Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2001/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin e-2(028)-234/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi üzrə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, ümumilikdə 55679,28 manat borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 45 manat və 257,04 manat dövlət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-234/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi üzrə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, ümumilikdə 55679,28 (əlli beş min altı yüz yetmiş doqquz,28) manat borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 45 manat və 257,04 manat dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Qubadlı Rayon Məhkəməsinin e-2(028)-234/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, bank ilə müştəri arasında razılıq əldə edilib, cavabdeh gecikmələrini artıq ödəyib, xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında razılıq əldə edildyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin məhkəmə həmin ərizəyə heç bir münasibət bildirməmiş, təqdim edilmiş ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki,işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı təşkilatın nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borcalan tərəfindən banka olan borc qismən ödənilmiş, bankla borcalan arasında razılıq əldə edilmişdir. Bu səbəbdən iddianın baxılmamış sxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ərizədən müəyyən edilir ki, tərəflər arasında razılıq əldə edilmiş, cavabdeh tərəfindən borc qismən ödənilmiş və ödənişlər davam edir. Bununla da müəyyən edilir ki, tərəflər arasında razılıq əldə edildiyindən iddiaçı təşkilat eləcə də, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qəbul etməyərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul etmək əvəzinə işə mahiyyəit üzrə baxaraq qətnamə qəbul etmiş, bununla da qanunvericilik normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki halda cavabdehin məhkəmə qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməməsi, eləcə də apellyasiya şikayətinə hər hansı münasibət bildirməməsi onun iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyi kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, apellyasiya şikayətində göstərilən dəlilləri və iddiaçı təşkilatın ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365, 391 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-234/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2001/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2001/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver