Məhkəmə qərarları › İş №2(105)-1939/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1939/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1939/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X1 cavabdeh X9 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X6 29900 manat əsas borc, 7196,36 manat faiz borcu və 1000 manat cərimə borcunun, ümumilikdə 38096,36 manat borcun, habelə ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim C.Məmmədov). Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı X10 ləğvedicisi X2 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın həmin hissələrdə də təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan “xxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 məhkəməyə müraciət edərək, cavabdeh X6 əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 manat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manatın, habelə məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxxx”ASC -nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə “xxxxxxxxxxxx”ASC arasında bağlanmış 1911/15 saylı, 13.0.215-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya şəxsi məqsədlər üçün 30 ay müddətinə, istifadə etdiyi məbləğə illik 15 faiz dərəcəsi hesablanmaqla 29.900 manat məbləğində kredit verilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, həmin pulu və ona hesablanmış faizi ödəməkdən boyun qaçırır. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehin banka əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 manat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manat borcu vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO İddiaçı X10 ləğvedicisi X2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi kredit müqaviləsi üzrə yaranmş borcun təmin edilməməsi hissəsində qanunsuzdur. Bank tərəfindən cavabdehdən tələb edilən 6798,01 manat cərimə borcu kredit müqaviləsində nəzərdə tutulmuş müddəaya əsasən hesablanmışdır. Kredit müqaviləsinin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 2921,97 manat borc isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yaranmışdır. Göründüyü kimi, bank tərəfindən tələb edilmiş cərimə borcu və gecikdirilmiş borc üçün illik 5 % borc tam qanuni əsaslarla hesablanmışdır, lakin məhkəmə iddianı bu hissədə tam təmin etməmişdir. Buna görə də qətnamə qismən-cərimə borcunun azaldılması və müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun tutulmaması hissələrində ləğv edilməli, iddia tələbi həmin hissələrdə tam təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X11 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 1911/15 saylı, 13.04.215-ci il tarixli kredit müqaviləsindən görünür ki, X9 “xxxxxxxxxxxxxx”ASC tərəfindən şəxsi məqsədlər üçün 30 ay müddətinə, istifadə etdiyi məbləğə illik 15 faiz dərəcəsi hesablanmaqla 29.900 manat məbləğində kredit verilmişdir. Yenə işdə olan xx xxxxx 2015-ci il tarixli məxaric orderindən görünür ki, X11 1911/15 saylı, 13.04.215-ci il tarixli kredit müqaviləsi üzrə “xxxxxxxxxxxx”ASC-dən 9767 manat vəsaiti qəbul etmişdir. Yenə də işdə olan LPO “xxxxxxxxxxxx”ASC-nin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X8 banka əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 manat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manat borcu vardır. İşə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehdən 29900 manat əsas borcun və 7196,36 manat faiz borcunun tutulması hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası AR MPMnin 372.6-cı maddəsinə görə həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı X10 ləğvedicisi X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxxxxxxxxxxxx” ASC ilə cavabdeh X11 arasında bağlanmış 1911/15 saylı, 13.04.215-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak xərcləri məqsədilə illik 15 % olmaqla, 30 ay müddətinə 29900 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinin müvafiq müddəalarına əsaslanaraq cavabdehdən 6798,01 manat cərimə borcunun tam və 2921,97 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 % tətbiq edilməklə hesablanmış məbləğin də tutulmasını tələb edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh E.Ə.Qəmbərov həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu E.Ə.Qəmbərovun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh E.Ə.Qəmbərov iddiaçıdan aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh E.Ə.Qəmbərov müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İşdən göründüyü kimi, X8 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, habelə faiz borcu və dəbbə pulu borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 6798,01 manat dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb qismən, yəni 1000 manat hissəsində təmin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 6798,01 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 1000 manata endirilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa, işdən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2019-cu ilədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış məbləğin (2921,97 manat) də tutulmasını xahiş etmiş və həmin tələb təmin olunmamışdır. Bank cavabdehdən həmin məbləği tələb edərkən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasma dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-nin 449-cu maddəsinin "ondan faydalanmağa görə" müddəası özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3cü maddəsində göstərilmiş gəlirin, artımm bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, MM-nin 449-cu maddəsinə əsasən faydalanmağa görə fazilərin tutulması-pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki - hüquqi məsuliyyət tədbiridir. Hazırki halda cavabdehin hərəkətlərində özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində maddi xeyrin əldə edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə də, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun qeyd edilən məbləğdə tutulması, kredit müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2019-cu ilədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış məbləğin isə tutulmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedici ƏSF apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı X10 ləğvedicisi X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar