Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1993/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 9079,00 (doqquz min yetmiş doqquz) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir (hakim Rafik Kazımov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, tələb olunan ziyanın yarısımın, yəni 4539 manat pulun ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən onun əmlakına vurulmuş 12487,94 (on iki min dörd yüz səksən yeddi manat doxsan dörd qəpik) manat məbləğində ziyanın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilmişdir ki, o, xx xxxxxx 2017-ci il tarixdə saat 00:00-da iddiaçıya məxsus ** LN *** dövlət nömrə nişanlı «CHEVROLET-AVEO» minik markalı avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə edərkən Xaçmaz rayonu Nabran kəndi ərazisində yolnəqliyyat hadisəsi törətməklə işıq dirəyinə çırpmış, nəticədə İddiaçı məxsus avtomobilə 9079 manat maddi ziyan dəymişdir. Ona görə də məhkəmə ondan vurulmuş maddi zərərin əvəzi olaraq 9079 manat pulun alınaraq İddiaçı verilməsi qənaətinə gəlmişdir. Lakin işə baxan hakim iddiaçınin iddia ərizəsində göstərdiyi xususatlara istinad etməklə, iş üzrə digər sübutları araşdırmayaraq dəymiş ziyanın tam olaraq ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Mülki işə əlavə edilmiş İddiaçı Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə verdiyi 18.11 2017-ci il tarixli izahatından da görünür ki, xx xxxxxx 2017-ci il tarixdə o, özünə məxsus ** LN *** dövlət nömrə nişanlı «CHEVROLET AVEO» minik markalı avtomobili ilə Bakı şəhərindən Nabran kəndinə gəlmiş və tanışı olan Tərzan adlı şəxslə, yəni onunla görüşərək avtomobili bir müddət Nabranın küçələrində sürdükdən sonra avtomobilində 05 litrlik arağı birlikdə içmişlər. Sonradan avtomobili ondan xahişi ilə idarəçiliyinə vermişdir. İzahatdan görünür ki, İddiaçı onun sürücülük hüququnun olmamasını və sərxoş olduğunu bilsə də avtomaşını onun idarəçiliyinə vermişdir. İddiaçı Xaçmaz Rayon Rolis Şöbəsinin Yalama Polis Bölməsinə verdiyi 18.11 2017-ci il tarixli izahatında göstərilən xüsusatlar məhkəmə baxışında araşdırılmamış, qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində iddiaçının da təqsiri olmasına baxmayaraq məsuliyyət tam olaraq onun üzərinə qoyulmuşdur. Odur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı iddiasının qismən təmin edilərək tələb olunan ziyanın iki yerə bölünməklə həmin ziyanın yarısının, yəni 4539 (dörd min beş yüz otuz doqquz) manat pulun onda alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı mənə qarşı iddiasının qismən təmin edilərək tələb olunan ziyanın iki yerə bölünməklə həmin ziyanın yarısının, yəni 4539 (dörd min beş yüz otuz doqquz) manat pulun məndən alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, guya işə baxan hakim İddiaçı Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə verdiyi izahatı nəzərə almamışdır. Guya bu izahatdan görünür ki, iddiaçı cavabdehin xahişi ilə, onun sürücülük vəsiqəsinin olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə avtomobilini cavabdehin idarəçiliyinə vermişdir. Tərəfindən verilən izahat nəzərə alınmaqla AR DİN Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsinin təhqiqatı aparılmış və xx.xx.2017-ci il tarixdə qərar qəbul edilmişdir. Qərar işə əlavə edilmiş və qərar əsasən qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinin (nəqliyyat vasitəsinin idarə etmək hüququ olmayan şəxs tərəfindən alkoqoldan istifadə olunması və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkıyıiş şəxsə maddi zərər vurmasına görə) tələblərinə uyğun olaraq Cavabdeh barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Xaçmaz RPŞ-nin DYP bölməsinə göndərilmişdir. Bu qərarın 3-cü bəndinə əsasən zərər çəkmiş və maddi ziyan vurulmuş şəxs olduğum üçün ona izah edilir ki, avtomobilinə dəymiş ziyan ilə bağlı mülki qaydada Qusar Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İXM-nin 335.1 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə- fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi «şəxslər iki min manat məbləğində cərimə edilirlər. Əgər o,avtomobilini, hətta sərxoş olduğu halda belə Cavabdeh idarəetməyə versəydi, AR DİN Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsi bu pozuntuya görə öz qərarında onu İXM-nin 335.1 -ci maddəsinə əsasən cərimə edərək inzibati məsuliyyətə cəlb edərdi. Lakin qərarda verdiyi izahat nəzərə alınaraq belə bir inzibati cəza verilməmişdir. Bununla yanaşı Qərarda yalnız cavabdeh Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş və ona isə bildirilmişdir ki, avtomobilinə dəymiş ziyan ilə bağlı mülki qaydada Qusar Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Təbii ki, məhkəmədə hakim işə baxarkən bu halların hamısını nəzərə almışdır. Avtomobilin açarının idarəetmə üçün cavabdehə verilməsi ilə bağlı bir daha bildirir ki, o, həqiqətən xx xxxxxx 2017-ci il tarixində avtomobili ilə Bakı şəhərindən sərnişin götürərək Xaçmaz rayonunun Nabran kəndinə gəlmiş, sərnişinləri düşürdükdən sonra köhnə tanışı, Nabran kəndində yaşayan Cavabdeh ilə görüşmüş, onunla görüşməkdə məqsədi imkan olarsa münasib yerdə gecələyib, səhər Bakıya qayıtmaq idi. Cavabdeh ilə zəngləşib görüşdükdən sonra onun təklifi ilə şam yeməyi qərarına gəlmişlər Bu gün artıq avtomobili sürməyəcəyini və Bakıya qayıtmaq fikrində olmadığını ona bildirmişəm. Təklif etdi ki, birlikdə şam etsilər. Şam yeməyi üçün yaxınlıqda yer seçib, şam yeməyini yeyərkən cavabdeh araq içməyi təklif etdi. Ona sabah tezdən Bakıya qayıdacağını bildirdi və simvolik olaraq onunla az içəcəyini bildirmişdir ki, xətrinə dəyməsin. Şam yeməyi zamanı cavabdeh araq içdi. Şam yeməyinin sonunda söhbət edərkən Cavabdeh qəflətən ayağa qalxıb stolun üstünə yanına qoyduğum avtomobilinin açarını götürərək avtomobilinə tərəf istiqamətləndi. Ona yaxınlaşana qədər avtomobilə əyləşib avtomobilin mühərrikini işə saldı və avtomobili sürməyə başlayanda özünü bir təhər çatdırıb avtomobilə əyləşdi ki, avtomobili ondan ala bilsin Bütün yol boyu ondan xahiş etmişdir ki, avtomobili saxlasın. Bir tərəfdən qorxmuşdur ki, ona maneçilik yaradaraq qəzanın baş verməsinə şərait yaratsın. Digər tərəfdən də onunla sərt davranaraq avtomobili saxlamaq üçün tədbir görə bilməyib Avtomobili saxlamaq üçün müəyyən cəhdlər göstərdikcə, Tərzan daha da qızışır və avtomobilin sürətini artırırdı. onun avtomobili sürmək üçün kifayət qədər təcrübəli olmadığını hiss etsə də, lakin heç bir tədbir görə bilməyib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsi Yalama Polis Bölməsinin xx xxxxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Aşağı Ləyər kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, Nabran kəndində kirayədə yaşayan Cavabdeh İddiaçı məxsus “Chevrolet Aveo” markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonu, Nabran kəndi ərazisində işıq dirəyinə vurması nəticəsində yol-nəqliyyat hadisəsi əsasında Cavabdeh barəsində toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində qəbul edilmiş qərarın surətinin Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tələblərini pozduğuna görə inzibati tənbeh tədbiri görülməsindən ötrü Xaçmaz RPŞ-nin DYP bölməsinə göndərilməsi qərara alınmış, həmçinin avtomobilə dəymiş ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. İşdə olan Xaçmaz DYPB Xaçmaz rayonu Yol Patrul Xidməti Baş İnspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə saat 00:00-də Xaçmaz rayonu, Nabran kəndi ərazisində “CHEVROLET AVEO” minik markalı, 99LN763 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Cavabdeh Azərbaycan Respunlikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxx” tərəfindən verilmiş Preyskurantın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus 99LN763 dövlət nömrə nişanlı, 2015-ci il buraxılışlı, yürüşü 10890 km təşkil edən “CHEVROLET AVEO” minik markalı avtomobilə dəymiş zərərin məbləği 12487,94 (on iki min dörd yüz səksən yeddi manat doxsan dörd qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 443 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Aveo” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9079,00 (doqquz min yetmiş doqquz) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ikinci qrup əlildir. Müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2017-ci iltarixdə saat 00:00-da İddiaçı məxsus 99LN763 dövlət nömrə nişanlı, “CHEVROLET AVEO” minik markalı avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə edərkən Xaçmaz rayonu, Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməklə işıq dirəyinə çırpmış, nəticədə İddiaçı məxsus avtomobilə 9079,00 (doqquz min yetmiş doqquz) manat maddi ziyan dəymişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 9079,00 manat alınıb İddiaçı verilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, həmin yolnəqliyyat hadisəsini törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək ona 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tədbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunveiciliyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh zərərin yarısının onun, yarısının is iddiaçı tərəfindən ödənilməli olduğunu bildirsə də bunu əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-102/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1993/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1993/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver