Məhkəmə qərarları › İş №2(105)-1980/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1980/2022

20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1980/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(027)-1531/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(027)-1531/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-3261/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(027)-1531/2022 nömrəli qətnaməsinin qismən ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit məbləğdə aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah 2021-ci ildə pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq ona ödənilməsi qərara alınmışdır. Hazırkı alimentin məbləği uşağın maddi ehtiyaclarını lazımi qaydada qarşılamağa imkan vermir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə qətnaməsində qeyd olunan aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Belə ki, o heç bir yerdə işləmir. Sağlamlıq vəziyyətində ciddi problemlər vardır. Gözləri zəif görür. Əməliyyat olduğu üçün rahat şəkildə hərəkət edə bilmir. Hər ay 150 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə onun qeyd etdiyi arqumentləri nəzərə almadan qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində alimentin artırılması üçün əsas olan səbəb göstərilməmişdir. Qanunla alimentin miqdarı tərəflərin maddi vəziyyətində dəyişiklik olan zaman artırıla bilər. Onun maddi vəziyyətində heç bir dəyişiklik baş verməmiş, əksinə xəstə olduğu üçün daha da ağırlaşmışdır. Bundan başqa alimentin miqdarının artırılmasının üzərində bir il keçmişdir. İddiaçının bu hərəkəti yəni hər il alimentin artırılması barədə məhkəməyə iddia verməsi, üstəlik artırılma üçün heç bir əsas olmadan bunu etməsi, onun maddi vəziyyətini daha da çətinləşdirəcəkdir. Alimentin məqsədi uşağın saxlanması üçündür. Bundan əlavə uşağı saxlamaq təkcə onun deyil, həmçinin valideyn olaraq ananın da borcudur. Beləliklə işin bütün halları tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh onun oğludur, hazırda Azərbaycanda deyil, o Rusiya Federasiyasında yaşayır. Cavabdeh ağır qəza keçirdiyindən onun gözləri ciddi zədə almışdır. Bunun nəticəsidir ki, onun iş imkanı bir qədər məhduddur. Hazırkı aliment məbləğini ödəməyə isə maddi imkanı yoxdur. Bu səbəbdən də şikayət təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, cavabdehin sağlamlıq imkanları heç də məhdud deyildir. Onun apellyasiya şikayətində qeyd etdiyi xüsusatların heç biri cavabdehi aliment öhdəliyindən azad edə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.2020-ci ildə doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. Yenə iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 891/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 Gültən Oktay qızının himayəsinə verilmişdir və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3261/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba Rayon Məhkəməsinin 17 may 2015-ci il tarixli, 2(027)-891/2021 nömrəli qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Yenə işdə olan 26 aprel 2022-ci il tarixli, MŞİH-16985 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Məmmədov X3 Gültən Oktay qızı tərəfindən təsvir edildiyi kimi alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 26 aprel 2022-ci il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xəstəxanaya yerləşdirmə göndərişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxana şəraitində müalicə almışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(027)-1531/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış rəsmi nikah 2021-ci ildə pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq ona ödənilməsi qərara alınmışdır. Qeyd olunan aliment məbləğinin uşağın maddi ehtiyaclarının lazımi qaydada qarşılanmasını təmin etmədiyi əsası ilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit məbləğdə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Cavabdeh maddi durumunun imkan verməməsi səbəbilə aliment məbləğinin artırılmasını qəbul etməmiş, qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin hər uşağa görə 300 manat olmasına baxmayaraq, cavabdehin sabit aylıq qazancının olmaması, habelə onun özünün real maddi imkanını, iddiaçının isə hazırkı aliment miqdarında azyaşlının xərclərinin qarşılamaqda çətinlik çəkməsini və digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, aliment məbləğini 150 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 20 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(027)- 1531/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar