Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı Cavabdeh qarşı 23.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilk iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia təmin edilib, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmaları, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ilk iddia ərizəsinin təmin edilib, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.09.2015-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış əmlakın alqı-satqı müqaviləsinin (AN-1 № 0517226) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qurbanov X2 Rza İmran oğluna qarşı qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ailə üzvləri ilə birlkdə ünvan 1 ünvanında istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 14 sentyabr 2016-cı il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı 23.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilk və Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq ilk iddia rədd və qarşılıqlı iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən 02 fevral 2016-cı il tarixdə verilmiş arayışlardan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində və Qurbanov X4 Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadırlar. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 vəsatət verib, ilk iddia üzrə Cavabdeh Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmasının nəzərə alınaraq Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsinin ləğv edilərək mülki işin ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla bşqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 verdiyi vəsatət təmin edilərək Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsi ləğv edilib, mülki iş baxılmaq üçün aidiyyəti üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeydiyyatda olduğu yer üzrə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 verdiyi vəsatət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 23 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilk və Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş baxılmaq üçün ərazi aiddiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver