Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1978/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-1093/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-1093/2021 saylı saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(067)-6637/2016 saylı məhkəmə qətnaməsinə əsasən 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək tutulan alimentin miqdarının 175 manat olmaqla, cəmi 350 manat müəyyən edilməsinə dair qətnamə qəbul dilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 09.12.2016-cı il tarixli 2(067)-6637/2016 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşağa cəmi 350 (üç yüz əlli) manat sabit məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, daha əvvəlki məhkəmə qətnaməsi ilə hər uşaq üçün 100 manat olmaqla 200 manat aliment tutulmuşdur. Həmin qətnamədən sonra dəfələrlə uşaqların yaşayış minimumu dəyişdirilımişdir. Hazırki ildə bir uşağın yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə isə hər uşaq üçün alimenti 20 manat artırmışdır ki, bu da onların yaşayış təminatını ödəmir. Heç yerəd işləmir, maddi vəziyyəti də ağırdır. Uşaqları saxlamağa çətinlik çəkir. Cavabdehin aylıq gəliri 1000-1500 manat civarında olur. Lakin uşaqların saxlanmasında heç bir köməklik göstərmir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirilərək hər uşaq üçün 175 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-1093/2021 saylı saylı qətnaməsi 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində tutulması hissəsində dəyişdirilməli, artırılmış alimentin miqdarı hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2(067)-6637/2016 saylı qətnaməsindən müəyyən olunur ki, 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hə ay hər uşağa görə 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və işin hallarına əsasən iddiaçının cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 78, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qismən qanuni və əsaslı hesab edir. Belə ki, uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdeh də uşaqların atası olduğu üçün onun Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağı saxlamaq öhdəliyi vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər uşaq üçün müəyyən edilmiş alimenti artırılaraq 120 manat müəyyən edərkən haqlı olmamışdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğində aliment 2016-cı ildə, uşaqlardan bir 1 yaşı tamam olsa da, digərinin 1 yaşı tamam olmamışdır. Hazırda isə həmin uşaq 6 və 5 yaşlarındadır, onların tələbatları da artmışdır Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq təkcə atanın deyil, ananın da borcudur. Belə olan halda, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun cavabdehdən tutulması da düzgün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamə ilə arıtırılmış alimentin məbləği dəyişdirilərək bir uşaq üçün 150 manat müəyyən edilməlidir. Eyni zamanda apelyasiya şikayətində mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldığı gündən hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması barədə birinci instansiya məhkəməsiin mövqeyi haqlı olmuşdur və qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-1093/2021 saylı saylı qətnaməsi 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində tutulması hissəsində dəyişdirilməli, artırılmış alimentin miqdarı hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1,384.0.3, 392- 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-1093/2021 saylı saylı qətnaməsi 29.07.2015-ci il təvəllüdlü Səmanın və 21.08.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində tutulması hissəsində dəyişdirilsin. Artırılmış alimentin miqdarı hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1978/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1978/2021
22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver