Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-193/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 17500 manat borc tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(026)-318/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qobustan Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(026)-318/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 17500 manat borc məbləği və 142,50 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.(hakim M.Quliyev) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı aralarında 10 mart 2018-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 17500 manat əsas borc və 142,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun dayısı oğlunun yaxın dostudur. Ona görə də Farizə inanaraq ona 18000 manat borc pul vermişdir. Borc müqaviləsi Bakı şəhəri 8 saylı notariat kontorunda 10 mart 2018-ci il tarixli tarixdə rəsmişləşdirilmişdir. Notariat kontoruna Fariz və Farizin atası Ariflə birlikdə getmişlər. Həmin müqavilənin şərtlərinə əsasən Fariz borcu 10 dekabr 2018-ci il tarixinə qaytarmalı idi. Dəfələrlə borcunu istəməyinə baxmayaraq Fariz yazda heyvanlarının arıq olduğundan sata bilmədiyi üçün ondan vaxt istəmiş, payızda isə heyvanın yaylaqdan qayıdarkən satıb pulunu verəcəyini bildirmişdir. Lakin Fariz bu günə kimi borcunu tam ödəməmişdir. 2021-ci ilin may ayında 200 və 300 manat olmaqla, cəmi 500 manat pul ödəmişdir. Bundan sonra, borcun qaytarılması ilə əlaqədar Cavabdeh dəfələrlə müraciətinə baxmayaraq borcu qaytarmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Əvvəla, tərəflər arasında heç bir pul krediti münasibəti olmamışdır. Yəni iddiaçı cavabdehə pul verməmişdir. Qeyd olunan kredit müqaviləsi başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, cavabdehin atası Arif Qədirovun iddiaçıya Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə 30.000 manat pul borcu olmuşdur. Həmin borc və faiz ödənilmiş, lakin 18.000 manat faiz borcundan ödənilməmiş qalmışdır. Hazırkı iddiada qeyd olunan kredit müqaviləsi məhz qalıq 18 min manat borca dair bağlanmışdır. Yəni iddiaçı tərəfindən cavabdehə hər hansı pul məbləği verilməmişdir. Ümumiyyətlə, məhkəmə işə birtərəfli qaydada baxmış, çəkişmə prinsipinin tələbləri gözlənilməmiş, o, məhkəmə iclasları barədə vaxtında məlumatlandırılmamışdır. Onun tərəfindən verilən qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılmışdır. Ən əsası isə, iddiaçı hazırkı iddia tələbi üçün qanunla müıyyən edilmiş (AR MM-nin 372-ci maddəsi) 3 illik iddia müddətini ötrümüş, bu müddətin ötürülməsini qanuniləşdirmək üçün guya 2020- 2021-ci il ərzində iki dəfəyə cəmi 500 manat pulun cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Cavabdeh iddiaçıya heç bir pul ödənişi etməmişdir. Çünki, o, iddiaçıdan borc pul almamışdır. Məhkəmə bu kimi vacib halları araşdırmamış, əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı şikayətin dəlillərini qəbul etmədi, əlavə olaraq bildirdi ki, şikayətdə qeyd olunanlar həqiqətlə uzlaşmır, belə ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehə onun tərəfindən borc verilmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. O, heyvandarlıqla məşğul olur, heyvanları yaxşı qiymətə satıb, pulunu qaytaracağı vədi ilə onu hər dəfə yubatmışdır. Cavabdeh borc məbləğindən cəmi 500 manat ödəniş etmişdir. Cavabdehin atasının da iddiaçıya borcu vardır ki, o bu kredit müqaviləsinə aid deyildir. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunda reyestrdə 3M-49 nömrə ilə qeydə alınmış 10 mart 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 10 mart 2018-ci il tarixdə 18000 manat borc pul vermiş və borc alan Cavabdeh borc məbləğini 10 dekabr 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 10 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 18000 manat borc pul vermişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun iddiaçıya borcu yaranmışdır. Borcun ödənilməsi barədə tərəflər arasında razılaşma əldə edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıdakı qaydada həll etmişdir. Narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə cavabdehin apellyasiya şikayətinin iki əsas dəlili vardır ki, bu dəlillər arasında məntiqi əlaqə yoxdur. Belə ki, cavabdeh bir tərəfdən mübahisəndirdiyi kredit müqaviləsinin formal olaraq (yəni başqa bir əqdin pərdələnməsi üçün) bağlandığını, başqa sözlə müqavilə üzrə iddiaçı tərəfindən ona pul verilmədiyini iddia edir, digər tərəfdən isə hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddiaçının tələbetmə hüququ üçün müddəti ötürməsini qeyd edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu arqumentləri arasındakı ziddiyəti nəzərə alaraq qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etməklə, dolayısıyla kredit müqaviləsinin yaratdığı nəticəni qəbul etmişdir. Lakin qanunvericiliyin tələbindən çıxış etməklə, qeyd olunan kredit müqaviləsinin onun üçün yaratdığı nəticələrdən, borcun qaytarılması öhdəliyindən azad olmaq istəyir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin tədqiq olunan faktiki hallarından çıxış edərək kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 2020-2021-ci illərdə iki dəfə iddiaçıya ümumilikdə 500 manat pul qaytarılması hazırkı kredit müqaviləsi üzrə borcun etirafıdır və bu fakt iddia müddətinin axınının kəsilməsinə səbəb olmuşdur. Cavabdeh onun tərəfindən iddiaçıya, yəni borcverənə aldığı borc məbləğindən 500 manat qaytarılmasını inkar etsə də, iş üzrə vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə iclaslarının heç birinə gəlməmiş, bu dəlilini əsaslandırmaq üçün şifahi məhkəmə çəkişməsindən yayınmışdır. Kollegiya hesab edir ki, bu tipli məhkəmə mübahisəsində (ziyanına məhkəmə aktı qəbul edilmiş və həmin aktdan xəbərdar olmasına baxmayaraq) cavabdehin məhkəmə iclaslarından dəfələrlə yayınması özlüyündə şübhəli məqamlar yaratmaqla, cavabdehin apellyasiya şikayətinin dəlillərini də kölgə altına salmış olur. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının dəlilini daha ağlabatan hesab edir və borcalan cavabdeh tərəfindən, iddia müddəti dövründə, borc məbləğindən 500 manatın qaytarılmasını qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla təsdiq olunur. Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı öz tələbinin əsası kimi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsaslanır, cavabdeh tərəfindən isə həmin müqavilədən doğan tələbi istisna edən heç bir tutarlı əsas gətirilməmiş, onun tərəfindən əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Buna əsasən də, kollegiya yaranmış mübahisə barədə birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 71.25, manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(026)- 318/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-193/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-193/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver