Məhkəmə qərarları › İş №2(105)-2372/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2372/2023

22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2372/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)- 13/2010 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qərardadı ilə (hakim Qalib Hacıyev) İddiaçı iddiadan imtina etməsi və imtinanın qəbul edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı 07 aprel 2010-cu il tarixli qərardaddan şikayət vermis, şikayətdə qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim M.Quliyev) şikayətin təmin edilməməsi, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsini mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-2046/2023 nömrəli qərardadının (mümkünlük barədə qərardadı) ləğv edilməsi, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)-13/2010 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim M.Quliyev) qərardaddan şikayət verildiyi üçün qanunla müəyyən olunmuş prosessual müddət buraxıldığı və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün vəsatət verilmədiyindən İddiaçı Qobustan Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli 2(026)- 13/2010 nömrəli qərardadından verdiyi şikayətin geri qaytarılması, İddiaçı qərardadda qeyd olunan nöqsanlar aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(026)-13/2010 nömrəli qərardadından verdiyi şikayətin təmin olunmaması, şikayət işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması, tikilinin bərpa olunması, dəymiş ziyanın ödənilməsi, kommersiya obyektindən maneəsiz istifadə hüququnun təmin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Ağayev X2 Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə apellyasiya məhkəməsinin qərardadı ilə tanış olsaydı görərdi ki, məhkəmə qərardadında məhz onun tərəfindən verilmiş həmin vəsatətə istinad etməklə göstərmişdir ki, şikayət verilən qərardad xx.xx.2010-cu ildə qəbul edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın surətini xx.xx.2023-cü il tarixdə aldığını bildirmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə qərardaddan şikayət vermis, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı qərardaddan 10 gün müddətinə, xx.xx.2023-cü il tarixə kimi şikayət verməli olduğu halda şikayəti müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə vermiş və şikayət verilməsi üçün müddətin bərpasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qərardadın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmasını, şikayətin xx.xx.2023-cü il tarixdə verilməsini nəzərə almamış, həmçinin şikayətdə müddətin bərpasına dair qeyd edilmiş iddiaçının xahişinə qiymət verməmiş, mülki iş materiallarını baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayət prosessual müddət keçməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilmədiyindən şikayət qeyri-mümkün hesab edilməlidir.» Lakin hazırki qərardadla məhkəmə işdə olan həmin ərizəni görməzdən gələrək bu qanunsuz qərardadını qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, qərardadın ləğv edilməsini, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli və onunla bağlı 30 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, xx.xx.2010-cu il tarixli qərardadından şikayət verilməsi üçün müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını iddiaçının xx.xx.2010-cu il tarixli qərardadından şikayətin verilməsi üçün müddəti ötürməsi və buraxılmış müddətin bərpası barədə vəsatət verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1. maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən şikayətində prosessual müddətin bərpası xahiş edilsə də, birinci instansiya məhkəməsi tərəfindən buna qiymət verilməmişdir. Əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayətdən görünür ki, iddiaçı ötürülmüş müddətin bərpası ilə bağlı apellyasiya şikayətində buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli və onunla bağlı 30 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilməli, İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli qərardadından şikayət verilməsi üçün müddətin bərpası barədə ərizəsinə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli və onunla bağlı 30 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli qərardadından şikayət verilməsi üçün müddətin bərpası barədə ərizəyə baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar