Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1958/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərinin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir və müddəti 22 avqust 2017-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 27 avqust 2020-ci il tarixədək Cavabdehin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə faiz 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Ona 09 yanvar 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir. Bir müddət kredit borcundan ödənişlər etmiş, lakin daha sonra maddi vəziyyəti pisləşdiyi üçün iddiaçıya olan kredit borcunu ödəyə bilməmişdir. Bütün imkanlarından istifadə edib banka olan borcunu ödəyəcəkdir. Məhkəmə bunları nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(029)-222/2021 saylı qətnaməsini ləğv edib, yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə hissəsində qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan 09 yanvar 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.. İşə əlavə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən 07 sentyabr 2020-ci il tarixli **********133 nömrəli maliyyə arayışından görünür k, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə Cavabdehin 27 avqust 2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan 29 sentyabr 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə əsas və faiz borcun şişirdilməsi barədə gətirdiyi dəlili qəbul edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştrak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2021-ci il tarixli 9/4388 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi və 22 iyun 2015-ci il tarixli «Əlavə Saziş»də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 09 yanvar 2017-ci il tarixə İddiaçı ASC-nə olan borcu 2.285,31 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1.933,97 ABŞ dolları, faiz borcu üzrə 351,34 ABŞ dolları, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi 19 aprel 2019-cu il tarixdə 1.330,64 ABŞ dolları məbləğində ödəniş (kompensasiya) edilmişdir. 1.330,64 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındıgı təqdirdə 954,67 ABŞ dolları (2.285,31-1.330,64) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 603,33 ABŞ dolları, faiz borcu 351,34 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi cavabdehdən 2751,08 ABŞ dolları tutduqda onun maddi vəziyyətini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, tələb olunan cərimə borcu 100 ABŞ dolları müəyyən edilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Srədaroviçin apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 16 fevral 2021-ci il tarixli 2(029)-222/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 351.34 üç yüz əlli bir dollar otuz dörd sent) ABŞ dolları, 100 (yüz) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 1149 (min yüz qırx doqquz) ABŞ dolları 51 (əlli bir) sent qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1958/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1958/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver