Məhkəmə qərarları › İş №2(105)-2000/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2000/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2000/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İnşi qızı və qeyrilərinə qarşı evdən çıxarılma və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-328/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İnşi qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-328/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, X3, X5 və onların ailə üzvlərinin Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində yerləşən birmərtəbəli yarımçıq tikilidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov) Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İnşi qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Ona görə də dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,işdə iştirak edən digər şəxslər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştrak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutları, işin bütün faktiki hallarını qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-328/2020 saylı qətnaməsi ləğv olunmalı, mülki iş baxılması üçün aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin Abşeron rayonu ərazisində olmasına istinad edərək MPM-nin39.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etdi ki, dövlət mülkiyətində olan mübahisəli torpaq sahəsinə dair əməli idarəetmə hüququ Abşeron rayonuna məxsus olsa da, torpaq Sabunçu rayonu, Maştağa qəsəbəsinin inzibati ərazisinə aiddir. Belə olan halda mübahisəyə də aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalı idi. Başqa sözlə, hazırda iddiaçı aidiyyat qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-328/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 39, 44, 45, 263,264, 266, 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-328/2020 saylı qətnaməsi ləğv edilsin. Mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar