Məhkəmə qərarları › İş №2(105)-1962/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1962/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1962/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1919/2017 saylı qərardadından Cavabdeh4 verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-1919/2017 saylı qərardadı ilə (hakim A.M.Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)- 1919/2017 saylı qətnaməsindən cavabdeh R.Q.Qazıyevin verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh4 şikayət ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(060)-1919/2017 saylı qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(060)-1919/2017 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 Əlmirzə oğluna, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əlmirzə oğluna, X4, X5 və X6 qarşı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 24681,40 ABŞ dolları əsas borc, 3193,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 27925,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun cavabdehlər Cavabdeh1 Əlmirzə oğlundan və X2 müştərək qaydada iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, tələbin “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu ilə bağlanmış 21.01.2015-ci il tarixli, 04/15SU saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsi üzrə 27925,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 Əlmirzə oğlunun banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 Əlmirzə oğluna qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsində olan yalnışlıq aradan qaldırılmış və qətnamənin əsaslandırıcı və nəticə hissəsində “Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzili” “Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı məmnzili” kimi oxunması qərara alınmışdır. Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh4 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsinin surəti rəsmi qaydada ona təqdim edilməmiş və bu halı təsdiq edəcək hər hansı bir sübut iş materiallarında yoxdur. Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdikdən sonra qeyd olunan qətnamənin mövcudluğundan məlumatı olmuş, qətnamənin kserosurətini əldə etmiş və apelyasiya şikayəti vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icrata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)- 1919/2017 saylı qətnaməsinin surəti cavabdehlərin yaşayış yeri üzrə göndərilmiş və poçt xəbərnaməsinə 18 avqust 2017-ci il tarixdə imza etməklə rəsmi qaydada qəbul edilmiş, lakin apelyasiya şikayəti 1 aylıq qanunla müəyyən edilmiş müddət ərzində verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsinin surəti cavabdehlərə 18 avqust 2017-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Məhkəmənin qətnaməsi alındıqdan sonra cavabdeh tərəfindən apelyasiya şikayəti 1 ay müddətində deyil, 3 il 6 aydan artıq müddət keçdikdən sonra verilmiş və qanunla müəyyən edilmiş apelyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin verdiyi apelyasiya şikayətini və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh4 verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1919/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar