Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1957/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X19 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12, Cavabdeh nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1315/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1315\2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 63 000 manat məbləğində pulun və 60,80 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı və X15 qaytarılması qət edilmişdir (hakim C.Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1315/2019 saylı qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 3073\2019 saylı qətnaməsilə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1315\2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1114/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3073\2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: Xıdırova X17 Anar Eldar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 78000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək hesabda səhvə yol verildiyini bildirərək, cavabdehdən cəmi 63500 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25 da Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək X14 məxsus 30000 manat və X5 məxsus 33500 manat pulun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq İddiaçı və ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, o və bacısı X2 Anar Eldar oğlunu 2012-ci ildən işlədikləri “Sitalçay” dəmiryolu stansiyasında həmin stansiyanın yük daşımaları üzrə rəisi kimi tanımışlar. Cavabdeh İddiaçı və onun bacısı X25 ilə əvvələr mehriban və işgüzar münasibətləri olmuş, bundan bəhrələnən Cavabdeh 2014-cü ilin yayında onları iş otağına çağırıb Dərnəgül yaşayış massivində böyük bir ticarət obyekti tikdirdiyini, həmin obyektin tikintisini artıq başa çatdırmaq üzrə olduğunu, lakin bir qədər pulun çatmadığına görə ona faizlə borc pul tapmağı xahiş etmişdir. Borcu obyekt hazır olan kimi banka girov qoyub bankdan pul götürüb artıqlaması ilə qaytaracağını vəd vermişdir. O və bacısı X2 Anar Eldar oğlunun vədinə inanıb Sumqayıt şəhər sakini X3 hissə-hissə olmaqla ümumilikdə 37000 manat pul alıb Cavabdeh vermişlər. Lakin Cavabdeh ona verilən pulun çatmayacağını və bunun üçün yenidən borc pul tapmağı xahiş etmişdir. İddiaçı və onun bacısı X25 tanışları X6 da 45000 manat alıb yenidən Cavabdeh vermişlər. Cavabdeh bir müddət keçdikdən sonra, İddiaçı və onun bacısı X12 təzyiqi altında 2016-cı ilin iyun-iyul aylarında borcdan 12000 manat hissəsini qaytardıqda sonuncular həmin pulu X14 vermişlər. Lakin həmin vaxtdan sonra Cavabdeh müxtəlif bəhanələr gətirərək, yalanlar danışmağa başlamışdır, sonradan isə onu işdən çıxartmışlar. O və bacısı X25 əvvəlcə Cavabdeh yaşadığı Abşeron rayonu, Atyalı ərazisində yerləşən evinə, daha sonra isə valideynlərinin yasadığı Tovuz rayonunun Qovlar qəsəbəsinə gedərək borc sahiblərinin pulları tələb etdiklərini bildirib pulun qaytarılmasını tələb etsələr də, Cavabdeh gizlənərək borcu qaytarmaqdan yayınmağa başlamışdır. X7 2017ci ilin yayında onlara borc verdiyi 37000 manat pulunu tələb etdiyindən sonuncuya 4000 manat pul qaytara bilmişlər. Qalan pulu qayatara bilmədiklərindən X7 onu və bacısı X16 Sumqayıt Şəhər Məhkəməsinə verərək qalan 33000 manat pulun qaytarılması barədə iddia qaldırmış, onun iddiasının təmin olnmasına dair qətnamə çıxarılmışdır. Hazırda həmin qətnamə icra mərhələsindədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25 da tələbini İddiaçı iddia ərizəsinə uyğun şəkildə əsaslandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ VƏ S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmə qərəzli mövqe tutmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə prosesi dövründə iddiaçılar tərəfindən məhkəməyə bir-birindən fərqli məzmunda ərizələr təqdim edilmişdir. Şıxəliyeva Nigarın məhkəməyə və polis idarəsinə təqdim etdiyi ərizələri də məzmunca bir-birindən fərqlənir. Məhkəmə prosesində dəvət olunan şahidlər həqiqəti əks etdirməyən, bir birinə zidd izahatlar vermişlər. X30 polisə yazdığı şikayət ərizəsində göstərmişdir ki, onlar Anarla birlikdə Svetlananın təklifi əsasında onun işlədiyi Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinə gəlmişlər və Svetlana həyat yoldaşını evə göndərərək evdən pul gətizdirməklə Anara istədiyi məbləğdə pul vermişlər. Anarın Svetlanaya 33.000 manat məbləğində, başqa tanışları Nadirə adlı qadına isə 44.000 manat məbləğində pul borcu qalmışdır. X36 məhkəməyə təqdim etdiyi iddia ərizəsində fərqli məzmunda izahat vermiş, iddia ərizəsində göstərmişdir ki, bacısı Şerixan Svetlanadan 37.000 manat pul alıb Cavabdeh vermişdir. Bundan sonra, Anar onlardan yenə borca pul istəmişdir. Onda bacısı ilə ümumi tanışları Nadirə Əsədulla qızından da 45.000 manat alıb Anara vermişlər. Bunlar bir-birinə zidd izahatlardır, hadisələrin tarixləri də dəqiq söylənilmir. Borc münasibətlərinin yarandığı dövrü gah 2014-cü il, gah da 2015, 2016-cı illər kimi göstərirlər. Əgər pulu Svetlana özü Anara veribsə, niyə hazırkı iş üzrə iddiaçı qismində özü çıxış etməməlidir? Nadirə adlı qadının da Anara borc verdiyi bildirilir, lakin işdə şahid qismində çıxış etmişdir. İddiaçı və onun bacısı X12 iddia tələbi əsassızdır, çünki iş materiallarında göstərilən məbləğdə pulun alınması və verilməsi barədə heç bir sübut yoxdur. Daha əvvəllər Svetlana ilə Şerixan arasında məhkəmə çəkişməsi olmuş, həmin məhkəmə qərarları ilə Şerixanın Svetlanadan aldığı pulu başqasına verməsi sübuta yetirilməmişdir. İddiaçı tərəf tələbini, kimlərdənsə pul alıb Anara verməsi faktını əsaslandırmalı, bununla bağlı məhkəməyə sübut təqdim etməlidir. Bundan əlavə, İddiaçı söylədiyinə görə guya tərəflər arasında borc məsələsi 2014-cü ildə olmuşdur. Hazırda 2019cu il olduğundan pulun qaytarılması barədə iddia müddəti onlar tərəfindən ötürülmüş, bu barədə mübahisə üzrə iddia müddətinin tətbiq edilməsilə bağlı ərizə verilmişdir. Odur ki, iddia müddətinin ötürülməsini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalı idi. Məhkəmə qətnaməsində göstərilimişdir ki, cavabdeh aldığı borcdan 15.000 manatını 2016-cı ilin yayında geri qaytarmışdır, bu səbəbdən də hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Cavabdeh 2015-ci ilin sentyabr ayında Azərbaycandan getmiş, 2016-cı ildə Azərbaycanda olmamışdır. Göstərilən hallar məhkəmə tədqiqatı zamanı yetəri qədər araşdırılmadığından Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 1315/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X26 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, hər iki iddianın isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək, qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6826/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, X1 Şerixan Kərim qızına və X15 qarşı onlardan müştərək qaydada 33500 (otuz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə iddia qaldırmış, həmin qətnamə ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin işdə olan 2(105)-2847/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya çikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6826/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1663/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2847/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin qərarında müəyyən etmişdir ki, tələb edilən pul məbləğinin başqa şəxsə verilməsi və onun tərəfindən geri qaytarılmalı olmasını təsdiq edən sübutlar yoxdur. İşdə olan Abşeron Rayon Polis İdarəsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə X20 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh nümayəndəsi və vəkili X26 hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan AR DSX Sərhəd Nəzarətinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan məlum olur ki, Cavabdeh xx.xx.2015-ci ildə ölkədən çıxmış, xx.xx.2015-ci ildə ölkəyə gəlmiş, xx.xx.2015-ci ildə yenidən ölkədən çıxmış, qayıtmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı arvadıdır. İddiaçı X3 33500 (otuz min beş yüz) manat, X6 30000 (otuz min) manat pulu alaraq Cavabdeh vermişdir, O, şəxsən bütün bu hadisələrin şahidi və iştirakçısıdır. Anar pulu qaytarmadığından dəfələrlə baldızları Şerixan və Nigar onun evinə, hətta Tovuz rayonuna ata evinə belə getmişlər, lakin Anar pulu onlara qaytarmamışdır. Məhkəmə iclasında şahid X21 ifadəsində göstərmişdir ki, iddiaçıları tanıyır, özü isə mağaza işlədir. İddiaçı və onun bacısı Nigar öz müdiri Anar adlı şəxsə pul vermək üçün ondan borc istəmişlər. Onlar bildirmişlər ki, Anar tikinti malları satmaq üçün mağaza tikdirir. 2015-ci ilin yay aylarında 3 dəfəyə hər dəfə 15000 manat, ümumilikdə 45000 manat olmaqla İddiaçı borc vermiş, lakin Anar aldığı borcdan 2016-cı ilin iyun-iyul aylarında 15 000 manatını qaytarsa da, qalan 30000 manat borcunu qaytarmamışdır. O özü də, dəfələrlə Şerixan və Nigarla birlikdə Anarın evinə, iş yerinə getmişlər. Şerixan və Nigarın Anarla söhbətlərini eştmiş, Anar hər dəfə müxtəlif bəhanələr gətirsə də, pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid X29 ifadəsində göstərmişdir ki, X22 onun qonşusudur və rəfiqəlik edirlər. O bir neçə dəfə X12 Nadirədən hissə-hissə üç dəfə olmaqla 45 000 manat pul almasının şahidi olmuşdur. Nadirənin deməsinə görə onun 30000 manat pulunu hələ də Şerixan və bacısı Nigar qaytarmamışlar. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Qovlar qəsəbəsindəndir. Cavabdeh bir yerli kimi tanıyır, çox yaxşı bir ailədəndir. Eyni zamanda, İddiaçı da tanıyır, Onunla tanış olmuş, çox yaxşı münasibətləri yaranmışdır. Bir dəfə Şerixan ona bildirmişdir ki, Cavabdeh tikinti mağazası tikdirir ondan borc istəyib. Həmin vaxt Cavabdeh öz maşınında gəlmiş, Şerixan tərəfindən 21000 (iyirmi bir min) manat pul Cavabdeh onun yanında verilmişdi. Şerixanın deməsinə görə ümumilkidə Cavabdeh 70 000 manatdan çox pul vermişlər. O da Cavabdeh tanıdığı üçün Şerixan demişdir ki, Anargil yaxşı adamlardır, narahat olmasın. Lakin bir müddətədn sonra Şerixan ona zəng etdi ki, bəs Anar pulu qaytarmır, qaçıb gizlənir, atasının evinə getmək istəyir, Tovuza gəlsə onlara kömək edə bilər? O da etiraz etməmişdir. 2016-cı ilin yay aylarında Şerixan bir qadınla Tovuza gəlmiş, onlar birlidə Cavabdeh valideynlərinin yaşadıqları Qovlar qəsəbəsindəki evlərinə getmiş, o, həyətdə gözləmişdir. Şerixangil qayıdanda bildirmişlər ki, Anar borcu qaytarmaq üçün vaxt istəmişdir. Sonradan Şerixandan eşitdiyinə görə Anar puldan cəmi 15 000 manat hissəsini qaytarmış, qalan borcu isə qaytarmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini, tərəflərin izahatlarını dinləyib apelyasiya şikayətinin dəlillərini, habelə yuxarı instansiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1315/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək hər iki iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının və müstəqil tələb irəli sürən 3-cü şəxsin izahatlarına, habelə şahidlərin ifadələrinə istinad etmişdir. Məhkəmə belə hesab etmişdir ki, İddiaçı və Şıxəliyeva Nigar müxtəlif vaxtlarda X6 45000 manat və X3 37000 manat pul alaraq inanıb etibar etdikləri keçmiş iş yoldaşı Cavabdeh vermiş, həmin puldan Cavabdeh 15000 manat hissəsini, özləri isə 3500 manat hissəsini qaytarmış, lakin qalan 63000 manat qaytarılmamışdır və buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərindəki borc məbləği ilə iddiaçılar tərəfdən dindirilmiş şahid ifadələrindəki məbləğlər arasında kəskin ziddiyyətlər olduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bu hallara tənqidi yanaşır, belə ki, borc konkret məbləğdə öz əksini tapmalıdır, bu xüsusda hər hansı ziddiyyətdən söhbət gedə bilməz. İş materiallarından görünür ki, İddiaçı birinci dəfə (xx.xx.2019-cu il) iddia ərizəsində borcun 78000 manat olduğunu göstərmiş, bunun 37000 manat hissəsini (21500+3500+12000 manat olmaqla) Svetlana Məmmədovadan, 45000 manat hissəsini isə Nadirə Rzayevadan alaraq Cavabdeh verdiyini, bunun 12000 manatının Anar tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını və Nadirə Rzayevaya ödənildiyini, özü tərədindən Svetlanaya 4000 manat qaytarıldığını, qalan borcun isə 78000 manat (əslində isə 37000+45000-12000- 4000=66000) olduğunu göstərmişdir. İddia tələbinin azaldılması barədə ərizədə isə (xx.xx.2019-cu il) İddiaçı borcun 63500 manat olduğunu göstərmiş, bunun 33500 manat hissəsini Svetlana Məmmədovadan, 45000 manat hissəsini isə Nadirə Rzayevadan alaraq Cavabdeh verdiyini, bunun 15000 manatını Anar tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını, qalan borcun isə 63500 manat (33500+45000-15000=63500) olduğunu göstərmişdir. Bu zaman İddiaçı ərizəsinə özü tərəfindən Svetlanaya ödədiyi 4000 manat pul barədə, habelə qaytarılan məbləğin hansı səbəbdən 120xx xxxxxxxx 15000-a yüksəldiyi barədə hər hansı müddəa yazmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25 (xx.xx.2019cu il) iddia ərizəsində borcun 63500 manat olduğunu göstərmiş, bunun 37000 manat hissəsini (21500+3500+12000 manat olmaqla) Svetlana Məmmədovadan, 45000 manat hissəsini isə Nadirə Rzayevadan 3 dəfəyə bərabər hissə olmaqla, 2015-ci ilin sonlarından 2016-cı ilin əvvəllərinədək alaraq Cavabdeh verdiyini, bunun 15000 manatını Anar tərəfindən 2016-cı ilin iyun-iyul aylarında qaytarıldığını və Nadirə Rzayevaya ödənildiyini, qalan borcun isə 63500 (30000 manat Nadirəyə, 33500 manat Svetlanaya) manat olduğunu göstərmişdir. Bu zaman N.Şıxəliyeva da ərizəsinə bacısı tərəfindən Svetlanaya 4000 manat pul qaytarılması barədə hər hansı müddəa yazmamışdır. X12 Tovuz Rayon Prokurorluğuna və Tovuz rayon X42 Müseyibov barədə verdiyi şikayət ərizəsində (xx.xx.2017-ci il) göstərmişdir ki, onun vasitəçiliyi ilə Svetlanadan 33000 manat, Nadirədən isə 44000 manat alınmış və Cavabdeh verilmişdir. Onun həmin şikayət ərizəsindən görünür ki, bacısı ilə birlikdə X40 Museyibova pul tapmaq üçün faizə pul verməklə məşğul olan Svetlana adlı xanımla danışmış, sonra Anarla birlikdə Svetlananın təklifi əsasında Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinə getmiş, Svetlana ərinə evə pul gətirmək üçün göndərib gətirilmiş puldan Anara istədiyi məbləğdə pul vermiş və faizlər almışdır. Bu minvalla Anara hər dəfə hissə-hissə pullar vermiş faizini almışdır. Anar bir müddət pulları qaytardıqdan sonra qalan puları qaytarmadan Rusiyaya qaçmışdır. Onun Abşeron rayon Polis İdarəsinə yazdığı şikayət ərizəsində (xx.xx.2018-ci il) isə göstərmişdir ki, yaşayış evinin tikintisinə lazım olduğu üçün Anara özündə olan 33000 manatı borc vermiş, pul çatmadığına görə onun vasitəçiliyi ilə Nadirə Rzayevadan əlavə 45000 manat alınmış və Cavabdeh verilmişdir. Anar borcdan 15000 manat qaytarmış, qalan 63000 manatı isə tezliklə qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. Nadirə Rzayeva isə ifadəsində İddiaçı 3 dəfəyə hər dəfə 15000 manat, ümumilikdə 45000 manat borcu 2015-ci ilin sonlarından 2016-cı ilin əvvəllərinədək deyil, 2015-ci ilin yay aylarında verdiyini göstərmişdir. Bundan başqa, şahid X29 ifadəsində göstərmişdir ki, X6 45000 manat borcu X25 hissə-hissə üç dəfəyə götürmüşdür. Məhkəmə iclasında şahid X8 isə ifadəsində borcdan 21000 manat hissəni onun iştirakı ilə Şerixan tərəfindən Cavabdeh verildiyini göstərmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində və izahatlarında Anar Museyibovun iş yerində onun rəisi olmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, onlar bir yerdə işləməmiş, Anar Museyibov onun rəisi olmamışdır. Göründüyü kimi bu izahat və ifadələr arasında kifayət qədər ziddiyyətlər mövcuddur və məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həll edilməsi üçün həmin izahat və ifadələrə istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiqolunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İşdən görünür ki, İddiaçı və X2 Anar Eldar oğlundan 63500 manat məbləğində borcun qaytarılmasını tələb etsələr də, bunu sübut edən hər hansı mötəbər və legitim sənəd iş materiallarında yoxdur. İş materiallarında həmİddiaçı, həm də X12 Cavabdeh borc vermələrini və bu məbləğdə borcun olmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Daha öncə qeyd olunduğu kimi, AR Ali Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 2(102)-1663\2018 saylı qərarı ilə də müəyyən olunmuşdur ki, X4 İddiaçı və X10 tələb etdiyi 33500 (otuz min beş yüz) manat pul məbləğinin başqa şəxsə verilməsi və onun tərəfindən geri qaytarılmalı olmasını təsdiq edən sübutlar yoxdur. Bundan başqa, AR DSX Sərhəd Nəzarətinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan da görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə ölkədən çıxmış, xx.xx.2015-ci ildə ölkəyə gəlmiş, xx.xx.2015-ci ildə yenidən ölkədən çıxmışdır, belə olan halda isə onun tərəfindən iddiaçılara 2016-cı ilin iyun-iyul aylarında hər hansı məbləğdə pul qaytarması mümkün deyildir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki mübahisə üzrə şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar öz dəlillərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edə bilməmişlər. Bu da iddianın rəddi üçün əsasdır. Qeyd edildiyi kimi cavabdehin vəkli və nümayəndəsi hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia ərizələrində və məhkəmə iclasında iddiaçıların izahatlarından görünür ki, iddiaçılar tərəflər arasında borc münasibətlərinin 2014-cü ilin yay aylarında yarandığını və verilmiş pul məbləğinin 5-6 aya qaytarılmalı olmasını qeyd etmişlər. Doğrudur, onlar alınmış puldan guya müəyyən hissənin (12000 və ya 15000 manat) 2016-cı ilin iyun-iyul aylarında cavabdeh tərəfindən qaytarıldığını göstərsələr də, bu inandırıcı ola bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh həmin vaxtlarda ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. İşdən görünür ki, iddiaçılar 2014-cü ilin yay aylarında cavabdehə borca pul verdiklərini göstərmiş, borcun cüzi hissəsinin qaytarılmasını bildirərək qalan pulun onlara ödənilməsi barədə iddialarla məhkəməyə 2019-cu ilin fevral və aprel aylarında müraciət etmişlər. Başqa sözlə, İddiaçı və X25 hazırkı iddianı qanunla nəzərdə tutulmuş müddətdən ən azı bir il sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tərəfinin iddialarını sübut edə bilməmələrinə dair yuxarıda şərh olunan səbəblərlə yanaşı, qeyd olunan mübahisə ilə bağlı iddiaçılar iddia müddətini də ötürmüşlər. Ona görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən birinci instyansyia məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, hər iki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçılardan tutularaq ona qaytarılmalı, iddia ərizələrinin, eləcə də kassasiya şikayənin verilməsi üçün iddiaçıların ödədikləri dövlət rüsumları onların özlərinə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)- 1315/2019 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddiaları təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı və X10 tutularaq Cavabdeh ödənilsin. İddia ərizələrinin, kassasiya şikayənin verilməsi üçün İddiaçı və X25 tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1957/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1957/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver