatı üzrə 12133 manat, dəbbə pulu borcu üzrə 100 manat, sığorta borcu üzrə 148 manat olmaqla, cəmi 19276 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" QSC-yə (hazırda "xxxx" MMC) ödənilsin. Lizinq obyekti-Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli, ümumi sahəsi 68.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 istifadəsindən alınıb boşaldılaraq "xxxx" Lizinq Şirkəti QSC-yə (hazırda "xxxx" MMC) qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid aid edilsin. Keçirilmiş ekspertizalarının xərci olaraq cəmi 300 manat pulun 150 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 150 manatı isə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-dən (hazırda "xxxx" MMC) alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1868/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1868/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver