Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1915/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 nömrəli 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 29 noyabr 2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında evin alğı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə Cavabdeh İddiaçı beh alaraq, onu İddiaçı istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə - 29 noyabr 2015-ci il tarixədək İddiaçı tərəfindən ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də Cavabdeh İddiaçı evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun, 10000 (on min) manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2014-cü ildə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evini satmaq istəmiş və 2014-cü ilin oktyabr ayında o, həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında həmin evin 14000 (on dörd min) ABŞ dollarına alğısatqısı barədə razılıq əldə etmişlər. 29 dekabr 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 (altı min) manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 29 noyabr 2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 (səkkiz min) manat məbləğində pulu alğı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh "xxxx" ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra bu evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014-2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından, ümumilikdə, 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək bəhanəsi ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq, onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Buna görə də, o, cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində pulu da cavabdeh ona qaytarmalı, 10000 (on min) manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. Xaçmaz Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) 2(067)-31/2020 nömrəli 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu banka köçürməsi, həmçinin ayrıayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-564/2021 nömrəli mülki iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3405/2021 nömrəli mülki iş üzrə 31 may 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. İşə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alğısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı, yəni iddiaçının hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı, yəni cavabdehin nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə müqavilə bağlanan zaman, nədə ki alğısatqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamış, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Nə müqavilə bağlanan zaman, nədə ki mübahisəli evin alğı-satqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda işə baxan məhkəmələr alğı-satqının icra edilməməsinin məsuliyyətinin təkcə iddiaçının üzərində olmasına dair qənaəti işdə olan sübutlara uyğun olmamış, cavabdehin həmin məsələdə təqsirli olmaması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr nəzərə almamışdır ki, cavabdehin mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Belə olan beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alğı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmələr verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri təkcə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından tədqiq etməklə kifayətlənməməli, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsinin etibarlılığına diqqət yetirməli, həmin əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) müəyyən edildiyi halda pulun avans kimi verilməsi və ya əsassız varlanma qaydalarının tətbiqi müzakirə olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, işə baxan məhkəmə iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərlə bağlı deyildir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-in 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alğı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmələr həmin tələbi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tətdiq etməyərək MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-in 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-in 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 26807 nömrəli, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 7 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə "xxxx" ASC-yə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alğı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlərin təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbin mənəvi ziyanla bağlı hissəsi tələbin digər hissələri ilə bağlıdır və qərarın əsaslandırıcı hissəsində qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət veriləndən sonra baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 2(105)-2311/2021 nömrəli mülki iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, cavabdehdən cəmi 9269 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin mübahisələndirilməyən halları olaraq göstərir ki, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli evin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmişdir. İşin digər mübahisələndirilməyən halı olaraq göstərir ki, tərəflər arasında mübahisəli evin alğı-satıqı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alğı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ödənilməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi beh müqaviləsi üzrə iddiaçının ödədiyi pulun qaytarılması hissədə qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş, o evin dəyərini ödəmədiyindən alğı-satqı baş tutmamışdır. Digər hissələrdə isə məhkəmə iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaətini qanuni və əsaslı hesab etməyərək aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixdə alğı-satqısı barədə razılığa gəlmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alğı-satqısının xx.xx.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alğı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bununla belə, işə baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alğısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onun təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə müqavilə bağlanan zaman, nə də ki, alğı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmamış, o, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017-ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nə də mübahisəli ev alğı-satqısının nəzərdə tutulduğu tarixdə cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, iş materiallarından görünür ki, evin alğı-satqısının icra edilməməsinin məsuliyyəti təkcə iddiaçının üzərində deyildir, həmçinin cavabdeh də həmin məsələdə təqsirlidir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Məhz buna görə də, beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alğı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmə verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, barəsində beh müqaviləsi bağlanmış yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri obyekti olması işin mübahisəsiz halıdır. Buna görə də, həmin evə dair sərəncam verilməsi, yəni barəsində bağlanmış beh müqaviləsi notarial qaydada təsdiqlənməlidir. İşdən göründüyü kimi qeyd olunan beh müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda həmin əqdin etibarlılığından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxsdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərə deyil, mübahisənin faktiki hallarına istinad edilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-in 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alğı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alğısatqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-in 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-in 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. AR MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 nömrəli, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alğı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli evə görə beh müqaviləsi imzalasa da, həmin müqavilə daha öncə sadalanan səbəblərdən etibarlı sayıla bilməz. Başqa sözlə, iddiaçının ödədiyi 6000 manat hesabına cavabdeh əsassız varlanmışdır. Digər tərəfdən iddiaçı mübahisəli evin əldə edilməsi məqsədilə qarşılıqlı razılaşma əsasında cavabdehin xeyrinə kredit müqaviləsi üzrə cəmi 3269 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev son nəticədə iddiaçının mülkiyyətinə keçirilmədiyindən, həmçinin bu əməliyyatın yerinə yetirilməsində cavabdeh də təqsirkar olduğundan (mülkiyyətində olmayan əmlaka sərəncam verdiyindən) həm əsassız əldə edilmiş 6000 manat pul, həm də cavabdehin xeyrinə banka ödənilmiş 3269 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) 2(102)-3588/2022 nömrəli mülki iş üzrə 21 iyun 2022ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(105)-2311/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Müqavilə məhz həmin tarixdə Xaçmaz rayon 1 nömrəli notariat kontorunda təsdiq edilmişdir. Belə olan halda artıq müəyyən olunmuş olur ki, apellyasiya instansiyası məhkəməsinin beh müqaviləsinin notariat qaydasında təsdiqlənməməsinə dair nəticəsi düzgün olmamış, bu hissədə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, beh müqaviləsi bağlanarkən mübahisəli ev cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, faktiki olaraq o, sərəncam vermək səlahiyyəti olmadan müqavilə bağlamışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə hansı sübutlar əsasında gəlməsini müəyyən etmək mümkün deyildir. Daşınmaz əmlakın əldə edilməsi və mülkiyyətçisi barədə məlumatlar yalnız reyestr qeydiyyatı və onun əsasında verilmiş hüquqmüəyyənedci sənədlər (qeydiyyat vəsiqəsi, çıxarışlar) əsasında müəyyən olunur. Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə iddiaçının cavabdehin əvəzinə kredit müqaviləsi üzrə öhdəliyinin br hissəsini icra etməsi ilə bağlı nəticəyə gələrkən qanuni qüvvədə olan qətnamə ilə bağlı mülki iş üzrə ödəniş sənədlərinin təqdim olunmasını göstərsə də baxılan iş üzrə bu məbləğinin hansı həcmdə olmasının həmin qətnamə ilə müəyyən olunmadığını nəzərə almamışdır. Həmin mülki iş üzrə hər hansı məbləğinin mübahisəsiz olaraq məhz iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən olunmamışdır. Öhdəliyin kimin (iddiaçının və ya cavabdehin) tərəfindən pozulması ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticə ilə bağlı qeyd edilməlidi ki, yuxarıda istinad olunan qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “… Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alğı-satqı müqaviləsi mövcud deyildir, yalnız beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir.” Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “… daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır”. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında eyni əsas və predmetlə bağlı iddia üzrə qanuni qüvvədə olan qətnamə olarsa bu halda eyni məzmunlu tələbə mahiyyəti üzrə baxılması yolverilən hesab edilə bilməz. Göstərilən vəziyyət iş üzrə icraata xitam verilməsinin əsası ola bilər. Göründüyü kimi MPM-in 82.3-cü maddəsi tərəflər arasında olan mübahisə ilə bağlı məcburi şərtləndirmə müəyyən edir və müəyyən olunmuş faktların hansı tələb üzrə və əsasla baxılan iş üzrə olmasını əhəmiyyətli saymır. Göstərilən halda əvvəlki iş üzrə iddiaçı məhz tərəflər arasında bağlanmış beh müqaviləsinə əsaslanaraq tələb irəli sürmüş və məhkəmə tərəfindən beh müqaviləsinin icrasının başa çatmamasının məhz İddiaçı hərəkətləri ilə bağlı olması (beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir) göstərilmişdir. Bu mövqedə olan birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsinin əsaslandırması isə istinad etdiyi prosessual normanın tələblərinə uyğun olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (...) Maddə 491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.(...) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...) Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3588/2022 nömrəli mülki iş üzrə 21 iyun 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(105)-2311/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən-20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun tutulmasına dair iddia tələbinin rədd olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3269 (üç min iki yüz altmış doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli evin 29 noyabr 2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pulu beh olaraq ödəmişdir. İşin digər mübahisələndirilməyən halına görə tərəflər arasında mübahisəli evin alğısatqısı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alğı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ödənilməsini tələb edir. İddia tələbinin cavabdehdən 12000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsinə görə məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020ci il tarixli, 2(105)-191/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alğı-satqısının 29 noyabr 2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə də tərəflər arasında evə dair alğı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon DTİ və MHQ idarəsinin xx.xx.1996-cı il tarixli, 3563b reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus olmuş ünvan 2 ünvanında yerləşən 0.0642 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 40/-811 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ tanınmışdır. Bundan əlavə, X3 yuxarıda qeyd olunan fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-03/509 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən X7 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə başabaş dəyişdirmiş, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışla X5 ünvan 2 ünvanında evinə Xaçmaz rayon notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-1-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0.0642 torpaq sahəsindən 315 kv.metr torpaq sahəsini Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-391 reyestr nömrəli alğı-satqı müqaviləsinə və 7E-11500 reyestr nömrəli bölgü planına əsasən X6 adına özgəninkiləşdirilmiş, 0.0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən Cavabdeh adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Cavabdeh adına olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 2 ünvanında olan 0.0309 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Xaçmaz rayonu 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-1732 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X9 mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdən qeydə alınmışdır. Yəni tərəflər arasında fərdi yaşayış evinə dair xx.xx.2014-cü ildə notariat qaydasında beh müqaviləsi bağlanarkən cavabdeh səlahiyyətli olmuşdur. Beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 82.3-cü maddəsi tərəflər arasında olan mübahisə ilə bağlı məcburi şərtləndirmə müəyyən edir və müəyyən olunmuş faktların hansı tələb üzrə və əsasla baxılan iş üzrə olmasını əhəmiyyətli saymır. Göstərilən halda əvvəlki iş üzrə iddiaçı məhz tərəflər arasında bağlanmış beh müqaviləsinə əsaslanaraq tələb irəli sürmüş və məhkəmə tərəfindən beh müqaviləsinin icrasının başa çatmamasının məhz İddiaçı hərəkətləri ilə bağlı olması (beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir) göstərilmişdir. Belə olan halda, beh müqaviləsi üzrə öhdəlik İddiaçı tərəfindən yerinə yetirilmədiyindən onun behin iki mislini tələb etmək hüququ da yaranmır. İddia tələbinin cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu banka köçürdüyü üçün həmin pulun iddiaçının xeyrinə tutulması hissəsində məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(102)-6413/2018 nömrəli qərarında qeyd olunmuşdur ki, “...iş materiallarından müəyyən edilir ki, Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı yazılı izahatda İddiaçı 2015-ci ilin 12 ayı üçün 360 manatdan 4320 manatının ödənilməsinin həqiqətə uyğun olmadığını, 26 noyabr 2015-ci il tarixdə 279,43 manat və 17 dekabr 2015-ci il tarixdə 372,17 manat pulun onun pensiya kartından tutulduğunu bildirmişdir. Lakin iş materiallarında olan iclas protokollarından görünür ki, Cavabdeh və nümayəndəsi daha sonra ziddiyətli ifadələr verərək Cavabdeh pensiya kartından 4320 manat pulun tutulduğunu izahatlarında bildirmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Xaçmaz rayon filialının 4 oktyabr 2017-ci il tarixli 798 №-li arayışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz rayon filialından 8000 manat almış və 26 fevral 2016-cı il tarixdə 166RGT********** nömrəli müqaviləyə əsasən restrukturizasiya olunduğu 4515,04 manat məbləğində kreditə görə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından 2936,65 manat pul tutulmuşdur. Müştərinin hazırda filiala qalıq borcu 2511,80 manat təşkil edir. "xxxx" ASC-nin Xaçmaz rayon filialının eyni tarixli, eyni nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz rayon filialından 9400 manat almış və 26 fevral 2016-cı il tarixdə 166RGT********** nömrəli müqaviləyə əsasən restrukturizasiya olunduğu 4515,04 manat məbləğində kreditə görə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından 2936,65 manat pul tutulmuşdur. Müştərinin filiala qalıq borcu 2511,80 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Xaçmaz rayon filialının 16 noyabr 2017ci il tarixli 950 №-li məktubundan müəyyən olunur ki, Cavabdeh 29 mart 2014-cü il tarixdə kredit müqaviləsinə əsasən 9400 manat kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə həmin kredit müştərinin müraciətinə əsasən restrukturizasiya olunaraq 1% komissiya haqqı tutulmaqla 166RGT********** nömrəli müqavilə üzrə 4515,04 manat rəsmiləşdirilmişdir. 166GNUM140880002 saylı və restrukturizasiya olunmuş 166RGT********** nömrəli kredit müqavilələri üzrə 16 noyabr 2017-ci il tarixə müştərinin ******************** saylı kart hesabından 790,90 manat, ******************** saylı kart hesabından isə 3109,48 manat, cəmi 3900,38 manat tutulmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sənədlər, tərəflərin izahatları arasında Cavabdeh banka olan borcu, ödənilmiş məbləğlər və qalan borcu barədə ziddiyətli məqamlar mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsində qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 nömrəli, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə "xxxx" Açıq Səhmdar cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan iş üzrə qətnaməyə əsasən cavabdehin banka olan borcuna görə iddiaçı tərəfindən ödənişlər edilməsi təsdiqini tapır. Bu, həm də işin mübahisəsiz halı olmuşdur. Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alğı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında baxış keçirilmiş 2(105)-191/2020 nömrəli mülki işin materiallarından görünür ki, həmin iş üzrə iddiaçı olmuş Cavabdeh və nümayəndəsi tərəfindən verilmiş yazılı izahatda (səh. 35), işin 39-cu səhifəsindəki məhkəmə iclas protokolunda verilmiş izahatda, qətnamədən verdikləri apellyasiya şikayətində (səh. 95) İddiaçı tərəfindən Cavabdeh əvəzinə banka edilmiş ödənişlərlə bağlı fərqli məbləğlər göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə kollegiyasının iclasında isə Cavabdeh onun bank qarşısında olan pul öhdəliyi üzrə iddiaçının 1573 manat ödədiyini, buna görə iddiaçının ərinə 1500 manat qaytardığını bildirmiş və bu barədə Nemət Məmmədov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli yazılı qəbzin surətini təqdim etmişdir. Həmin qəbzdən görünür ki, X1 İlham Qədir oğluna məxsus olan ünvan 2 saylı evdən çıxmaq müqabilində Cavabdeh 1500 manat pulu nəğd şəkildə almışdır. İddiaçı isə həmin pul vəsaitinin ona verilmədiyini və bu barədə ümumiyyətlə məlumatının olmadığını, hazırda Nemət Məmmədovla münasibətlərinin yaxşı olmadığını, onun harada yaşaması barədə məlumatı olmadığını bildirmişdir. İddiaçı tərəfindən cavabdehin borcuna görə banka ödənilən pul vəsaitinin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 3269 manatın nağd şəkildə “Milli Ön” vasitəsi ilə ödənilməsi və məbləğin ödənilməsini təsdiq edən qəbzlərin məhz iddiaçı tərəfindən əvvəlki məhkəməyə təqdim edilməsi həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, mövcud iddia tələbi cavabdehin banka olan borcuna görə ödənilmiş 7840 manat məbləğində pulun tutulması hissəsində qismən, yəni 3269 manatın tutulması hissəsində təmin edilməlidir. Banka ödənilən məbləğin qalan hissəsi ilə bağlı isə iddiaçı məhkəmə kollegiyasına mötəbər sübut təqdim etməmişdir. İddia tələbinin cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda aldığı 500 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf həmin faktı təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. İddiaçı mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüş olsa da, göstərilən tələbinə dair hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş, habelə cavabdehin hərəkətləri nəticəsində onun fiziki və mənəvi sarsıntı keçirməsini məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda sadalanan qanunvericilik aktları normalarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən- 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun tutulmasına dair iddia tələbinin rədd olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3269 (üç min iki yüz altmış doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 3299 (üç min iki yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-31/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən-20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun tutulmasına dair iddia tələbinin rədd olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 3269 (üç min iki yüz altmış doqquz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 3299 (üç min iki yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1915/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1915/2022
25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver