Məhkəmə qərarları › İş №2(105)-1966/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1966/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1966/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(060)-3028/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh2 4000 (dörd min) manat və iş üzrə ödənilmiş 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 70 manat 40 qəpik məbləğində dövlət rüsumunu da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı maşın alqı-satqısı ilə məşğuldur. 2021-ci ilin fevral ayının 23-də Cavabdeh2 4000 manata VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan 1200 manat xərc çəkib maşını təmir etdirmişdir. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 5100 manata X1. Bundan sonra xx.xx.2021-ci il tarixdə notariat kontorunda onun adına etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh1 etibarnaməni ləğv etdirib. Etibarnamənin ləğv olunmasından onun xəbəri və təqsiri yoxdur. Daha sonra X6 ona və Cavabdeh1 qarşı alqı-satqı faktının baş tutması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, eyni zamanda Cavabdeh1 də ona qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, avtomobilin X3 alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Bundan sonra X6 ona qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 5100 manat məbləğində pul tutularaq X5 verilməsi qət edilmişdir. Hazırda onun X2 avtomobil Cavabdeh1dır və ondan X4 xeyrinə 5100 manat pulun alınıb verilməsi qət olunmuşdur. O, hazırda 5200 manat ziyana düşmüşdür. Belə ki, qeyd etdiyi kimi o, maşını Cavabdeh2 4000 manata almış və maşının təmirinə 1200 manat pul ödəmişdir. Ona görə də hesab edir ki, avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pul cavabdehdən alınıb ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirərək, iş üzrə iddia tələbinin tam təmin olunması, apellyasiya şikayəti üçün ödənilmiş 35 manat dövlət rüsumunu da cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, işin faktiki hallarına Cavabdeh1 münasibətdə düzgün qiymət verməmişdir. Belə ki, işin hallarından görünür ki, İddiaçı maşın alqı-satqısı ilə məşğuldur. 2021-ci ilin fevral ayının 23-də Cavabdeh2 4000 manata VAZ 21099 markalı 90 VG369 dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan 1200 manat xərc çəkib maşını təmir etdirmişdir. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 5100 manata X1. Bundan sonra xx.xx.2021-ci il tarixdə notariat kontorunda onun adına etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh1 etibarnaməni ləğv etdirib. Etibarnamənin ləğv olunmasından onun xəbəri və təqsiri yoxdur. Daha sonra X6 ona və Cavabdeh1 qarşı alqı-satqı faktının baş tutması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, eyni zamanda Cavabdeh1 də ona qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, avtomobilin X3 alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Bundan sonra X6 ona qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 5100 manat məbləğində pul tutularaq X5 verilməsi qət edilmişdir. Hazırda onun X2 avtomobil Cavabdeh1dır və ondan X4 xeyrinə 5100 manat pulun alınıb verilməsi qət olunmuşdur. O, hazırda 5200 manat ziyana düşmüşdür. Belə ki, qeyd etdiyi kimi o, maşını Cavabdeh2 4000 manata almış və maşının təmirinə 1200 manat pul ödəmişdir. Ona görə də hesab edir ki, avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pul cavabdehlərdən alınıb ona verilməlidir. Göründüyü kimi mübahisəli avtomobil hazırda Cavabdeh1dir. İddiaçı avtomobilin təmiri üçün 1200 manat məbləğində pul vəsaiti xərcləyib. Məhkəmə iclasında bu fakt öz təsdiqini tapmışdır. Lakin məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı avtomaşını cavabdehdən alarkən təmir-bərpa xərclərindən məlumatlı olmuşdur. Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, iddiaçı maşını aldıqdan sonra onun təmiri üçün 1200 manat pul xərcləmişdir ki, onu baha qiymətə satsın. Lakin avtomobili təmir edib satdıqdan sonra avtomobilə dair verlmiş etibarnamə ləğv olunduğundan iddiaçının avtomobili satdığı şəxs ondan pulunu tələb etmiş və bu barədə ondan pulunu tələb etmiş və bu barədə qətnamə qəbul edilmişdir. İddiaçının vəsaiti hesabına təmir olunmuş avtomobil isə Cavabdeh1 qaytarılmışdır. Belə olan halda Cavabdeh1 əsassız olaraq varlanmışdır. Hesab edir ki, məhkəmə təmir üçün çəkilmiş 1200 manat pulu hər iki cavabdehdən olmasa da belə, ən azı Cavabdeh1 tutmalı idi. Çünki digər cavabdeh avtomobili ona 4000 manata satdığını etiraf etmişdir. Hesab edir ki, qətnamə dəyişdirilməli və iddia tələbi tam təmin olunmalıdır. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə qismən qanunsuz və əsassızdır. Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə normalara düzgün təfsir etməmişdir, belə ki, konktret halda əsassız varlanmadan söhbət gedə bilməz, çünki iddiaçıya satmış olduğu həmin avtomaşını dəyərini ödəməklə başqa bir şəxsdən almış və maşını ondan aldıqdan sonra iddiaçının onu etibarnaməsi əsasında idarə etməsinə, adına rəsmiləşdirməməsinə görə o, cavabdehlik daşımır. Lakin onun özünün bu əməliyyat zamanı böyük məbləğdə ziyana düşməyinə, dəyərini ödəməklə aldığı avtomaşının əlimdən çıxmasına baxmayaraq məhkəmə əsassız iddianı təmin etmiş, tətbiq etdiyi normanı düzgün təfsir etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini Cavabdeh2 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni qismən mübahisələndirərək, iddia tələbinin təmin edilməyən hissəsində, Cavabdeh2 isə apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmiş, tərəflər mübahisələndirdikləri hissələrdə qətnamənin ləğv edilməsini xahiş etmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi pulun qaytarılması barədədir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, 2021-ci ilin fevral ayının 23-də Cavabdeh2 4000 manata VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, 4000 manat məbləğində pul şəxsən İddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə hər iki tərəfin apellyasiya şikayətlərində qeyd etdikləri hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz və iddia tələbinin qismən təmin olunması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar