Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1916/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin (əvvəlki İddiaçı İKB ASC) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki İddiaçı İKB ASC) Cavabdeh qarşı kredit borcunun qaytyarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(077)- 1/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(077)-1/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsinə xitam verilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66246,44 (altmış altı min iki yüz qırx altı) ABŞ dolları əsas borc, 69828,42 (altmış doqquz min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları faiz borcu olmaqla, cəmi 136074,86 (bir yüz otuz altı min yetmiş dörd) ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manatın və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175,8 kv.m yaşayış, 18,7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması, satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh "xxxx" ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının ev satıldıqdan 1 ay sonra itirilmiş hesab olunması və Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 225 manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir (hakim A.Həsənov). Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(060)-13\2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: "xxxx" ASC Cavabdeh qarşı iddia qaldıraraq bankla Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66 991,98 ABŞ dolları məbləğində əsas borc, 53 403,24 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 120 395,22 ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının tutulması, tutmanın bankla Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı,175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması və borcun həmin əmlakın hərracdakı satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,«Savalan» yaşayış massivində yerləşən,6 otaqlı, 175.8 kv.m yaşayış,18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərərək, Cavabdeh 22.07.2020-ci il tarixinə faiz borcunun artdığını bildirmiş, buna görə də, bankla Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66 991,98 ABŞ dolları məbləğində əsas borc, 70 765,97 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 137 757,95 ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının tutulması, tutmanın bankla Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı, 175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması və borcun həmin əmlakın hərracdakı satışından əldə olunan vəsait hesabına "xxxx" ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı, 175.8 kv.m yaşayış,18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh arasında 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə yeni yaşayış sahəsi almaq məqsədilə 240 ay müddətinə illik faiz dərəcəsi 16% müəyyən edilməklə 110 500 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən,6 otaqlı,175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Müqavilə bağlandıqdan sonra, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd aparılmışdır. Müqavilələr bağlanan zaman cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 22.07.2020-ci il tarixinə əsas borc 66 991,98 ABŞ dolları və kredit faizi 70 765,97 ABŞ dolları hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ondan tutulan əsas və faiz borcunun məbləğindən, həmçinin ipoteka predmetinin ilkin satış qiymətindən narazıdır. Bundan başqa, onun mübahisəli evdən istifadə hüququ da bankın tələbinə əsasən itirilə bilməz, bu tələblə həmin ev hərracda satıldıqdan sonra məhkəməyə müraciət edilə bilər. Hazırkı halda, bankın belə bir iddia qaldırmağa hüququ yoxdur. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, evin dəyərinin 130000 manat olması barədə rəyi qəbul edir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, birinci instansiya məhkəməsi baxışı zamanı əmtəəşünaslıq ekspertizası obyektiv aparılmışdır. Əmlakın likvid qiyməti ilə hər iki tərəf razılaşmış, lakin bu müddəa qətnamədə qeyd edilməmişdir. Ev hərraca çıxarılarkın məlum rəy nəzərə alınmaqla bu çatışmazlıq aradan qaldırıla bilər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə yeni yaşayış sahəsi almaq məqsədilə 240 ay müddətinə illik 16% hesablanmaqla 110500 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə işdə olan kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 110500 ABŞ dolları məbləğində almış olduğu krediti 01.12.2007-ci ildən başlayaraq ilk ay 877,55 ABŞ dolları, sonrakı aylar 1496,04 ABŞ dolları, sonuncu ay isə 1494,69 ABŞ dolları ödəniş etməklə 01.11.2027-ci il tarixədək ödəməlidir. Yenə də iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004İ saylı ipoteka müqaviləsindən görünür ki, əmlak dəyəri 130000 ABŞ dollarına razılaşdırılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 13.05.2006-cı il tarixdə qeydiyyata alınmış MH ******* saylı, **********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10.05.2008-ci il tarixli, MH ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, 889 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 516 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı İKB ASC tərəfindən Cavabdeh göndərilmiş 04.06.2018-ci il tarixli, HO/M3323 saylı və 21.05.2018-ci il tarixli, HD/M2535 saylı bildirişlərdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Yenə mülki iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin 22.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə 23.05.2012-ci il tarxidə 14556,65 ABŞ dolları və 25.06.2014-cü il tarixdə 3000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin "xxxx" ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 66991,98 ABŞ dolları əsas borc və 70765,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 137 757,95 ABŞ dolları təşkil edir. Yenə də işdə olan "xxxx" MMC-nin 04.03.2021-ci il tarixli, 0473/21/NB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 130000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan 26.02.2020-ci il tarixli, 31418 saylı rəyindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ödənilməli olan kredit borcu 20.11.2018-ci il tarixinə 66 246,44 ABŞ dolları əsas borc və 52 657,72 ABŞ dolları faiz borcu hesablanmışdır. Yenə Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan 28.01.2021-ci il tarixli, 9/4887 saylı rəyindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ödənilməli olan kredit borcu 66 246,44 ABŞ dolları əsas borc və 69 828,42 ABŞ dolları faiz borcu hesablanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, lakin Şuşa Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(077)-1/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti 13000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh yeni yaşayış sahəsi almaq məqsədilə illik 16 faiz ödənilməsi şərti ilə 240 ay müddətinə 110500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 14 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 66 246,44 ABŞ dolları, faiz borcu üzrə 69 828,42 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, maliyyə arayışı, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır. Eyni zamanda, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175,8 kv.m yaşayış, 18,7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən, işdən görünür ki, iddia tələblərindən biri də mübahisəli daşınmaz əmlakın boşaldılması barədədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175,8 kv.m yaşayış, 18,7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin yaşayış evi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə də haqlı olaraq təmin etmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin likvid qiymətini 130000 manat müəyyən etmiş, lakin qətnaməsində bunu göstərməmişdir. İşdə olan "xxxx" MMC-nin 04.03.2021-ci il tarixli, 0473/21/NB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 130 000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 130000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(077)- 1/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175,8 kv.m yaşayış, 18,7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 manat müəyyən edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qalan hissədə- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsinə xitam verilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2007-ci il tarixli, RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66246,44 (altmış altı min iki yüz qırx altı) ABŞ dolları əsas borc, 69828,42 (altmış doqquz min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları faiz borcu olmaqla, cəmi 136074,86 (bir yüz otuz altı min yetmiş dörd) ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manatın və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175,8 kv.m yaşayış, 18,7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması, satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh "xxxx" ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının ev satıldıqdan 1 ay sonra itirilmiş hesab olunması və Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 225 manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTRE********************) hesabına keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1916/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1916/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver