Məhkəmə qərarları › İş №2(105)-199/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-199/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-199/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçı Yelobank ASC-nin nümayəndəsi X1, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 (“xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,”İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü ildə kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, müştərək qaydada, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876 ABŞ dolları 03 sent əsas borcun, 4.147 ABŞ dolları 42 sent faiz borcu, və 30 ABŞ Dolları 18 sent cərimə borcu, cəmi 15053 ABŞ dolları 78 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin İddiaçı İKB-nin xeyrinə tutulması qət edilmişdir. təmin edilməsi qət edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı X5 (“xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 Və Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı İKB ASC-nin xeytinə 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10876.03 ABŞ dolları əsas borc, 4147.42 ABŞ dolları faiz borcu və 1880.18 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 16903.63 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını,”İddiaçı İKB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü ildə kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh3, apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı "İddiaçı" İKB ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı" İKB ASC Cavabdeh1 illik 29 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Belə ki, borcun təminatı olaraq Cavabdeh2 Şükür oğlu və onunla 12 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. 24.06.2015-ci ildə Kredit və Zaminlik müqaviləsinə əlavə bağlanıb. Həmin Əlavəyə görə, hər iki müqaviləyə dəyişiklik edilib: Kredit və zaminlik müqaviləsinin müddəti 24 aydan 31 aya qədər uzadılıb və illik faiz dərəcələri dəyişdirilib. Həmin əlavə bank, borcalan Cavabdeh1 və zamin kimi onun tərəfindən imzalanıb. Sonradan, yəni 04.11.2015-ci ildə Kredit və zaminlik müqavilələrinə əlavə imzalanıb və kredit və zaminlik müqavilələrində göstərilən bəzi şərtlər (müddəti, illik faiz dərəcələri, kreditin bağlanma tarixi) dəyişdirilib. Bu əlavənin bank, borcalan Cavabdeh1 və zamin kimi Cavabdeh2 tərəfindən imzalanması göstərilib. Qeyd edir ki, həmin əlavəni imzalamamış və müqavilələrin dəyişdirilməsi zamanı onun razılığı alınmayıb. Bu əlavədən xəbəri olmayıb. Buna görə də həmin müqavilələr üzrə öhdəliklərin onun tərəfindən icra edilməsi mümkün deyil və borcalanın öhdəliyini tamamilə və ya hissə-hissə icra etmək məsuliyyətini öz üzərinə götürməmişdir. Sumqayıt Şəhər Məhkəməsində mülki işə baxılarkən iştirakı təmin edilməyib, buna görə də Kredit və zaminlik müqavilələrinə 04.11.2015-ci il tarixli əlavə məhkəməyə təqdim edilməyib. Bununla da məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış və buna şərait yaratmamış və beləcə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Bu maddədə göstərilənləri hazırki işə tətbiq edilsə görünər ki, onun razılığı və xəbəri olmadan iddiaçı bank kredit götürən şəxslə kredit və zaminlik müqaviləsinə əlavə bağlayıb. Həmin Əlavənin bağlanması barədə ona məlumat verilməyib və müqavilənin icrasının təminatı kimi bu əlavə onun tərəfindən imzalanmayıb və müqavilələrin şərtlərinin dəyişdirilməsi onunla razılaşdırılmayıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsinin Aynur Şatırovaya aid hissədə ləğv edilməsi və həmi hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, Cavabdeh1 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 29 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 12 iyun 2014-cü il tarixli, Cavabdeh4 ilə 04 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 iyun 2017-ci ilədək Cavabdeh1 banka 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10876 (on min səkkiz yüz yetmiş altı) ABŞ dolları 03 sent əsas borc, 4147 (dörd min yüz qırx yeddi) ABŞ dolları 42 sent faiz borcu və 1880 (bir min səkkiz yüz səksən) ABŞ dolları 18 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 16903 (on altı min doqquz yüz üç) ABŞ dolları 78 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Eyni zamanda qeyd edir ki, cavabdeh Aynur Şatırova ilə bağlanmış zaminlik müqaviləsinin sonuna, 12.01.2017-ci il tarixinə olan borc məbləği əsas borc üzrə 10876,03 ABŞ dolları, faiz borcu üzrə 2028,96 ABŞ dolları, cərimə borcu üzrə 2487,23 ABŞ dolları olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 qətnaməni ona dair hissədə ləğv edilməsi və iddia tələbinin ona dair hissədə təmin edilməməsini xahiş etmiş, məhkəmə qətnaməsini yalnız zamin kimi özünə dair hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 apelyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsi müştərək qaydada Cavabdeh3 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876 ABŞ dolları 03 sent əsas borcun, 4.147 ABŞ dolları 42 sent faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh3 digər cavabdehlərlə müştərək qaydada tutulacaq borcun məbləği əsas borc üzrə 10271,68 ABŞ dolları, faiz borcu üzrə 2028,96 ABŞ dolları müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 29 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 12 iyun 2014-cü il tarixli, Cavabdeh4 ilə 04 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 22 iyun 2017-ci ilədək Cavabdeh1 banka 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10876 (on səkkiz min səkkiz yüz yetmiş altı) ABŞ dolları 03 sent əsas borc, 4147 (dörd min yüz qırx yeddi) ABŞ dolları 42 sent faiz borcu və 1880 (bir min səkkiz yüz səksən) ABŞ dolları 18 sent cərimə borcu olmaqla ümumilikdə, cəmi 16903 (on altı min doqquz yüz üç) ABŞ dolları 78 sent borcu vardır. İş materiallarından görünür ki, 24.06.2015-ci il tarixdə iddiaçı bank ilə cavabdeh Şatırova Aynur Rəhman qızı 12.06.2014-cü il tarixli kredit və zaminlik müqaviləsinə əlavə saziş bağlanmış və kredit müqaviləsinin 1.6-cı bəndində göstərilmiş 24 ay sözlərinin 31 ay sözləri ilə əvəz edilməsi və kreditin müddətinin 31 ay hesab edilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinin 1.8-ci bəndində göstərilmiş 12.06.2016-cı il sözləri 12.01.2017ci il sözləri ilə əvəz edilmiş və kreditin başlanma tarixi 12.01.2017-ci il kimi hesablanmışdır. Kredit müqaviləsinin 1.11-ci bəndində göstərilmiş 29% sözləri 26% sözləri ilə əvəz edilmişdir. Zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş 24 ay sözləri 31 ay sözləri ilə əvəz edilmiş və kreditin müddəti 31 ay müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş 12.06.2016 sözləri 12.01.2017-ci il sözləri ilə əvəz edilmiş və kreditin başlanma tarixi 12.01.2017-ci il hesab edilmişdir. Zaminlik müqaviləsinin 1.3.8-ci bəndində göstərilmiş 29% sözləri 26% ilə əvəz edilmiş, kreditin illik faiz dərəcəsi 26 % hesab edilmişdir. Bu saziş üzrə edilmiş dəyişiklikılər 4-M-1-0-606-14 saylı, 12.06.2014-cü il tarixli kredit və 4-M-1-0-606-14 saylı, 12.06.2014-cü il tarixli zaminlik müqavlələrinin tərkib hissəsi olmaqla hazırki saziş imzalandığı gündən qüvvəyə minir. Azərbayçan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin içra edilməməsi dedikdə onun pozulması və ya lazımınça icra edilməməsi (vaxtında içra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi“üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi tərəflər arasında əlavə saziş bağlanmış və kreditinin başlanma tarixi 12.01.2017-ci il kimi, kreditin müddəti isə 31 ay müəyyən edilmişdir. Belə olan halda cavabdeh Aynur Şatırovanın bank qarşısında zamin kimi öhdəlikləri 12.08.2019-cu ilədək müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Aynur Şatırova ilə zaminlik müqaviləsi bağlanmış və o, bank qarşısında borcalanla birgə məsuliyyət daşımışdır. Lakin Aynur Şatırova ilə bağlanmış zaminlik müqaviləsi 12.01.2017-ci il tarixdə bitdiyi üçün Aynur Şatırava 12.01.2017-ci il tarixinə olan borca münasibətdə bank qarşısında cavabdehlik daşımışdır. Bu səbəbdən də Aynur Şatırovadan 12.01.2017-ci il tarixinədək banka olan borc məbləği tutulmalıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş 12.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə 12.01.217-ci il tarixinə borcalanın əsas borc üzrə 10876,03 ABŞ dolları, faiz borcu üzrə 2028,96 ABŞ dolları, cərimə borcu üzrə 2487,23 ABŞ dolları borcu vardır. Eyni zamanda borcalandan tutulan borc məbləğinin aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin sonuna, 12.08.2019-cu il tarixinı əsas borc üzrə 10271,68 ABŞ dolları, faiz borcu üzrə 3873,82 ABŞ dolları borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində əsas borc üzrə məbləğ iddia tələbində, eləcə də maliyyə arayışında göstərilən borc məbləğindən, 10876,96 ABŞ dollarından az olduğundan digər cavabdehlərlə müştərək qaydada tutulacaq borc məğləği cavabdeh Aynur Şatırovaya münasibətdə 10271,68 ABŞ dolları müəyyən edilməlidir. Eyni zamanda tələb edilən 12.01.2017-ci il tarixli maliyyə arayışına əsasən faiz borcu da 2028,96 ABŞ dolları olduğundan tutulacaq faiz borcu məğləği cavabdeh Aynur Şatırovaya münasibətdə 2028,96 ABŞ dolları müəyyən edilməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Şatırova Aynur Rəhman qızına münasibətdə əsas və faiz borcuna dair hissədə dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cərimə borcu və ödənilmiş dövlət rüsumuna dair gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia tələbində 1880,18 ABŞ dolları cərimə borcu tələb etmişdir. Həmçinin təqdim edilmiş 12.01.2017-ci il tarixli maliyyə arayışından 2487,83 ABŞ dolları cərimə borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 30 ABŞ Dolları 18 sent məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda məhkəmə ödənilmiş dövlət rüsumunun da digər cavabdehlərlə yanaşı Cavabdeh3 tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiacının xeyrinə kecirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcunun və dövlət rüsumunun tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bu səbəbdən də qeyd edlən hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 apelyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsi müştərək qaydada Cavabdeh3 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876 ABŞ dolları 03 sent əsas borcun, 4.147 ABŞ dolları 42 sent faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh3 digər cavabdehlərlə müştərək qaydada tutulacaq borcun məbləği əsas borc üzrə 10271,68 ABŞ dolları, faiz borcu üzrə 2028,96 ABŞ dolları müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apelyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13589/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsi müştərək qaydada Cavabdeh3 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.876 ABŞ dolları 03 sent əsas borcun, 4.147 ABŞ dolları 42 sent faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh3 digər cavabdehlərlə müştərək qaydada tutulacaq borcun məbləği əsas borc üzrə 10271,68 ABŞ dolları, faiz borcu üzrə 2028,96 ABŞ dolları müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı İKB-dən (Yelobank ASC), 25 (iyirmi beş) manatı Cavabdeh3 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar