Məhkəmə qərarları › İş №2(105)-1991/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1991/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1991/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(012)-1272/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(012)-1272/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14300 ABŞ dolları əsas, 8090,63 ABŞ dolları faiz borcu, 92 ABŞ dolları cərimə borcu, cəmi 22482,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 24 (iyirmi dörd) manat hissəsinin tutularaq İddiaçı İKB ASC-ə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Natavan küçəsi 2-ci döngədə yerləşən 175.1 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin 65.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi 2-ci döngədə yerləşən 175.1 kv.m ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh istifadə hüququna xitam verilməklə həmin evdən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, İddiaçı İKB ASC-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 01 sentyabr 2020-ci il tarixdə Maraqlı şəxs apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1272/2018 saylı mülki iş üzrə 07 may 2018-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab etdiyi, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, belə qənaətə gəlmişdir ki, onun apellyasiya şikayəti vermək hüququ mövcud deyildir, onun hansı hüquq və vəzifələrinə toxundugu aydın deyildir. Hazırki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Abşeron rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(012)-1272/2018 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Abdullayev şikayətin dəlilləri ilə razılaşmayıb, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını nəzərə alıb, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Maraqlı şəxs və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qarardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və marqla şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs məhkəməyə apellyasiya şikayəti vermək hüququ mövcud deyildir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, 2-ci döngə, 5 saylı ev iş üzrə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzil Maraqlı şəxs mülkiyyətindədir. Lakin həmin şəxs iş üzrə tərəf olmadıgı, ipoteka ilə yüklü edilmiş evin onun razılıgı əsasında yüklü olunmasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Maraqlı şəxs tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 398.0, 398.0.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 03 sentyabr 2020-ci il tarixli 2(012)-1272/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar