Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-200/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X18 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə2 və X13, Cavabdeh R.M.Qədiməliyevin nümayəndəsi və vəkili: X9 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, X3 və X15 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh R.M.Qədiməliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X5 və X2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə 153.921,46 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 47.966,73 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 12.505,55 manat, kreditin gecikdirilməsinə görə dəbbə borcuna görə 1000 manat, cəmi 215.393,74 manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXdə bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə X3 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh X15 məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetləri olan cavabdeh N.Q.Qədiməliyevə məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyriyaşayış binasının likvid dəyəri 230.000 və cavabdeh X15 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunması, bu əmlaklar açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X6 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 215.393,74 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pul İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilər və fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin ipoteka predmetləri olan ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasından və ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsaitin cavabdeh X6 215.393,74 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmadığı halda, qalıq borcun ümumi qaydada cavabdehlər X5 və X2 tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 435 manat məbləğində pul vəsaitinin cavabdehlər X5 və X2 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO136 **********003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə və X6 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər X7, X3 və X15 qarşı «pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər R.N.Qədiməliyevdən və N.Q.Qədiməliyevdən İddiaçı ASCnin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pulun tutulması, tələblərin tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh Ə.Q.Həsənova məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin sonuncu qiymətləndirmə rəyinə uyğun müvafiq olaraq 230.000 manat və 72.000 manat müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh R.N.Qədiməliyevin 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 265.850,67 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilərin və fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin müvafiq olaraq ipoteka predmetlərindən çıxarılmaları və əmlakların boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait cavabdeh R.N.Qədiməliyevin 265.850,67 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmazsa, qalıq borcun ümumi qaydada R.N.Qədiməliyevdən və N.Q.Qədiməliyevdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X11 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” daiq qarşılıqı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək sm5586-RES-DEV2 saylı kredit müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh R.N.Qədiməliyev arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES- DEV2 saylı baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES- DEV2 saylı baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh R.N.Qədiməliyev kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq R.N.Qədiməliyev öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 06 avqust 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh R.N.Qədiməliyevin 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat pul təşkil edir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdeh N.Q.Qədiməliyev ilə İddiaçı ASCnin “Sumqayıt” filialı arasında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən: “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RESDEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh N.Q.Qədiməliyevə məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyriyaşayış, binası İddiaçı ASC qarşısında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 24 oktyabr 2016-cı il tarixli, sm5586- RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Ə.Q.Həsənova məxsus ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evi İddiaçı ASC qarşısında 24.10.2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpotekalar notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə 24 oktyabr 2016-cı il tarixdə sm5586-RES-DEV2 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən 18% olmaqla 36 altı ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin 15.08.2015-ci il tarixdə sm5586 nömrəli 16% olmaqla 130.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 04.02.2016-cı il tarixdə qalan məbləğə yəni 98,447 ABŞ dollarını 9% olmaqla 60 ay müddətinə müqavilə bağlanmış sm4244_RES kredit müqaviləsi bağlanmışdır. Kredit götürülən zamanı 1 ABŞ dollar 1.05 manat təşkil edirdi. Sonradan dolların məzənnəsinin qalxması ilə bağlı iddiaçının göstərdiyi kredit müqaviləsi bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ASC ona 186750 manat məbləğində kredit verməmişdir. Həmin məbləğ birinci kredit müqaviləsi ilə verilmiş 130.000 ABŞ dolları verilmiş birinci kredit müqaviləsinin qalıqlarından ibarətdir. İddiaçı 98,447 ABŞ dollarını kredit müqaviləsi bitənə qədər faiz məbləğinə vurmuş və əldə etdiyi məbləği 1 ABŞ dolları 1.62 vurmaqla manata çevirmiş və 186750 manat məbləği müəyyən etmişdir. Sonradan 24.10.2016-cı il tarixli müqaviləyə əsasən həmin məbləğ ona yenidən 18% verilmişdir. Faktiki olaraq bank göstərilən məbləği artıq 2 dəfə faizə vurmaqla halhazırki məbləği ondan tələb edir. Heç bir qanunvericilikdə bu cür hallara rast gəlmək mümkün deyil. Bundan başqa axırıncı müqaviləyə əsasən iddiaçıya 63170 manat pul ödəmişdir. Bank isə yenidən ondan əsas borc üzrə 159619.17 manat, faiz borcu üzrə 17720.96 manat pul tələb edir. Faktiki bank ondan vermədiyi və artıq aldığı pulları müxtəlif üsullarla, faiz və cərimə yazmaqla hal-hazırda şişirdilmiş yuxarıdakı rəqəmi müəyyən etmişdir. Bununlada onun hüquqları kobud surətdə pozulmuşdur. Bu baxımdan 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 kredit müqaviləsi ləğv olunmalı və onlar əvvəlki kredit müqaviləsinə qayıtmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi E.Qədimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə ekspertiza rəyinə istinad edərək qətnamə qəbul etmişdir və iddianı qismən təmin edərək hansı səbəbdən həmin borcları təmin etmədiyini əsaslandırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsini qismən İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən iddiaçının xeyrinə əsas borca görə 153.921,46 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 47.966,73 manat, kreditə illik 5% hesablanmış əldən çıxmış faydaya görə 09 iyun 2021-ci il tarixinə hesablanmış 12.505,55 manat pulun tutulması hissəsində dəyişdirilsin, həmin hissələrdə cavabdehlərdən əsas borca görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5% hesablanmış əldən çıxmış faydaya görə 09 iyun 2021-ci il tarixinə hesablanmış 13.128,56 manat tutulmasına dair tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, digər hissələrdə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh R.N.Qədiməliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddia ərizəsinin araşdırılması ilə məşğul olmuş, qarşılıqlı iddia ərizəsini ümumiyyətlə araşdırmamışdır. İlkin iddia ərizəsində göstərilmiş əsas məbləği aparılmış ekspert rəyinə əsasən aşağı düşmüşdür. Ekspertiza rəyi də, onun qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edir. İpoteka predmetlərinin likvid qiymətləri ilə razı deyil. Daşınmaz əmlakların likvid qiyməti bazar qiymətinə yaxın olmalıdır. Hal-hazırkı mübahisədə livkid qiymətlər bazar qiymətlərinə uyğun gəlməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsinin olunması, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndələri Nümayəndə2 və E.Ş.Abdullayev öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin edilməsini, cavabdeh R.N.Qədiməliyevin apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh R.N.Qədiməliyevin nümayəndəsi vəkili Nümayəndə1 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Ə.Q.Həsənov və N.Q.Qədiməliyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına, qarşılıqlı iddianı təmin etməyərək, müqavilənin ləğvinə heç bir əsasın olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz hissəsində əsaslı və qanuni deyil, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh R.N.Qədiməliyev arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586- RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdeh N.Q.Qədiməliyev ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES- DEV2 saylı Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İşdə olan ipoteka müqavilələrindən görünür ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586- RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh N.Q.Qədiməliyevə məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış, binası İddiaçı ASC qarşısında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Ə.Q.Həsənova məxsus ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evi İddiaçı ASC qarşısında 24.10.2016-cı il tarixli, sm5586RES- DEV2 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 09.06.2021-ci il tarixli, RB-02/PK-5417 saylı maliyyə arayışından görünür ki, cavabdeh R.N.Qədiməliyevin 24 oktyabr 2016-cı il tarixli, sm5586- RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat pul təşkil edir. İş materiallarında olan bildiriş məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. Məhkəmə kollegiyası cavabdeh R.M.Qədiməliyevin iş üzrə ipoteka ilə yüklü edilmiş evlərin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işə əlavə edilmiş 15.04.2021-ci il və 20.04.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəylərdən görünür ki, cavabdeh N.Q.Qədiməliyevə məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyriyaşayış binasının bazar dəyəri 270.000 manat, likvid dəyəri 230.000 və cavabdeh Ə.Q.Həsənova məxsus ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin bazar dəyəri 90.000 manat, likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinin əsas götürüb qətnamə qəbul edilməsini düzgün hesab olunmaması barədə dəlili qəbul etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli, 9/4403 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və Mülki Məcəllənin qeyd olunan şərtlərinə əsasən X6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24.10.2019-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu 201.888,18 manat məbləğində, 04.02.2016-cı il tarixli sm5586_RES saylı restrukturizasiya müqaviləsi imzalanan tarixə 2395,90 ABŞ dolları (ekvivalenti 3863,90 manat) qalıq faiz borcu, 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı restrukturizasiya müqaviləsi imzalanan tarixə 534,92 ABŞ dolları (ekvivalenti 863,94 manat) qalıq faiz borcu olmaqla, ümumilikdə 206.616,02 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 153921,46 manat, faiz borcu üzrə 47.966,73 manat, 04.02.2016-cı il tarixə qalıq faiz borcu üzrə 3863,90 manat, 24.10.2016-cı il tarixə qalıq faiz borcu üzrə 863,94 manat borcu təşkil edir. İş üzrə təkrar keçirilmiş məhkəmə ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 9/8752 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 24 oktyabr 2016-cı il tarixli sm5586- RES-DEV2 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və qərardadın təsviri hissəsində qeyd edilmiş məqamları nəzərə alınmaqla R.N.Qədiməliyevin 24 oktyabr 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 208.814,30 AZN məbləgində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 157.542,97 AZN, faiz borcu üzrə 51.271,33 AZN manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 448.1 və 448.2-ci maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin, həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu, 62 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı ödəmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 435 (145+145+145=435) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə 37.350 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə 1000 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər R.N.Qədiməliyevdən və N.Q.Qədiməliyevdən 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin R.N.Qədiməliyevin qarşılıqlı iddianın təmin edilməməsini düzgün hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı kredit müqaviləsinin ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, məhkəmə gedişiatı zamanı cavabdeh R.N.Qədiməliyev tərəfindən 25.000 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi Elçin Qədimovun apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh X6 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 09 iyun 2021-ci il tarixli 2(060)-22/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, X3 və X15 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər X5 və X2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586- RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 51.271,33 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 12.505,55 manat, kreditin gecikdirilməsinə görə dəbbə borcuna görə 1000 manat, cəmi 222.319 (iki yüz iyirmi iki min üç yüz on doqquz) manat 85 (səksən beş) qəpik kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pul tutulsun, tələb tam mülkiyyət hüququ ilə X3 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh X15 məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetləri olan cavabdeh N.Q.Qədiməliyevə məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyriyaşayış binasının likvid dəyəri 230.000 və cavabdeh X15 məxsus ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunsun, bu əmlaklar açıq hərracdan satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X6 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 222.319 (iki yüz iyirmi iki min üç yüz on doqquz) manat 85 (səksən beş) qəpik kredit borcu və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pul İddiaçı ASCyə ödənilsin, ipoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilər və fərdi yaşayış evində qeydiyyatda olan şəxslər ipoteka predmetləri olan ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasından və ünvan 4 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evindən çıxarılsınlar və həmin əmlaklar boşaldılsın, ipoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait cavabdeh X6 222.319 (iki yüz iyirmi iki min üç yüz on doqquz) manat 85 (səksən beş) qəpik borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmadığı halda, qalıq borc ümumi qaydada cavabdehlər X5 və X2 tutulsun, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 485 manat məbləğində pul vəsaiti cavabdehlər X5 və X2 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO136 **********003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülsün, ilkin iddia tələbi qalan hissədə və X6 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-200/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-200/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver