Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1916/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)- 4073/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(102)-2804/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3264/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmidir. İŞİNHALLARİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan İddiaçı MMC-nin xeyrinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixli iddia ərizəsinin tələb hissəsinin dəyişdirildiyini bildirməklə Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında 2017-ci ilin noyabr ayı ərzində "xxxx" sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı "xxxx" sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixində imzalanmış İddiaçı MMC ilə işləyən “X4”na əsasən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixinə cavabdehin iddiaçıya cəmi 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr satıcının təqdim etdiyi sənədlər əsasında malın alıcı tərəfindən təhvil alındığı tarixdən 1 ay müddətində aparılır. Satıcının təklif etdiyi endirimli satışlar 100 % əvvəlcədən ödəniş şəklində aparılır. Tərəflər ən azı 3 ayda bir dəfə çatdırılmış malların həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı və hər dəfə ödəniş edilərkən təhviltəslim aktı tərtib edirlər. Müqavilənin tələbinə əsasən 3 ay müddətinə çatdırılmış malın həcmi, ödənilmiş məbləğ və qalıq borc barədə yoxlama aktı xx.xx.2018-ci il tarixdə aparılmış, güya ki, qalıq borc müəyyən edilmişdir. Yoxlama aktı müqavilə şərtlərinə uyğun aparılmamış, müqavilə ilə müəyyən edilmiş əsaslar aktda göstərilməmişdir. Belə ki, yoxlama aktında cavabdehə çatdırılmış malların çatdırılmasını sübut edən əmtəə nəqliyyat qaiməsi və qaiməyə uyğun malın həcmi, alıcıya çatdırılmış, hər partiya malın (qaimə əsasında) ödənilmiş məbləği və qalıq məbləği müəyyən edilmədən yekun qalıq borcu müəyyən edilmişdir. Bu son qalıq borcunun haradan yaranması aktla müəyyən edilməmişdir. Əslində aktda müəyyən edilmişdir ki, yoxlama dövründə, yəni 01 yanvar 2017-ci ildə xx.xx.2018-ci ilə qədər alıcı Cavabdeh tərəfindən götürülən mal dövriyyəsinin məbləği 10.828 manat təşkil etmiş, həmin dövr üçün ödənilən məbləğ 9.712 manat təşkil etmişdir ki, burada qalıq borcu 1106 (bir min yüz altı) manat təşkil edir. Bu səbəbdən məhkəmənin iddia tələbini bu cür səthi araşdıraraq iddiaçının yoxlanılmamış sənədlərinə hüquqi qiymət verməsi başa düşülən deyil. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi yoxlama aktı saxta olaraq sonradan tərtib edilmişdir. Çünki yoxlama aktının Cavabdehla olan 2-ci hissəsində Qasımovun imzası yoxdur. İş materiallarında olan və məhkəmənin sübut növü kimi əsaslandırdığı mötəbər sənəd kimi qəbul edilən yoxlama aktı (xx.xx.2018 tarixli) qanunvericiliyin və bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozmaqla tərtib edildiyindən əsas sübut kimi götürülə bilməz, əgər götürülməsi mümkün olsa onda 1106 (bir min yüz altı) manat qalıq borc kimi qəbul edilməlidir. Məhkəməyə təqdim edilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh iddiaçıya qalıq borcu olmamışdır. Belə ki, qalıq borcu olduqda kassa mədaxil orderində qalıq borc hissəsində məbləği qeyd edilməlidir, necə ki, başqa qəbzlərdə bu cür borc qeyd edilmişdir. Bundan başqa məhkəmə qətnaməsində cavabdehin xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar ərizə verməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını göstərsə də, bu halın əsaslı olub-olmamasını araşdırmamış və qətnamədə ərizənin təmin edilməsi üçün hər hansı bir hal göstərilməmişdir. AR Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmənin iddiaçının iddia tələbinin artırmağa dair xx.xx.2021ci il tarixli iddia ərizəsinə əlavəsində eyni əsaslarla cavabdehdən əlavə olaraq 4000 (dörd min) manat, cəmi 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pul tutulmasını xahiş etməsini əsassız hesab edərək rədd etməsi və iddianı qismən təmin etməsi göstərir ki, məhkəmə əlavə iddia ərizəsi üzrə doğru nəticəyə gəldiyi halda iddia üzrə yanlış və əsasız nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinə əlavə də eyni əsaslarla verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, 08 may 2018-ci il tarixli müqaviləni qarşı tərəf məcburi şəkildə bağlatdırmışdır. Belə ki, Cavabdeh qızının toy ərəfəsi zamanı iddiaçı tərəfin şikayəti əsasında polis əməkdaşları Cavabdeh polis bölməsinə apararaq onu biyabır edəcəklərini bildirmişər, bu səbəbdən də Cavabdeh biyabır olmamaq üçün müqaviləni imzalamış, tərəflər arasında müqavilə imzalandıqdan sonra onu buraxmışlar. Lakin Cavabdeh həmin müqavilə üzrə olan borcunun hamısını ödəmiş, borc müqabilində həmin şəxsə Saray-Sumqayıt körpüsünün sol hissəsində yerləşən 10 sot torpaq sahəsini vermişdir. Kredit müqaviləsi İddiaçı MMC-də işləyən, həmin vaxt direktor olmuş şəxs Cavabdeh arasında, yəni konkret olaraq hüquqi şəxs kimi iddiaçı şirkətlə deyil, cavabdehlə fiziki şəxs arasında bağlanmışdır və 2019-cu ildə olan ödənişlər başqa ödənişlər olmuşdur. Qeyd olunan əsasında şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, cavabdehin vəkili birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda 74.348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcunun olması barədə sənədin olmasını məhkəmə baxışı zamanı şəxsin özü bildirsə də, bu halın cavabdehin borclu olmasının əsas sübut növü kimi olduğunu anlayandan sonra həmin sənədin əslinin harada olmasını bilmədiyini göstərmişdir. Lakin qeyd olunan sənədin əsli tərəflərindən müəyyən edilərək məhkəməyə təqdim edilmişdir. Bundan əlavə cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etmiş olduğu qəbzlərin tam şəkildə təqdim edilməməsi borcun gizlədilməsinə yönəlmişdir. Belə ki, cavabdeh tərəfin imzası ilə imzalanmış qəbzlərdən onun hansı miqdarda borcu qalması öz təsdqini tapmışdır. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrindən görünür ki, "xxxx" ASC tərəfindən müxtəlif çəkilərdə olmaqla müxtəlif markalı sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, Cavabdeh təhvil verilmişdir. Nümayəndə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etdi ki, iş materiallarından göründüyü kimi, cavabdehlə aralarında müqavilə 2017-ci ildə bağlansa da, 2018-ci il tarixdə yeni qiymətlərə görə əlavə saziş olmuşdur, yəni tərələr arasında münasibətlər davam etmişdir. Cavabdeh bocu ödəmədikdən sonra artıq ona mal verilməyəndə notarial qaydada borcu təsdiqləməyi təklif edərək müqavilədə göstərilən müddətə qədər həm işini bitirəcəyini, həm də borcunu ödəyəcəyini bildirmişdir. Hazırda tələb edilən borc notarial qaydada təsdiqlənmişdir. Göstərilənlər əsasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin direktoru X3 ilə Cavabdeh arasında sement məhsullarının satışı ilə bağlı müqavilə imzalanmışdır. Yenə işdə olan xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan sazişdən görünür ki, xx.xx.2017-ci il tarixli müqavilənin 2.2.-ci bəndinə əsasən malların qiymətinin dəyişdirilməsi məqsədilə əlavə saziş bağlanılmış və malların 1 kisəsinin qiyməti “Klass A” 5,8 manat və “Klass B” 5 manat təşkil etməsinə razılığa gəlməklə tərəflər imza atmışlar. İş materiallarında olan İddiaçı MMC ilə işləyən X4ndan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. Mülki işdə olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sonuncuya "xxxx" sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixində 1000 (min) manat ödəniş etmiş, qalıq 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat isə bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı MMC-yə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcu mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi ilə bağlı 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcunun mövcud olması barədə xəbərdar edilmişdir. Yenə iş materiallarında olan xx.xx.2018-ci il tarixli, Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış müqavilədən görünür ki, X1 Elşən Məmməd oğluna 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulu faizsiz və xx.xx.2018-ci il tarixinədək borc olaraq vermişdir. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan imzalanmış nağd pulun təhviltəslim aktlarından görünür ki, Cavabdeh "xxxx" sement borcuna görə İddiaçı MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Yenə də iş materiallarına əlavə olunmuş 2019-cu ilin müxtəlif tarixlərinə olan əmtəənəqliyyat qaimələrindən görünür ki, "xxxx" ASC tərəfindən müxtəlif çəkilərdə olmaqla “Klass A PLT CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300080)” markalı, “Klass B PLT CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300081)” markalı, “Klass A KİSƏ CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300015)” markalı və “Klass B KİSƏ CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300051)” markalı sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, Cavabdeh təhvil verilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə rədd edilərək hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yenə həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Hazırda araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğiniəşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pulla ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir. Qeyd edildiyi kimi cavabdeh bir tərəfdən alınmış malın dəyərini ödədiyini bildirsə də, digər tərəfdən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası ilk olaraq alınmış malın dəyərinin ödənilməsi məsələsini araşdırmağı zəruri hesab edir. Cavabdehin də istinad etdiyi və imzaladığı İddiaçı MMC ilə işləyən X4ndan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. Başqa sözlə, qeyd edilən tarixə tələb edilən borcun mövcud olması işin mübahisəsiz halıdır. Cavabdeh həmin borc məbləğini ödədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Əksinə, işdən görünür ki, cavabdeh həmin borc barədə notarial müqavilə bağlamaqla onun mövcudluğunu etiraf etmişdir. Hazırda cavabdeh tərəf həmin müqavilənin hazırki mübahisəyə aidiyyatı olmadığını, yaxud zor tətbiqi ilə bağlandığını iddia etsə də, məhkəmə kollegiyası bunu ağalabatan hesab etmir. Qeyd olunan kredit müqaviləsini MMC-nin direktoru öz adından bağlasa da, işin faktiki halından görünür ki, həmin müqavilə məhz cavabdehin MMC-yə borcunun təsdiqi üçün bağlanmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatından görünür ki, cavabdeh borcu ödəmədikdən sonra artıq ona mal verilməyəndə notarial qaydada borcu təsdiqləməyi təklif edərək müqavilədə göstərilən müddətə qədər həm işini bitirəcəyini, həm də borcunu ödəyəcəyini bildirmişdir. Hazırda tələb edilən borc notarial qaydada təsdiqlənmiş borc məbləğidir. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilini işin həqiqi halına uyğun hesab edir. Bu fakt həm də, onunla öz təsdiqini tapır ki, tərəflər arasında 2019-cu ildə də sement məhsullarına dair alqı-satqı münasibətləri əvvəlki qaydada davam etmişdir. Qeyd edildiyi kimi cavabdeh ərizə verərək iddia müddəti ötürüldüyündən tələbin rədd olunmasını xahiş etmişdir. Bu faktın özü cavabdeh tərəfindən borcun mövcudluğunun qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilə bilər. Əks halda olmayan borc tələbinə görə iddia müddətinin tətbiqinə ehtiyac qalmazdı. Kollegiya vurğulayır ki, qanunda mülki hüquqların müdafiəsi üçün iddia müddəti nəzərdə tutulmuşdur. Həmin müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Məlum olduğu kimi, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə öhdəliklərinin icra edilməməsindən qaynaqlanan 74.348 manat borca dair xx.xx.2018-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. İşdə olan əmtəə-nəqliyyat qaimələrindən məlum olur ki, tərəflər arasında sement məhsullarının alqı-satqısı 2019-cu ildə də davam etmişdir. Eyni zamanda iş materiallarına cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə (o cümlədən 2018-ci ilin may ayında, habelə 2019-cu ilin avqust ayınadək) və müxtəlif məbləğlərdə pulun ödənilməsinə dair qəbzlər əlavə olunmuşdur. 2019-cu ilə aid həmin sənədlərdə də dəyişən rəqəmlərlə Cavabdeh MMC-yə tələb olunan borcunun olması öz əksini tapır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış müqavilədən görünür ki, həmin dövrdə İddiaçı MMC-nin direktoru olmuş X1 Elşən Məmməd oğluna 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulu faizsiz və xx.xx.2018-ci il tarixinədək borc olaraq vermiş, Cavabdeh iddiaçı tərəfindən tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği xx.xx.2018-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Daha öncə qeyd olunduğu kimi, cavabdeh iddiaçıdan 2019-cu ildə də sement məhsulları almış və aldığı sement məhsullarına görə 2019-cu ildə müxtəlif aylarda ödənişlər etmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin avqust 2019-cu il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, onda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə uyğun olaraq belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz 2019cu ildən başlayır ki, 3 illik həmin iddia müddəti də 2022-ci ildə başa çatır. Hazırki iddia isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsi xx.xx.2018-ci ildə bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Başqa sözlə, iddia müddətinin axımı həmin vaxtdan hesablansa belə yenə 3 illik müddət ötürülmür. Beləliklə, işin tədqiq olunan hallarından aydın görünür ki, iddiaçı qanunda göstərilən həmin 3 illik iddia müddətini ötürməmişdir. Ona görə də iş üzrə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-4073/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumuı Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1916/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1916/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver