Məhkəmə qərarları › İş №2(105)-1904/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1904/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1904/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2133,53 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" MMC-nin bank hesabına ödənilməsi, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oba Retail” MMCnin Cavabdeh tərəfindən ödənilməmiş 3653 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 16.11.2016-cı il 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. 11.05.2017-ci il tarixli 216-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 19.12.2018-ci il tarixdə 571-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 14.03.2018-ci il və 07.11.2018-ci il tarixlərində Oba-Sabunçu 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 14.03.2018-ci il və 07.11.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4732 manat məbləğində zərər vurması məlum olmuşdur. Ümumi qalıq borcun 4732 manat borcdan 1079 manat ödəniş etmiş qalıq borc 3653 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, bununla əlaqədar olaraq məhkəmə apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar olaraq mülki işin qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üzrə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən, qərardadından apellyasiya şikayəti vermək hüququ vardır. Həmin Məcəllənin 362-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, mübahisə predmeti barəsində iddiaçının nümayəndəsi iş üzrə Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə razılaşmadığından, həmin qətnamədən şikayət verdiyindən, mülki iş baxışdan çıxarılmalı və qətnamədən verilmiş şikayət müzakirə olunması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(027)-189/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti müzakirə olunması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar