Məhkəmə qərarları › İş №2(105)-1905/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1905/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1905/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X1 və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh4 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-188/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-188/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4500 manat, Cavabdeh4 isə 4900 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim R.T.Həsənov). Qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-188/2021 saylı qətnaməsinin ona aid olan hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4500 manat, Cavabdeh4 4900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndə və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh4 ona 4900 manat məbləğində pul borclu olduğunu bildirsə də tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir. O, sadəcə şifahi olaraq cavabdehin ona pul borclu olduğunu qeyd etmişdir. Məhkəmə isə iddiaçının öz tələbini sübut etməli olduğunu nəzərə almamış və belə bir sübutun təqdim edilməsini iddiaçıdan tələb etməmiş, iddiaçının mülahizələrini əsas götürmüşdür. Məhkəmə əksinə, sadəcə cavabdehlərdən iddia tələbinin əsassız olması ilə bağlı sübut təqdim edilməsini gözləmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkincisi, Cavabdeh4 məhkəmə iclasında dindirilməmiş və məsələ ilə əlaqədar mövqeyi öyrənilməmişdir. Buna baxmayaraq məhkəmə yalnız qarşı tərəfin mövqeyini əsas götürərək qətnamə qəbul etmiş və qətnamədə məhkəmənin gəldiyi nəticəni əks etdirən hansısa sübutlara istinad olunmamışdır. Hətta Cavabdeh4 iddiçının özünü heç vaxt görməmiş, onu tanımamışdır. İddiaçının Cavabdeh4 hansı əsasla məhkəməyə verməsi də məlum deyil. Bununla da aydın olur ki, məhkəmə tərəflərin bərabərliyi, çəkişmə prinsipini, işin obyektiv və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Üçüncüsü, iddiaçı polis orqanına cavabdehin ona qarşı dələduzluq əməlini törətdiyi barədə müraciət etmiş və barəsində cinayət işinin başlanmasını xahiş etmişdir. Lakin heç bir dələduzluq əməlindən söhbət getmədiyi üçün cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul olunmuşdur. Qətnamədə həmçinin cavabdehin guya polis orqanlarında verdiyi izahatda iddiaçıya pul borclu olduğunu etiraf etdiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq bildirir ki, cavabdeh iddiaçıya borclu olmadığı üçün ona borclu olmağına dair etiraf etməmişdir. Məhkəmənin hansı əsasa görə belə bir nəticəyə gəldiyi isə məlum deyil. Qeyd olunanlardan açıq-aydın görünür ki, məhkəmə tərəfindən mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, zəruri sübutlar toplanılmamış, müqayisəli təhlil aparılmamış, iddiaçının mülahizələri əsas götürülmüş, cavabdehin dinlənilmə hüququ təmin edilməmiş, mövqeyi öyrənilməmiş, işin nəticəsinə təsir edə biləcək mühüm əhəmiyyətə malik bütün faktiki hallar araşdırılmamış, qətnamə əsaslandırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-188/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi cavabdehə, yəni Cavabdeh4 aid olan hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada xəbərdarlıq edilsələr də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh4 Məlik oğluna dair hissəsində mübahisə doğurduğundan qətnamə mübahisələndirilən hissəsində araşdırılmalı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-188/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə - iddianın Cavabdeh4ana dair təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə iddianı təmin edərkən iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 385.1, 567, 600, 739, 1091-ci maddələrinə istinad etmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri, Sabunçu RPİ-nin 08.01.2019-cu il tarixli qərarından görünür ki, X3 ilə Cavabdeh4 arasında yaranmış münasibətlər mülki hüquq xarakterli olduğundan toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır, Cavabdeh4 Bakı şəhəri Sabunçu RPİ-nə verdiyi izahatında iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. Bundan başqa digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbinin əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası hesab edir ki qətnamə Cavabdeh4 qarşı iddianın təmin edilən hissəsində işin faktiki hallarına uyğun deyil və ona qarşı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddia İddiaçı tərəfindən qaldırılmışdır. Bakı şəhəri, Sabunçu RPİ-nin 08.01.2019-cu il tarixli qərarından görünür ki, X3 ilə Cavabdeh4 arasında yaranmış münasibətlər mülki hüquq xarakterli olduğundan toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Yəni həmin qərardan müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh4 şikayət etməmişdir. Həmin qərardan məlum olur ki, iddiaçı deyil, onun əri Asim Zülbalayev hazırkı iş üzrə Cavabdeh4 şikayət etmişdir. Bundan başqa həmin qəraradan və materialda olan Cavabdeh4 izahatından onun iddiaçıya və yaxud da onun əri Asim Zülbalayevə pul borclu olmasına dair hər hansı bir etirafı öz əksini tapmır. Əksinə, Azad Əltiyev izahatında Asim Zülbalayevə borcu olmadığını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz iddiasını Cavabdeh4 münasibətdə əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi Cavabdeh4 münasibətdə əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1,739.2. maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-188/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə - iddianın Cavabdeh4ana dair təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-188/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə - iddianın Cavabdeh4 dair təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar