Məhkəmə qərarları › İş №2(105)-1906/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1906/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1906/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2026/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ № 464955 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası İddiaçıdır.

2. Zəngilan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-10/2023 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Sumqayıt “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 1544 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 anası İddiaçı himayəsində saxlanılması, iddiaçı X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə bağlı əlavə xərcləri üçün uşaq sağalana kimi hər ay 100 manat pulun tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir.

3. Kirayəyəverən Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3-15 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin əslindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyəverən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 saylı evin, 2 otaqlı, 15 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

4. Müqavilənin 1.2-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri yoldaşı X7 və oğlu X4r.

5. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir.

6. Abşeron rayonu, Zəngilan şəhərciyində 3 saylı evin, 4 saylı mənzilində yaşayan X19, 3 saylı evin, 19 saylı mənzilində yaşayan X8, 3 saylı evin, 12 saylı mənzilində yaşayan X11, 3 saylı evin, 14 saylı mənzilində yaşayan X14, 3 saylı evin, 13 saylı mənzilində yaşayan X15 tərəfindən imza edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, onlar İddiaçı xx.xx.2015-ci il tarixdən və onun oğlu xx.xx.2016-cı il təvəllüdlü X10 Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilində qeydiyyatsız yaşadıqlarını təsdiq etmişlər.

7. Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı arayışdan görünür ki, İddiaçı 2015-ci ildən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.

8. Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Abşeron rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0409 saylı arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilində keçmiş həyat yoldaşı X9, oğlu X18, qaynatası Cavabdeh2 və qaynanası X5 ilə birlikdə müvəqqəti məskunlaşmışdır.

9. Məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün statusu almışdır.

10. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abbasov X2 rayonundan məcburi köçkün statusu almışdır.

11. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 11 saylı evdə, Cavabdeh2 isə Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 17 saylı evdə qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh X6 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun övladı xx.xx.2016-cı il təvəllüdlü X18 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, (Zəngilan şəhərciyi) 3 saylı evin, 15 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 əsl Cavabdeh2 ilə əvəz edilməklə Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin də cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X9 İddiaçı keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X18 anadan olmuşdur. xx.xx.2015-ci il tarixdən iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı gəlin köçərkən mənzil Dövlət Mənzil Fonduna aid olmuşdur. Gəlin köçdüyü müddətdən bəri iddiaçı cavabdeh və onun ailə üzvləri ilə birgə təsərrüfatı idarə edir. Bir müddət sonra evdə baş verən narazılıqlar nəticəsində cavabdehin iddiası əsasında Zəngilan rayon Məhkəməsinin 2(034)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan uşağın iddiaçının himayəsinə verilməsi, uşağın saxlanılması üçün alimentin və xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehin valideynləri ilə birlikdə yaşayır, cavabdeh özü də orada yaşayır. İddiaçının oğlu autizm xəstəsidir. Anası iddiaçıya köməklik edir, loqosa hər ay 360 manat ödəyir, autizm xəstəsi olduğu üçün psixi təlimlərə gedir, nevroloji müalicəsinə 160 manat ödəyir. Bu səbəbdən də, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2026/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Habil Əhmədov)

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Konstitusiyasının 13, Mülki Məcəllənin 27.1, 27.2, 27.3-cü maddələri, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2, 30.1, 30.4, 66.1, 68.1, 68.3, 69.1, 69.3, 91.1.15-ci maddələri Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2026/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Şikayətdə göstərilmişdir ki, qətnamə sübutlar araşdırılmadan qəbul olunmuşdur və ədalətsizdir. Sübutlar araşdırılmadan qətnamə çıxarılmışdır. Belə ki, sözügedən müqavilədə mənim və övladımın adı mövcuddur. Gəlin köçəndə həmin evə gəlmişdir, ailə üzvləri ilə birlikdə təsərrüfat idarə etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üçün məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunmalıdır. Ev xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə müvafiq qərar əsasında Cavabdeh2 verislsə də, ev həmin şəxsin özünə yox məhz dövlətə aiddir buna görə də iddiası təmin olunmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 27.1. Fziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

23. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 91.1.5. və 91.1.6. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

25. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

26. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

27. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

28. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

29. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

30. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

32. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.

33. Maddə 69.3. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur.

34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu

35. Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

“Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli, № 32 saylı Qərarı

36. Bənd 10. Nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

37. Maddə 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur.

38. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2026/2023 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirmişdir.

49. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2026/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. İşin hallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə məcburi köçkün olan iddiaçının qayınatası Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyəverən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 saylı evin, 2 otaqlı, 15 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Müqavilədə kirayəçinin ailə üzvləri kimi yoldaşı X7 və oğlu X9 göstərilmişdir. Qeyd olunmalıdır ki, kirayəçinin oğlu ilə iddiaçı arasında nikahları 2023-cü ildə pozulmuşdur. İddiaçı 2015-ci ildə gəlin köçdüyü mübahisəli mənzildə hal-hazırda yaşamasına baxmayaraq, gələcəkdə mənzildən çıxarılma ehtimalının qarşısını almaq məqsədi ilə xüsusi təyinatlı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair iddianı qayınatası Cavabdeh2 və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı qaldırmışdır. İddiaçı hesab edir ki, xx.xx.2013-cü il tarixli kirayə müqaviləsinə əsasən onun mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, bu səbəbdən həmin hüquq məhkəmə qaydasında tanınmalıdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən mənzilin dövlət mənzil fonduna aid edilməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə isə həmin mənzilə istifadə hüququnun yaranması mənzil qanunvericiliyi ilə tənzimlənir.

53. Verilmiş iddia tələbinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2013-cü tarixdə bağlanmış müqavilə əsasında verilmiş mənzillə bağlı müvəqqəti sahiblik və istifadəyə verilmiş şəxslərin konkret dairəsi müəyyən edildiyindən, iddiaçının nikaha daxil olmasından sonra aidiyyəti quruma müraciət edilmədiyindən, iddiaçı mənzildə müvəqqəti yaşamaq hüququ verilmiş şəxslər siyahısına daxil edilmədiyindən və bu barədə yeni müqavilə bağlanmadığından, bununla da dövlət mülkiyyətində olan mənzillə bağlı iddiaçının istifadə hüququ yaranmadığından, iddia rədd edilməlidir.

54. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətində mənzilə dair bağlanmış müqaviləyə əsasən istifadə hüququnun yarandığını iddia etsə də, həmin halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.

55. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirilən mənzilə istifadə hüququ yaranmadığından, onun azyaşlı övladı ilə həmin mənzilə istifadə hüququn tanınması qeyri-mümkündür.

56. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsassızdır və həmin dəlillər iddianın təmin edilməsi üçün qəbul oluna bilməz.

58. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 2026/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2026/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar