Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1875/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 393/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)- 393/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2109 (iki min doqquz) manat məbləğində kredit borcu, 556 (beş yüz əlli altı) manat faiz borcu, cəmi 2665 (iki min altı yüz altmış beş) manat 47 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin «FİNCA Azerbaijcan» MM QBKT-in xeyrinə tutulması qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən cavabdeh Paşayev Tərlan Tofiq oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 2109.00 AZN, faiz borcuna görə 556.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2665.00 (iki min altı yüz altmış beş manat )AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin həqiqi hallarını araşdırmamış, iddiaçının iddia ərizəsini köçürməklə kifayətlənmişdir. Məhkəmə kredit məbləğinin verildiyi tarixdən sonra həmin kredit müqaviləsi üzrə onun tərəfindən banka hansı məbləğdə pul vəsaitinin köçürülməsini, ödənilmiş məbləğin əsas borc və ya faiz borcundan silinməsini araşdırmamış, bununla bağlı bankdan arayış tələb etməmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləğin hansı müddətlər üçün hesablanmasını araşdırmamışdır. Odur ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)393/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflə məhkəmə iclasına gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-393/2021 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 13.01.2020-ci il tarixli, **********0140 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli, **********0140 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 13.01.2020-ci il tarixli, **********0140 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 24.06.2020-ci il tarixli, **********0190 saylı Saziş imzalanmış, müqavilə üzrə bu sazişin imzalandığı tarixə əsas qalıq borc 2109 manat müəyyən edilmiş, tərəflər arasında yeni ödəniş cədvəli tərtib edilmiş və ödənişin başlama tarixi 27.07.2020-ci il, son ödəniş tarixi isə 27.07.2021-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 2109.00 AZN, faiz borcuna görə 556.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2665.00 (iki min altı yüz altmış beş manat) AZN təşkil edir. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin çox hesablanmasını bildirməklə qətnamə ilə tutulan borcu mübahisələndirmişdir. İş materiallarından görünür ki, tərəflər arasında 13.01.2020-ci il tarixli, **********0140 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 30.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Daha sonra, 13.01.2020-ci il tarixli, **********0140 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 24.06.2020-ci il tarixli, **********0190 saylı Saziş imzalanmış, müqavilə üzrə bu sazişin imzalandığı tarixə əsas qalıq borc 2109 manat müəyyən edilmiş, ödənişin son müddəti 27.07.2021-ci il tarixi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat maliyyə arayışında 24.11.2020-ci il tarixinə olan borc məbləğini tələb etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə kreditora borcu yaranmasını, kredit müqaviləsinin təminatı olaraq buna görədə kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehdən tələb edilməsi tam əsaslı olmasını müəyyən etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1ci, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 2109 manat məbləğində kredit borcu, 556 manat faiz borcu, cəmi 2665 manat 47 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti «FİNCA Azerbaijcan» MM QBKT-in xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olsa da, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. İş üzrə keçirilmiş 20 sentyabr 2021-ci il tarixli, 9/4385 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 24.11.2021-ci il tarixinə borcu, əsas borc üzrə 2109 manat, faiz borcu üzrə 546,58 manat təşkil edir. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh faiz borcu üzrə 546,58 manat təşkil edir ki, bu da iddia ərizəsində olan faiz borcundan azdır. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, cavabdehdən iddia tələbində qeyd edildiyi kimi müvafiq olaraq cavabdehdən faiz borcu üzrə 546,58 manat məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətində iddia ərizəsində tələb edilən borc məbləğini mübahisələndirmiş, məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert rəyində cavabdehin borcu müəyyən edilmiş və keçirilmiş ekspert rəyi ilə də iddia ərizəsində tələb edilən faiz borcu məbləği arasında fərq olduğu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamə əsas borca dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müqavilə üzrə əsas borcun 2109 manat olması ekspert rəyi ilə də təsdiqini tapmışdır Bundan əlavə iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili ilə razılaşmaq olmaz. Cavabdehin dəlilləri keçirilmiş ekspertizanın rəyi ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)- 393/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh 556 (beş yüz əlli altı) manat faiz borcunun, ümumilikdə 2665 manat borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcu üzrə 546,58 manat, ümumilikdə 2655,58 manat məbləğində pulun tutulması müəyyən edilməli, qətnamə qalan hissədə qəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)- 393/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh 556 (beş yüz əlli altı) manat faiz borcunun, ümumilikdə 2665 manat borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh faiz borcu üzrə 546,58 manat, ümumilikdə 2655,58 manat məbləğində pulun tutulması müəyyən edilsin. Qətnamə qalan hissədə qəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1875/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1875/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver