Məhkəmə qərarları › İş №2(105)-1928/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1928/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1928/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3462/2013 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2013-cü il tarixə olan 46957,87 ABŞ dolları əsas, 110773,99 ABŞ dolları faiz borcu, 61789,05 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 219519,91 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3462/2013 nömrəli qiyabi qətnaməsi ilə (hakim İlyas Mahmudov) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixə olan 46957,87 ABŞ dolları əsas, 110773,99 ABŞ dolları faiz borcu, 61789,05 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 219519,91 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3462/2013 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qətnamə ona təqdim edilməmişdir. xx.xx.2024cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun dəvətindən sonra icra işi ilə tanış olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3462/2013 saylı qiyabi qətnaməsinin ləğv olunmasına dair Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş icra işi və mülki iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi və məhkəməyə müraciət edilənədək cavabdehin pretenziya qaydasında xəbərdar edilməsinə dair “xəbərnaməli” bildiriş Cavabdeh kredit müqaviləsində qeyd olunan və xəbərdarlıq məktubu ilə rəsmi xəbərdarlıq edildiyi ünvan 1 ünvanı olmuşdur. Cavabdeh yuxarıda qeyd olunan ünvandan pretenziya qaydasında bildirişi rəsmi qaydada qəbul etmişdir. Bundan əlavə icra işində olan məlumatlar məhkəməyə əsas verir ki, cavabdehin həmin qətnamədən məlumatlı olaraq icra sənədinin icrasından boyun qaçıraraq formal mülahizələrdən çıxış edərək icra etməmiş, bunun nəticəsi olaraq xx.xx.2015-ci il tarixdə onun tapılması üçün Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən 42494/15 saylı axtarış işi açılmışdır. Məhkəmə hesab edir ki, qiyabi qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməməklə, uzun müddət ərzində məhkəmənin qətnaməsindən məlumatlı olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(050)-3462/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Ərizə MPM-nin 245-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İşdən görünür ki, cavabdehin ərizəsi xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olub. Lakin hakim MPM-nin 248-ci maddəsinin tələbini pozaraq işə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində deyil 41 gün müddətində baxıb. Bununla da məhkəmə MPM-nin tələbini də pozmuşdur. MPM-nin 250-ci maddəsinə görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İşdən görünür ki, cavabdeh qətnaməni rəsmi qaydada almayıb. Ümumiyyətlə çıxarılmış qətnamədən xəbərsiz olmuşdur. Bu hal məhkəmə iclasında da öz təsdiqini tapmışdır. Hakimin qərardadda qeyd etdikləri, formal mülahizələrdir. Halbuki hakim formal mülahizələrə yox qanuna əsaslanmalıdır. Ona görə də hesab edir ki, qərardad ləğv olunmalı və qiyabi qətnamənin ləğvi barədə ərizə təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)- 3462/2013 saylı qiyabi qətnaməsinin ləğv olunmasına dair Cavabdeh ərizəsinə baxılması üçün mülk iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini; 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; 134.1.4. məhkəmə bildirişini; 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 243.Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi və məhkəməyə müraciət edilənədək cavabdehin pretenziya qaydasında xəbərdar edilməsinə dair “xəbərnaməli” bildirişin Cavabdeh kredit müqaviləsində qeyd olunan ünvan 1 ünvanına göndərilməsini, cavabdehin qeyd olunan ünvandan pretenziya qaydasında bildirişi rəsmi qaydada qəbul etməsini və cavabdehin qətnamədən məlumatlı olmasını müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi bildirişlər, eləcə də pretenziya məktubunun cavabdehə çatdırılması iş materialları ilə təsdiqini tapmır. Eyni zamanda işə əlavə edilmiş (i.v.25) xəbərnamədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli məktubun cavabdehin ünvanına göndərilməsi qeyd edilsə də həmin məktubun hansı tarixdə, kim tərəfindən alınmasını göstərən hissələrdə hər hansı məlumatlar qeyd edilməmişdir ki, bu da həmin məktubun cavabdehə təqdim edilməsini təsdiq etmir. Eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehin ünvanına göndərilsə də poçt sənədi cavabdehin qeyd olunan ünvanda yaşamaması qeyd ilə (i.v.38) geri qaytarılmışdır. Ən əsası isə xx.xx.2013-cü il tarixli qiyabi qətnaməsinin cavabdehə göndərilməsinə dair iş materiallarına məktub əlavə edilsə də qətnamənin cavabdeh tərəfindən alınmasına dair hər hansı sənəd mövcud deyildir. Bununla da müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, qəbul edilmiş məhkəmə aktının da cavabdehə çatdırılması müəyyən olunmamışdır. Bundan başqa məhkəmə icra işində olan məlumatlara əsaslanaraq, cavabdehin həmin qətnamədən məlumatlı olmasını qeyd etsə də iş materialları ilə bu fakt da təsdiq olunmamaqdadır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması cavabdehin məhkəmə aktından məlumatlı olması anlamına gəlmir. Buna görə də məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)- 3462/2013 saylı qiyabi qətnaməsinin ləğv olunmasına dair Cavabdeh ərizəsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-3462/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3462/2013 saylı qiyabi qətnaməsinin ləğv olunmasına dair Cavabdeh ərizəsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar