Məhkəmə qərarları › İş №2(105)-1950/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1950/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1950/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Göradil qəsəbəsində torpaq sahəsinin dəyəri üçün 32.500 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsində qeyd edildiyi kimi illik 5% yəni, 16250 manat əldən çıxan fayda, illik inflyasiya 5% olmaqla, cəmi 65.000 manat maddi və 10000 manat mənəvi zərər olmaqla, cəmi 75000 manat pulun və ya Bakı şəhəri Binəqədi rayonu Göradil bağ massivi ********** qeydiyyat nömrəli 1701 saylı bağ sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, 2009-cu ildə qaynı X1 rayonunda yerləşən ona məxsus 3 otaqlı 55000 manat dəyərində evi etibarnamə əsasıda Balağanın tanışı Rəşada vermiş, bunun əvəzinə isə Balağa yenə mülki etibarnamə ilə hər biri 12 sot olmaqla 2 bağ sahəsinin birini onun, digərini isə Mehralının qaynatası Nuriyev Adilin adına vermişdir. Bundan başqa Balağa etibarnamədən əlavə torpağa mülkiyyət sənədi çıxarılması üçün torpağın ilkin mülkiyyətçisi olan X9 adından torpağın onun adına keçirilməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə də vermişdir. Həmin sənədlər əsasında o, xx.xx.2011-ci il tarixdə mülkiyyət sənədi almaq üçün Binəqədi bələdiyyəsiniə 72 manat ödəniş etmiş, buna görə də ona 440223 saylı qəbz verilmişdir. Sonra 2011-ci ildə o, Balağa tərəfindən ona verilmiş etibarnamə əsasıda torpağın ilkin mülkiyyətçisi X9 adına mülkiyyət sənədi olan ******* saylı çıxarış almış və həmin çıxarışın əsİi iş materiallarına əlavə olunmuşdur. Sonradan qayınatası Nuriyev Adil 2014-cü ildə həmin torpaq sahəsinin birini etibarnamə əsasında satmış və həmin şəxsin adına mülkiyyət sənədi almışdır. O, isə özünə aid olan torpaq sahəsini sata bilmədiyinə görə X9 adında qalmışdır. 2019-cu ilin may ayında Asan Xidmətə müraciət edərək qeyd olunan torpaq sahəsini öz adına sənədləşdirmək istəyən zaman bildirmişlər ki, torpağın ilkin mülkiyyətçisi olan Rəfiqə Rzayeva vəfat edib, ona görə də etibarnamə və ərizənin hüquqi qüvvəsi yoxdur. Sonra İsmayılla birlikdə Balağa adlı şəxsin vasitəsi ilə Rəfiqə Rzayevanın varislərini axtarmış və onları Balağa bilərəkdən tapmamış, əksinə bu vəziyyəti biləndən sonra o, Rəfiqənin oğlu Elçini taparaq onun adına varis kimi yeni çıxarış alaraq həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Qeyd olunanlardan aydın olur ki, məhkəmə iş üzrə heç bir qanuni araşdırma aparmadan iş üzrə mühüm əhəmiyyət kəsb edən şahidlər X7 və Mehman adlı şəxsi dindirmədən X10 nə vaxt ölməsi faktını dəqiqləşdirmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Balağa izahat verərək göstərmişdir ki, guya Rəşad ona olan borcu ödəmədiyinə görə hələ Rəşadın sağlığında, 2011-ci İdə etibarnaməni ləğv etdirmişdir, əslində isə Rəşad xx.xx.2010-cu ildə vəfat etmişdir və Balağa Rəşadın öldüyünü bilib etibarnaməni ləğv elətdirmişdir. Bundan başqa X18 araşdırma aparılan zamanizahat vermişdir ki, Balağa adlı şəxsi çoxdan tanıyır, o 2009-cu ildə müraciət edərək 24 sot torpaq sahəsini satmaq istəyirdi, bu barədə Rəşada bildirmiş və o da, torpağı sata biləcəyini göstərmişdir. Sonra 27 saylı notariusa gəlib orada 30000 manat müqabilində Balağa torpağı Rəşadın göstərdiyi Adil və Mehralının adına etibarnamə verməklə satmış və 10000 manat pul almış, qalan 20000 manata isə o,zamin olduğuna görə sonra verilməsinə razılıq vermiş, bir il müddətinə Rəşaddan 18000 manat alaraq Balağaya vermiş, 2000 manat borc qalmış və xx.xx.2010-cu ildə Rəşad vəfat etmişdir. O, da 2000 manatı alıb verə bilməmişdir. Sonra 2018-ci ildə Balağa ondan Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Sonradan eşitmişdir ki, Balağa Mehralının adına verdiyi etibarnaməni ləğv elətdirib və yalandan deyib ki guya Rəşadın ona 24000 manat borcu var. Əslində isə 300xx xxxxxxxx 28000 manatı o, Rəşaddan alıb Balağaya vermişdir. Bütün bunlar dəfələrlə məhkəmədə qeyd olunsa da məhkəmə nədənsə bunları nəzərə almamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiamın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavadbeh Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh1 ona yaxınlaşaraq adından etirbarnamə əsasında torpaq sahəsi aldığını və həmin etibarnamənin müddətinin bitdiyini bildirmişdir. Həmin torpaq sahəsini anası X9 adına keçirtmək lazım idi. O, anası X9 etibarnamə verməsinə etiraz etməmişdir. Cavabdeh1 torpağın sənədləşdirilməsinin xərclərini çəkmişdir. Bir müddət sonra İddiaçı zəng edib həmin torpaq sahəsinin Cavabdeh1 verməməsini bildirmişdir. Sonra İddiaçı onla görüşən zaman ona göstərdiyi sənədlərdə onun və ailə üzvlərinin adının keçdiyi sənədlər olsa da, lakin heç bir imzanın onlara məxsus olmadığını görmüşdür. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, mübahisələndirilən torpaq sahəsini 2009-cu ildə Rəfiqə Rzayevadan 2000 manat müqabilində almış, öz adına Rəfiqə etibarnamə vermiş, 2011-ci ildə Rəşad adlı makler həmin bağ torpaq sahəsini və oğluna məxsus digər torpaq sahəsini almaq istədiyini bildirmiş, oğluna məxsus torpaqda ev olduğundan 32 000 manata, hazırkı mübahisəli torpağı isə aldığı qiymətə Rəşada satmaq istəmişdir. Rəşad ona cəmi 8000 manat vermiş, qalan pulu da ödəyəcəyini bildirmişdir. Bir müddət sonra torpaq sahəsinin dəyəri ödənilmədiyi üçün 2011-ci ildə hələ Rəşadın sağlığında etibarnaməni ləğv etdirmiş, bu əsasda Rəfiqənin adına verilmiş Çıxarış da ləğv edilmişdir. X5 yenidən Rəfiqənin adına çıxarış almışlar. Elçin buna görə ona etibarnamə vermişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının və cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində, 1701 saylı bağ sahəsində yerləşən reyestr nömrəsi **********31 olan 0,10691 ha torpaq sahəsinin hüquqi sahibi X14r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 1701 saylı bağ sahəsində yerləşən reyestr nömrəsi **********31 olan 0,10691 ha torpaq sahəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 30134 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan X9 xx xxxxxxxx 2009-cu il tarixli ərizəsindən müəyyən edilir ki, o adında olan Bakı şəhəri İcra hakimiyyəti Aparatının bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Göradil bağlar sahəsində 75 saylı koorperativ tərəfindən xx xxxxxxxx 1993-cü il tarixli, 80 saylı orderə əsasən 0,12 ha torpaq sahəsinin 1701 saylı bağ sahəsini İddiaçı adına keçməsinə etiraz etməmişdir. Mülki işin materiallarında olan ƏN-İ seriyalı, xx xxxxxxxx 2009-cu il tarixli etibarnamədən müəyyən edilir ki, X3 Mehralı Məhəmməd oğluna etibarnamə vermiş və həmin etibarnamə xx xxxxxx 2019-cu il tarixədək qüvvədədir. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı iddia edir ki, 2009-cu il tarixdə qaynı X13 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində hər biri 12 sot olmaqla 2 bağ sahəsini, cəmi 24 sot torpaq sahəsini etibarnamə ilə Cavabdeh1 almışdır. Belə ki, 2009-cu il tarixdə X1 rayonunda yerləşən özünə məxsus 3 otaqlı 65000 manat dəyərində evi etibarnamə əsasında Cavabdeh1 tanışı Rəşad adlı şəxsə vermiş, bunun əvəzində isə Cavabdeh1 mülki etibarnamə ilə hər biri 12 sot olmaqla 2 bağ sahəsinin birini İddiaçı adına, digərini isə X6 adına vermişdir. Bundan başqa Cavabdeh1 etibarnamədən əlavə torpağa mülkiyyət sənədi çıxarılması üçün torpaq sahəsinin mülkiyyətçisi X9 adından torpağın İddiaçı adına keçirilməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə də vermişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsaslandığı sübutlar işin materiallarında olsa da cavabdeh iddiaçının bu dəlilinə münasibətdə bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsini 2009-cu ildə Rəfiqə Rzayevadan 2000 ABŞ dolları müqabilində almış, onun adına Rəfiqə etibarnamə vermiş, 2011-ci ildə Rəşad adlı makler həmin bağ torpaq sahəsini və onun oğluna məxsus digər torpaq sahəsini almaq istədiyini bildirmiş, oğluna məxsus torpaqda ev olduğundan 32000ABŞ dollarına, hazırkı mübahisəli torpağı isə aldığı qiymətə Rəşada satmaq istəmiş, Rəşad ona cəmi 8000 ABŞ dolları vermiş, qalan pulu da ödəyəcəyini bildirmişdir. Bir müddət sonra torpaq sahəsinin dəyəri ödənilmədiyi üçün 2011-ci ildə etibarnaməni ləğv etdirmiş, bu əsasla Rəfiqənin adına verilmiş Çıxarış da ləğv edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Rəşad adlı şəxs 2011-ci ildə vəfat etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə görə cavabdeh X8 istər iddiaçı tərəfindən, istərsə də iddiaçının qeyd etdiyi Rəşad adlı şəxs tərəfindən pul verildiyi öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 2011-ci ildən ötən müddət ərzində iddiaçı mübahisəli bağ-torpaq sahəsini mübahisələndirməmişdir, həmin torpaq sahəsi mülkiyyətçinin sahibliyində olmuşdur. Beləliklə qeyd edilənlərdən göründüyü kimi iddiaçı iddianın əsaslandığı halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarnda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışmşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, Yusifov X4 Rəfiqə Rza qızının adında olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 1701 saylı bağ sahəsində yerləşən 0,10691 ha torpaq sahəsinin onun vəsaiti hesabına alınması, Cavabdeh1 və Cavabdeh2 onun vəsaiti hesabına əsassız varlanması barədə istinad etdiyi halları sübut edə və həmin sübutları məhkəməyə təqdim edə bilmədiyindən, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində torpaq sahəsinin dəyəri üçün 32500 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsində qeyd edildiyi kimi illik 5% yəni, 16250 manat əldən çıxan fayda, illik inflyasiya 5% olmaqla, cəmi 65000 manat maddi və və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 75000 manat pulun və Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ********** qeydiyyat nömrəli 1701 saylı bağ sahəsinin ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X15rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-529/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar