Məhkəmə qərarları › İş №2(105)-1924/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1924/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1924/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 12.120 (on iki min yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh 2500 (iki min beş yüz) manat pul alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı аpellyаsiyа şikayəti verib, Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsinin ləğv edilərək, idida tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinin açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o qətnamədən narazıdır. Qəbul edilmiş qətnamə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, onun maddi imkanı yaxşı olmadığından iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Sonda apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həllini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsinin surəti 11 iyul 2023-cü il tarixdə poçt vasitəsi ilə tərəflərə (o, cümlədən İddiaçı) göndərilmiş və sonuncuya ünvanlanmış zərf «İddiaçı» soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul etmişdir. (i/m səh.53) Qeyd olunan poçt xəbərnaməsi mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, həmin xəbərnamənin üzərindəki poçt ştempelindəki tarix xx.xx.2023-cü il olmasına baxmayaraq, üzərindəki rəqəm düzəliş edilərək “27” rəqəmi ilə əvəz olunmuşdur. Bundan sonra İddiaçı 25 avqust 2023-cü il tarixdə qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Şabran Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən bu halın dəqiqləşdirilməsi barədə müvafiq poçt xidmətinə müraciət olunmuş və təqdim edilmiş çıxarışdan, həmçinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan müəyyən edilmişdir ki, İddiaçı Şabran Rayon Məhkəməsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli sifarişlixəbərnaməli məktub xx.xx.2023-cü il tarixdə Şabran MXŞ-də sistemə işlənilmiş, xx.xx.2023-cü il tarixdə vətəndaşa çatdırılmışdır. Xəbərnamənin qaytarılma tarixində texniki səhvə yol verilərək, xx.xx.2023-cü il tarixi əvəzinə xx.xx.2023-cü il tarixi yazılmışdır. Göründüyü kimi məhkəmə zərfinin iddiaçıya 20 iyul 2023-cü il tarixdə təqdim edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3 və 133.5. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan xəbərnaməni sadalanan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə yoxlayıb, qətnamənin İddiaçı təqdim edilmə tarixini müəyyən etmədən, apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərərkən həmin xəbərnamədən olan müddəti nəzərə almadan və nəhayət iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 363.1 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 361, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(031)-219/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar