Məhkəmə qərarları › İş №2(105)-195/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-195/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-195/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə Cavabdeh qarşı pul tələbinə dair üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3420/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 9971,40 (doqquz min doqquz yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1982-ci ildə ailə həyatı qurub Lənkəran rayonundan Sumqayıt şəhərinə gəlin köçmüşdür. Sumqayıt şəhərində 31 saylı orta məktəbdə 45 il ərzində ibtidai sinif müəllimi işləmişdir. xx.xx.2022-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Müəllim işlədiyi dövrdə, müəllim iş yoldaşı Cavabdeh pula ehtiyacı olduğunu bildirib. Münasibətləri yaxşı olduğundan, cavabdeh iddiaçıdan bankdan pul götürməyi xahiş edib. 08 noyabr 2018-ci ildə İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və istədiyi məbləğ bank tərəfindən təsdiqlənmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının və "xxxx" ASC-nin “Xırdalan” filialı ilə aralarında kredit kartına dair müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən 123CLM19999502AA nömrəli kreditin məbləği 8900 manat təşkil edir, faiz dərəcəsi illik 26,6%, 48 ay müddətinə və **********01944123 nömrəli kreditin məbləği 1600 manat təşkil edir, faiz dərəcəsi illik 26,29%, 48 ay müddətinə ödəmək şərtləri ilə qeyd olunub. "xxxx" ASC və iddiaçının arasında sənədlərin formal prosedurundan sonra verilən 8900 və 1600 azn dəyərində olan nağd pulu zaminin şahidliyi ilə əldən ələ Cavabdeh vermişdir. Bundan əlavə, həmin gün kredit kartını da Svetlana müəllimə özündə saxlayıb. Beləliklə, həm pul, həm də kart Svetlana müəllimənin ixtiyarına verilmişdir. Onu da qeyd etmək istəyir ki, onlar (Svetlana xanım, zamin və iddiaçı) Sumqayıt filialındakı "xxxx" ASC-yə müraciət edəndə, iddiaçının adına kredit müqaviləsi bağlamağa dair imtina verilmişdir. Bu zaman "xxxx" ASC-nin əməkdaşı olan Pərviz adlı şəxs, Svetlana xanımın tanıdığı idi, onları "xxxx" ASCnin “Xırdalan” filialına yönləndirmişdir. İddiaçının "xxxx" ASC-nin “Xırdalan” filialında müraciətinə baxılıb, ərizəsi qəbul olunub və kredit məbləği təsdiq olunmuşdur. xx.xx.2018ci il tarixdə "xxxx" ASC və iş yoldaşı xx.xx.1967-ci il təvəllüdlü Şahid arasında zamin qismində Z-123CLM19999502AA və Z**********01944123 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlanılan müddətdən xx.xx.2019-cu il tarixədək kredit borcunu Cavabdeh tərəfindən ödənilib. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək kredit borcunun ödənişi iddiaçının maaş kartından tutulub banka ödənilib. xx.xx.2020xx.xx.2022-ci illərin kredit borcunun ödənişi 9971,40 manat təşkil edir. Bu müddət ərzində Svetlana sözdə dəfələrlə deyirdi ki, krediti ödəyəcək. Lakin, faktiki olaraq cavabdeh tərəfindən bu dövr ərzində (xx.xx.2020-xx.xx.2022 illər) ödənişlər olmayıb. İddiaçı xx.xx.2022-ci il tarixində 65 yaşı tamam olduğuna görə əmək pensiyasına çıxmışdır. Hazırda Sumqayıt şəhərində, yuxarıda qeyd olunan ünvanda həyat yoldaşı ilə birlikdə yaşayır. Özünün səhhətində ciddi problemlər var. Qadın orqanlarının onkoloji xəstəliyindən əziyyət çəkir. Milli Onkologiyada qeydiyyatdadır. Dəfələrlə kimyaterapiya almışdır. xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə iki dəfə əməliyyat olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının epikrizini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Filialının Onkoloji Xəstəxanasının forma 027/U nömrəli çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Hazırda iddiaçının səhhətində olan problemlər davam edir. İddiaçının bu gündən sabaha ümidi yoxdur. Həkimlərin rəyinə görə yenidən əməliyyat olunmalıdır. İddiaçının aldığı pensiya yanlız gündəlik təlabatlarını ödəmək üçün bəs edir. Dövlətdən başqa maddi dəstək almır. İddiaçı dəfələrlə Svetlanadan kredit borcunun ödənişini tələb etsə də, o hər dəfəsində ona yalan vədlər verərək, borcu qaytaracağına dair söz vermişdir. Lakin, bu müddət ərzində cavabdeh tərəfindən 9971,40 manat puldan heç nə qaytarılmayıb. Əvvəl Cavabdeh borcu hissə-hissə, hər ay ödəməyə söz vermiş, lakin bu günə kimi heç nə ödəməmiş, yalan vədlər, sözlər verməyə davam etmişdir. Hazırda iddiaçının səhhətində olan problemə görə, onun həmin pula ehtiyacı var. Kredit borcunun ödənilməsini hissəhissə yox, 9971,40 manatı bir dəfəyə ödənilməsini tələb edir. Həmçinin, Svetlanın özünün dediyinə görə, bütün banklara borcu var. Cavabdehin adı kredit tarixçəsində qara siyahıdadır. Habelə işlədiyi 31 nömrəli məktəbdə bütün müəllimlərə borcu vardır. Svetlananın kredit borcunun ödənilməsinə dair müxtəlif formada dediyi faktlar telefonunun yaddaşında onun tərəfindən “vatsap” yazışmalarında qeyddədir. İddiaçının kartından məxaric olan məbləğlər – ödəniş kartı üzrə çıxarışda qeyd olunmuşdur. Kredit borcu üzrə silinmələri hesablayanda ümumillikdə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 30 ayın kredit borcu 9971,40 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni şahid ifadələrinə əsaslanmaqla təmin etmişdir. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavadehə borc verdiyini göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ona borc verdiyini bildirsə də, lakin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi üzrə Mülki Məcəllənin əsassız varlanmaya dair maddələrini tətbiq etməklə qət etdiyi qətnamə əsassız və qanunsuzdur. İlk növbədə məhkəmə iddiaçının hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını və həmçinin cavabdehin həmin iddiaya cavab verməli olubolmamısını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə xx.xx.2016-ci il tarixində əlavə olunmuş 740-cı maddənin 2-ci bəndində qeyd olunur ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, cavabdehin ondan tələb etdiyi məbləğ 9971,40 manat pul təşkil etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddənin 2-ci bəndində əsasən iddiaçı ilə onun arasında mütləq qaydada borc müqaviləsi bağlanmalı idi. Həmin müqavilənin bağlanmaması (mövcud olmaması) iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olmamasına dəlalət edir. Hazırda iddiaçının həmin məbləği ona borc vermədiyindən və həmin məbləği ona verilməsi sübuta yetirilmədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3420/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində tərəflərlə eyni məktəbdə işlədiyini, onlar arasında problem olmadığını, Cavabdeh ona yaxınlaşaraq atasının xəstəliyi ilə əlaqədar bankdan pul götürülməsi üçün zamin durmasını xahiş etdiyini, onun da razılaşdığını, banka getdikdə İddiaçı da orda gördüyünü bildirmişdir. Lakin onlar arasında olan pul söhbətlərindən xəbəri olmadığını, bankdan pulun İddiaçı adına götürüldüyünü, onun da zamin durduğunu, İddiaçı Cavabdeh pul verdiyini gördüyünü, lakin hansı məbləğdə olduğunu bilmədiyini bildirmişdir. O, həmçinin göstərmişdir ki, 1-2 dəfə onun əmək haqqı kartından kredit ödənilmiş, o bu barədə Cavabdeh bildirdikdə həmin məbləği ödəmişdir. İddiaçı təqaüdə çıxdıqdan sonra da 1-2 dəfə yenə onun kartından bank kredit ödənişini tutmuş, Cavabdeh isə həmin məbləği ödəmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının cavabdehə pul verməsi, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirməyərək, həmin pulun iddiaçıya qaytarmadığının sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə tərəflərin eyni təhsil müəssisəsində işləmələri işin mübahisəsiz halı olmaqla iddia tələbi pulun geri qaytarılması barədədir. Tələbin qanuni əsası isə Mülki Məcəllənin 439.4, 1092.1-ci maddələri təşkil edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı bankdan götürülən məbləğin cavabdehə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən səs yazısı olan diskə baxış keçirilərkən iddiaçının cavabdehin istifadəsində olan mobil telefona zəng vuraraq ödənişləri həyata keçirmədiyinə görə bank tərəfindən ona ödənişlər barədə gecikmələr barədə xəbərdarlıq edildiyini, həmin məbləğin ödənilməli olduğunu bildirmişdir. Cavabdeh isə iddiaçıya cavab olaraq atasının vəziyyətinin ağır olduğunu, evə gec gəldiyini, bu səbəbdən pulu ödəyə bilmədiyini, Orxan adlı bank əməkdaşının iddiaçıya zəng etdiyini, həmin şəxsə zəng etdikdə onun zəngə cavab vermədiyini, borcu hesablayıb qalıq qalan məbləği ödəyəcəyini, çekin şəklini çəkib göndərəcəyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə İddiaçı məxsus əmək haqqı, debit və istifadəsində olmuş digər kartlarından xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixlərində hansı məbləğdə kredit borcu üzrə tutulmalar aparılması barədə "xxxx" ASC tərəfindən müfəssəl məlumat verilməsi üçün qərardad qəbul edilmiş, mülki iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı məxsus 510307******7920 nömrəli kartından xx.xx.2020-ci il tarixdə 0,72 manat, xx.xx.2020-ci il tarixdə 325,02 manat, xx.xx.2020-ci il tarixdə 8,62 manat, xx.xx.2020-ci il tarixdə 311,33 manat, xx.xx.2020-ci il tarixdə 0,77 manat, xx.xx.2020-ci il tarixdə 307,25 manat, xx.xx.2020-ci il tarixdə 0,30 manat, xx.xx.2020-ci il tarixdə 302,11 manat, xx.xx.2020-ci il tarixdə 300,08 manat, xx.xx.2020-ci il tarixdə 0,70 manat, xx.xx.2020-ci il tarixdə 301,20 manat, xx.xx.2020-ci il tarixdə 0,66 manat, xx.xx.2020-ci il tarixdə 302,25 manat, xx.xx.2020-ci il tarixdə 249,89 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 20,79 manat, xx.xx.2020-ci il tarixdə 0,71 manat, xx.xx.2020-ci il tarixdə 301,90 manat, xx.xx.2020-ci il tarixdə 0,29 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 251,95 manat, xx.xx.2021-ci il tarixdə 0,73 manat, xx.xx.2021-ci il tarixdə 302,12 manat, xx.xx.2021-ci il tarixdə 0,12 manat, xx.xx.2021-ci il tarixdə 303,07 manat, xx.xx.2021-ci il tarixdə 0,79 manat, xx.xx.2021-ci il tarixdə 300,51 manat, xx.xx.2021-ci il tarixdə 0,02 manat, xx.xx.2021-ci il tarixdə 302,95 manat, xx.xx.2021-ci il tarixdə 0,80 manat, xx.xx.2021-ci il tarixdə 302,01 manat, xx.xx.2021-ci il tarixdə 0,50 manat, xx.xx.2021-ci il tarixdə 302,68 manat, xx.xx.2021-ci il tarixdə 300,08 manat, xx.xx.2021-ci il tarixdə 51,49 manat, xx.xx.2021-ci il tarixdə 502,25 manat, xx.xx.2021-ci il tarixdə 363,28 manat, xx.xx.2021-ci il tarixdə 157,44 manat, xx.xx.2021-ci il tarixdə 144,86 manat, xx.xx.2021-ci il tarixdə 0,28 manat, xx.xx.2021-ci il tarixdə 302,53 manat, xx.xx.2022-ci il tarixdə 0,24 manat, xx.xx.2022-ci il tarixdə 327,96 manat, xx.xx.2022-ci il tarixdə 0,27 manat, xx.xx.2022-ci il tarixdə 332,84 manat, xx.xx.2022-ci il tarixdə 0,73 manat, xx.xx.2022-ci il tarixdə 310,90 manat, xx.xx.2022-ci il tarixdə 0,49 manat, xx.xx.2022-ci il tarixdə 333,79 manat, xx.xx.2022-ci il tarixdə 0,40 manat, xx.xx.2022-ci il tarixdə 0,23 manat, xx.xx.2022-ci il tarixdə 328,47 manat, ümumilikdə 8341,57 manat kredit borcu üzrə silinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin iştirakını təmin etmək məqsədilə məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, sonuncu məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Göründüyü kimi iddiaçı tərəfindən banka 8341 (səkkiz min üç yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik ödənilməsi, cavabdeh tərəfindən isə iddiaçıdan almış olduğu pulun qaytarılmaması öz təsdiqini tapdığından, məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək, iddiaçının tələb etdiyi məbləğdə deyil, iddiaçının istifadəsində olmuş kart hesabından tutulmuş 8341,57 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 8341 (səkkiz min üç yüz qırx bir) manat 57 (əlli yeddi) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar