Məhkəmə qərarları › İş №2(105)-199/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-199/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-199/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-113/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 və cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-113/2021 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızına qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qismən təmin edilib, əsas borc üzrə 72298,29 manat, cərimə üzrə 1000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği üzrə 14156,40 manat olmaqla, cəmi 87454 (səksən yeddi min dörd yüz əlli dörd manat) 69 (altmış doqquz) qəpik məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızından tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Hüseynova (Ağayeva) Nuranə İsax qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracda satılması, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Hüseynova (Ağayeva) Nuranə İsax qızının İddiaçı ASC-yə olan borclarının ödənilməsi, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Hüseynova (Ağayeva) Nuranə İsax qızına qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16V saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin 620000 (altı yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 290 manatın 145 (yüz qırx beş) manatının İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 145 (yüz qırx beş) manatının isə Hüseynova (Ağayeva) Nuranə İsax qızından tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-113/2021 nömrəli qətnaməsinin qismən – ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilmiş hissəsində yenidən qiymətləndirmə keçirilməklə müəyyən olunması və iddianı cərimə borcu hissəsində tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-113/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızından bankın xeyrinə 107298,29 manat əsas borc, 31016.53 manat faiz borcu, 3308 manat dəbbə pulu olmaqla, cəmi 141623,19 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V (ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha) ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Hüseynova (Ağayeva) Nuranə İsax qızı arasında bağlanmış 08.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18 faiz olmaqla 150000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 08 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V (ümumi sahəsi 698.2 kv.m, torpaq sahəsi 0.05335 ha) ünvanında yerləşən torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 107298,29 manat əsas borc, 31016,53 manat faiz borcu, 3308 manat dəbbə pulu olmaqla, cəmi 141623,19 manat borcu yaranmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC 23 may 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən iddiaçının xeyrinə 72298.29 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 11998.85 manat faiz borcu, 30892.58 manat müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən 16.05.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6703.35 manat borc, cəmi 121893.07 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və borcun həmin binanın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin binaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin binanın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC daha sonra yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 72298,29 manat əsas borc, 51142,32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 14156,40 manat faiz, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat rüsumunun cavabdehdən tutularaq iddiçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 16 V ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və borcun həmin binanın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin binaya tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin binanın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 22 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilmiş hissəsində yenidən qiymətləndirmə keçirilməklə müəyyən olunması və iddianı cərimə borcu hissəsində tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 22 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iddiadan imtina barədə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC elektron məhkəmə vasitəsi ilə məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, apellyasiya icraatı zamanı cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı banka müraciət edərək borcunu güzəşt tətbiq edilərək ödəmək istədiyini bildirmişdir. Əldə olunan razılığa əsasən hazırda cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızı iddiaçı ləğv prosesində olan İddiaçı ASC qarşısında olan borc öhdəliyini güzəşt tətbiq edilərək yerinə yetirmişdir. Ona görə də, iddiadan imtina edib, məhkəmə xərclərinin cavbdehdən tutulmaqla iddia icraatına xitam verilməsini xahiş edir. MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-nin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2019-cu il tarixli, 24412 saylı ekspert rəyi ilə bağlı tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat, 12 fevral 2020-ci il tarixli, 20955 saylı ekspert rəyi ilə bağlı tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat və Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2022-ci il tarixli, 9/1235 saylı ekspert rəyi ilə bağlı tədqiqatın dəyəri 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manatdır. “PATRON-L MMC”-nin 22 dekabr 2021-ci il tarixli, PL/G-090 nömrəli qiymətləndirmə hesabatının dəyəri isə 500 (beş yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv posesində olan İddiaçı ASC-nin özünə aid edilməli, ekspertiza tədqiqatına xərclənmiş ümumilikdə 440 (dörd yüz qırx) manat pulun 220 (iki yüz iyirmi) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və 220 (iki yüz iyirmi) manat hissəsi isə cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızından alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Eyni zamanda “PATRON-L MMC”-nin qiymətləndirmə hesabatının dəyəri olan 500 (beş yüz) manat pulun 250 (iki yüz əlli) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və 250 (iki yüz əlli) manat hissəsi isə cavabdeh X5 alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-113/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızına qarşı borc və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv posesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Ekspertiza tədqiqatına xərclənmiş ümumilikdə 440 (dörd yüz qırx) manat pulun 220 (iki yüz iyirmi) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və 220 (iki yüz iyirmi) manat hissəsi isə cavabdeh Hüseynova (Ağayeva) Nuranə İsax qızından alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. “PATRON-L MMC”-nin qiymətləndirmə hesabatının dəyəri olan 500 (beş yüz) manat pulun 250 (iki yüz əlli) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və 250 (iki yüz əlli) manat hissəsi isə cavabdeh X5 alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar