Məhkəmə qərarları › İş №2(105)-1876/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1876/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1876/2020 23.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilib, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 140 (yüz qırx) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 15 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsinin dəyişdirilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxx 2012-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Jasmin adlı bir nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, azyaşlı Jasmin onun himayəsində saxlanmış və onun yetkinlik yaşına çatana qədər saxlanması üçün 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Aldığı aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda heç bir yerdə işləmir və cavabdeh ona heç bir maddi köməklik göstərmir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş alimentin artırılaraq Cavabdeh onun xeyrinə hər ay 160 (yüz altmış) manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilmiş alimentin artırılaraq Cavabdeh onun xeyrinə hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən «Uşaq hüquqları haqqında» Konvensiyanın 5, 27-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78,112-ci maddələrinin, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun və prosessual qanunvericiliyin normaları pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilib, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbi pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, heç bir yerdə işləmir, çox çətinliklə də olsa ailəsini dolandırır. İddiaçının qeyd etdiyi əsaslar halhazırda onun ikinci nikahından olan uşaqlarının da təlabatının ödənilməsini zəruri hesab edir. İddiaçı tez-tez uzunmüddətli xaricdə olur və uşağına valideynləri baxır. Birinci instnansiya məhkəməsi onun ailə vəziyyətini nəzərə almamış, Ailə Məcəlləsinin tələbinə əsasən uşağın saxlanmasında və mənəvi-psixoloji inkişafında eyni cavabdehlik daşıyan valideynlərdən birinin vəziyyətini yaxşılaşdırmaqla digərinin vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddiaçının verdiyi apelyasiya şikayətini müdafiə edib, cavabdehin verdiyi apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdhin verdiyi apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, tərəflər nikahlarını xx xxxxx 2012-ci ildə rəsmi qeyd etdirməklə evlənmiş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Jasmin adlı uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayədə qalması, aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında olan xx xxxxx 2012-ci ildə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsində 520 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxx 2013-cü il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx xxxx 2013-cü il tarixdən başlayaraq hər ay xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi və iddianın maddi yardım tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)- 603/2014 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, azyaşlı Jasminin yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırda ödənilən məbləğ bir azyaşlı uşağın ay ərzində qida, geyim, təhsil və digər maddi ehtiyaclarının ödənilməsini qarşılayan məbləğ kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan 140 manat aliment miqdarı artırılaraq, 160 (yüz altmış) manat məbləğində müəyyən olunmalıdır. Cavabdeh apelyasiya şikayəti əsassız olub, başqa bir sübutla öz təsdiini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Jasminin saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 140 (yüz qırx) manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilib, alimentin miqdarı 160 manat sabit pul məbləğində müəyyən olunmalı, qətnamə - «Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin» hissəsində dəyişdirilmədən saxlanmalı, alimentin tutulması vaxtının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı və cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-799/2020 saylı qətnaməsi - «xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3904/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 140 (yüz qırx) manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilsin və alimentin miqdarı 160 (yüz altmış) manat müəyyən edilsin. Qətnamə - «Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Alimentin tutulması vaxtı hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar