Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1956/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə,Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “evin təmirinə xərclənmiş pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-737/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı evin təmirinə xərclənmiş pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim Ş.Nəcəfova). Qətnamədən iş üzrə İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)- 1924/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)1504/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən mənzilin təmiri zamanı ona dəymiş 6500 manat məbləğində zərərin əvəzinin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, bütövlükdə mənzilin təmiri üçün verilmiş 5000 manat, hər ay 150 manat olmaqla 10 ay müddətinə kirayə yaşamaq üçün verdiyi 1500 manat və iş icraçısı Namiqə verdiyi 600 manat, cəmi 7100 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə araşdırması zamanı onun iddiasının əsaslı olması aydın olsa da məhkəmə bu iddianı təmin etməmişdir. İş üzrə ekspertiza təyin edilmiş, sübut olunmuşdur ki, mənzilinin təmir edilməsi üçün xeyli vəsait sərf edilmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehi maddi məsuliyyətdən azad etmiş, səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-737/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinin və onun iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh Asbşeron rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)1504/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)- 737/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə maddi ziyana görə 4903 manat ,10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmış xx.xx.2017-ci il tarixli, 1758 nömrəli arayışdan görünür ki, X4s Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 3 saylı evin 3 saylı mənzilində yaşayır. İşdə olan qaimələrdən görünür ki, İddiaçı “Fərid Market” adlı mağazadan xx.xx.2014-cü il tarixdə 3230 manat, xx.xx.2014-cü il tarixdə 26,60 manat və xx.xx.2014-cü il tarixdə 432 manat dəyərində tikinti-material almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, ona rayon İcra Hakimiyyətinin büdcə təşkilatı olduğu və bu məqsədlər üçün vəsait ayrılmadığına görə ona köməklık göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 12780 saylı rəyindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzilində döşəmənin, qapıların, pəncərələrin dəyişdirilməsi, eləcə də, yerinə yetirilmiş digər müxtəlif növ təmir işlərinin aparılması üçün bazar qiymətlərinə uyğun olaraq təqribən 4903,0 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsaitin xərclənməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli binadan təmir-bərpa işlərinin cavabdeh təşkilat tərəfindən aparılmasının sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən, qaimə sənədlərindən görünür ki, iddiaçıya məxsus mənzildə mavafiq söküntü və təmir işləri aparılmışdır. Göründüyü kimi, iddiaçının mənzilinə maddi zərəriun dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mənzilində təmir-söküntü işlərinin cavabdeh təşkilat tərəfindən aparılmaması barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)1504/2020 saylı qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının mənzilində bilavasitə söküntü işləri aparmış şəxslərin dairəsini müəyyən edib, onları şahid qismində dinləmək üçün məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, həmin şəxslərlə, o cümlədən cavabdeh təşkilatın nümayəndəsinin izahatında göstərdiyi “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi ilə Cavabdeh arasındakı hüquqi bağlılığa aydınlıq gətirmədən, mənzilin təmiri üçün tələb olunan maliyyə vasitinin hansı təşkilat tərəfindən ödəniləcəyinə aydınlıq gətirmədən, həmçinin Ceyranbatan qəsəbəsində üç binada təmir, bərpa və gücləndirmə işlərini aparmağı sifariş edən sifarişçi təşkilatı müəyyən etmədən, işə əlavə edilmiş çoxsaylı sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız cavabdeh təşkilatın irəli sürdüyü arqumentlərlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Odur ki, iddiaçının mənzilin təmir-söküntü işlərinin cavabdeh tərəfindən apaarılıb-aparılmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilatın nümayəndəsi Rəşad Qubatovun izahatından və iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsində üç binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunalayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayandırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də bunun heç bir nəticəsi olmayıb. İş materiallarında olan (i.v.57) Azərbaycan Respublikasının Baş Nazirinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış xx.xx.2013-cü il tarixli, 854 saylı məktubda göstərilmişdir ki, Xırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olmasını bildirməklə həmin binalarda kompleks bərpagücləndirmə və təmir işlərinin aparılması xahiş edilmişdir. Həmin yaşayış binalarının layihə-smeta sənədləri hazırlanmış, aparılacaq kompleks bərpa-gücləndirmə və təmir işlərinin dəyəri 13,4 milyon manat təşkil edir. 1200 nəfərdən artıq sakinin yaşadığı həmin binalarda komleks bərpa gücləndirmə və təmir işlərinin aparılması barədə müvafiq sərəncam verilməsi xahiş edilir. İş materiallarında olan (i.v.56) Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubunda da həmin binalarda komleks bərpa gücləndirmə və təmir işlərinin aparılması məqsədilə 2013-cü ilin Dövlət Büdcəsinin ehtiyyat fondundan vəsait ayrılması barədə müvafiq sərəncam verilməsi xahiş edilir. İş materiallarında olan (i.v.54-55) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2013-cü il tarixli, 2929saylı məktubdan görünür ki, Xırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli yaşayış binalarında kompleks bərpa gücləndirmə və təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən dəyəri 13,4 milyon manat olan layihə-smeta sənədləri hazırlanmışdır. Tərtib edilmiş yahiyə-smeta sənədləri əsasında kompleks bərpagücləndirmə və təmir işlərinə artıq başlanılmışdır. Lakin 2013-cü ilin Dövlət Büdcəsinin ehtiyyat fondundan vəsait ayrılması mnəsələsi həll edilmədiyindən iş dayandırılmışdır və vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində qəzalı vəziyyətdə olan binaların bərpa-gücləndirmə və təmir işləri Cavabdeh tərəfindən aparılmış və bu fakt iş materiallarında olan məktublarla təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus binada bərpa-gecləndirmə və təmir işlərinin aparılması Cavabdeh tərəfindən aparıldığından iddiaçıya dəymiş zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 10 ay kirayə pulu əvəzi kimi 1500 manatın tutulması barədə tələbə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binada təmir-bərpa işləri aparıldığından iddiaçı 10 ay kirayədə qalmış və hər ay 150 manat olmaqla ümumilikdə 1500 manat kirayə haqqı vermişdir. Məhkəmə kollegiyası qeyd edilən hala qiymət verərək hesab edir ki, 10 ay üçün kirayə haqqı aylıq 150 manat olmaqla 1500 manat ağlabat hesab olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilə artırılmış otağın təmiri üçün iş icraçısı Namiq adlı şəxsə 600 manat verilmiş pulun tələb edilməsin hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilən halı göstərsə də, 600 manat məbləğində pulu təmir üçün verilməsini sübuyata yetirə bilməmişdir. Bundan başqa iş icraçısı Namiq adlı şəxs hazırki işdə cavabdeh kimi də göstərilməmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçı tələbinin 600 manat pulun tutulması hissəsində sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Mülki Prosessual Məcəlləsinin 384.0.2-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticəüçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş ekspertizanın dəyəri ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Cavabdehndən tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli,Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə maddi ziyana görə 4903 manat ,10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “evin təmirinə xərclənmiş pulun ödənilməsi” barədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Abşeron rayon İcra Hakimiyyərindən İddiaçı xeyrinə dəymiş zərərin əvəzi 4903 manat,,10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Cavabdehndən tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Məmmədov Şəmsəddin Abasov
Məhkəmə qərarları › İş №2(105)-1956/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1956/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver