Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1890/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(012)-918/2021 saylı qərardadından iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs “xxxx” MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi həmin qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(012)-918/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs “xxxx” MMC-yə qarşı «borc» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin X3 Abşeron rayon məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(012)-918/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs “xxxx” MMC-nə qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayonu X1 rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 dekabr 2020-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclası olduğundan və eyni zamanda həmin gün Masazır Bələdiyyəsinin inzibati ərazi vahidində inventarlaşdırma aparıldığından telefon vasitəsi ilə həmin iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri barədə məlumat verilmişdir. Məhkəmə iclasının keçirildiyi 16 mart 2021-ci il tarixdə isə X2 və Sumqayıt Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən həmin gün (5 gün ərzində) inzibati araşdırma aparıldığından Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəmə prosesində iştirak edə bilməmişdir və iştirak edə bilməməsi barədə məhkəməni məlumatlandırmamışdır. Bu baxımdan iddiaçı Masazır Bələdiyyəsinin Cavabdeh və digərlərinə borc tələbi üzrə keçirilən iki məhkəmə iclaslarında Masazır Bələdiyyəsinin iştirak etməməsini üzrlü sayılmasını və şikayətinin təmin edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndənin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2 maddələrinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli və onunla bağlı 19 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 16 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmış və bunun əsası kimi tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflərin məhkəmə iclasına gəlməməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Şərh olunan maddə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş hər iki tərəfin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsini ərizənin baxılmamış saxlanmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması yalnız aşağıda göstərilən şərtlər məcmu halında mövcud olduqda mümkündür: tərəflər işə onların iştirakı olmadan baxmağı xahiş etməlidir., hər iki tərəf məhkəməyə gəlməməlidir., işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəmə iclasına gəlməməsi üzrsüz səbəblərlə əlaqədar olmalıdır., tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir., işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına təkrar gəlməməlidir. Yuxarıda göstərilən şərtlər məcmu halında mövcud olduqda, hətta işdə olan materiallar əsasında işi mahiyyəti üzrə həll etmək mümkün olsa belə, məhkəmə qətnamə çıxarmadan ərizəni baxılmamış saxlamaqla məhkəmə baxışını çatdırmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, işə baxılmasını təxirə salmaq əvəzinə ərizəni baxılmamış saxlamaqla nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli və onunla bağlı 19 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli və onunla bağlı 19 aprel 2021ci il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1890/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1890/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver