Məhkəmə qərarları › İş №2(105)-1958/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1958/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1958/2023 24.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, cavabdeh Salmanova(İsmayılova) Sara Məmməd qızının nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 Cavabdeh1 və Salmanova (İsmayılova) Sara Məmməd qızına qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon məhkəməsinin 2(031)-381/2017 saylı, 21 aprel 2017-ci il tarixli qətnaməsindən Salmanova (İsmayılova) Sara Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-381/2017 saylı 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Salmanova (İsmayılova) Sara Məmməd qızından 134000 (bir yüz otuz dörd min) ABŞ dolları (ödənildiyi anda milli manat ekvivalentində) və ödədiyi 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamədən iş üzrə cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli məktubuna əsasən Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti baxılması üçün Sumqayıt Apelyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 iyun 2023-cü il tarixli 2(105)- 1382/2023 saylı qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(031)-381/2017 nömrəli qətnaməsindən cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş göstərilən prosessual pozntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır Şabran Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh2 tərəfindən Şabran Rayon Məhkəməsinin 2(031)-381/2017 saylı 21 aprel 2017ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş üzrə Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə Şabran Rayon Məhkəməsinin 2(031)-381/2017 saylı 21 aprel 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti göndərmiş, eyni zamanda, ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli 2(031)-2017 saylı qətnaməsindən Cavabdeh2 şikayət verməsi üçün buraxılmış prossesual müddəti bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. ünvan 13-cü il tarixli qərardadı ilə Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-381/2017 saylı 21 aprel 2017ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ünvan 13-cü il tarixli qərardadından şikayət vermişdir. Bu səbəbdən işin Şabran Rayon Məhkəməsinə qaytarılmasını xahiş edir. Məhkəməyə daxil olmuş Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 13-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən şikayət verildiyi üçün mülki işin Şabran Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 ünvan 13-cü il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün işin Şabran Rayon Məhkəməsinə qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndə və vəkili Nümayəndə işin Şabran Rayon Məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 13-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1958/2023 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır( 269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. (269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (269.3) Qanunvericilik normasından da göründüyü kimi, məhkəmə qərardadından verilmiş şikayətə qərardadı qəbul etmiş məhkəmə tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, ünvan 13-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şabran Rayon Məhkəməsinin 2(031)-381/2017 saylı, 21 aprel 2017-ci il tarixli qətnaməsindən Salmanova (İsmayılova) Sara Məmməd qızı tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1958/2023 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263,264, 402.2.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: ünvan 13-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şabran Rayon məhkəməsinin 2(031)-381/2017 saylı 21 aprel 2017-ci il tarixli qətnaməsindən Salmanova (İsmayılova) Sara Məmməd qızı tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1958/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar