Məhkəmə qərarları › İş №2(105)-1989/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1989/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1989/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(067)-895/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(067)-895/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə əlavə məhkəmə qətnaməsi çıxarılması haqqında Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmış, Cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.09.2007-ci il təvəllüdlü X2 və 01.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(067)-895/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2019cu il tarixli, 2(067)-1193/2021 saylı qətnaməsinə əsasən 12.09.2007-ci il tarixdə anadan olmuş X2 və 01.12.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 12.09.2007-ci il tarixdə anadan olmuş X2 və 01.12.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaçının iddia ərizəsinə yazılı etiraz və etiraza əlavə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında ********** saylı, 05.12.2020-ci il tarixli elektron arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında ********** saylı, 02.02.2021-ci il tarixli elektron arayışı, nikah haqqında şəhadətnamənin surətini və ailə tərkibi haqqında yaşayış yerindən arayışı məhkəməyə təqdim etmişdir. Lakin 09.04.2021-ci il tarixdə, yəni qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra onun iddiaya etirazına və etiraza əlavə etdiyi sübutlarına qətnamədə istinad edilmədiyini görmüşdür. Halbuki, məhkəmə qətnamədə onun iddiaya yazılı etiraz verdiyini və həmin etirazına əlavə etdiyi sənədləri də göstərməli və onlara da hüquqi qiymət verməli idi. Xaçmaz Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(067)-895/2021 saylı qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə qətnaməsi çıxarılması haqqında Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan narazıdır, qərardadı əsassız, qanunsuz və ədalətsiz edir. Belə ki, məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaçının iddia ərizəsinə yazılı etiraz və etiraza əlavə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında ********** saylı, 05.12.2020-ci il tarixli elektron arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında ********** saylı, 02.02.2021-ci il tarixli elektron arayışı, nikah haqqında şəhadətnamənin surətini və ailə tərkibi haqqında yaşayış yerindən arayışı məhkəməyə təqdim etmişdir. Lakin 09.04.2021-ci il tarixdə, yəni qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra onun iddiaya etirazına və etiraza əlavə etdiyi sübutlarına qətnamədə istinad edilmədiyini görmüşdür. Halbuki, məhkəmə qətnamədə onun iddiaya yazılı etiraz verdiyini və həmin etirazına əlavə etdiyi sənədləri də göstərməli və onlara da hüquqi qiymət verməli idi. Şikayətdə qərardadın ləğv edilməsi və iş üzrə əlavə qətnamənin çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv olunaraq əlavə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.09.2007-ci il təvəllüdlü X2 və 01.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(067)-895/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(067)-1193/2021 saylı qətnaməsinə əsasən 12.09.2007-ci il tarixdə anadan olmuş X2 və 01.12.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 12.09.2007-ci il tarixdə anadan olmuş X2 və 01.12.2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, əlavə qətnamə çıxara bilər. İddia ərizəsindən görünür ki, İddiaçı tələbi alimentin miqdarının artırılması barədədir və birinci instansiya məhkəməsi həmin tələbə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü tələb üzrə araşdırma aparmış və həmin tələb üzrə də qətnamə çıxarmışdır. Cavabdeh hazırki iş üzrə hər hansı iddia tələbi irəli sürməmişdir. Cavabdehin ərizəsində göstərdiyi hallar, yəni iddiaya etirazına və etiraza əlavə etdiyi sənədlərə məhkəmənin qiymət verməməsi əlavə qətnamə çıxarılması üçün əsas deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(067)-895/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar