Məhkəmə qərarları › İş №2(105)-2021/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2021/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2021/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X8, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-253/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-253/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, pul tələbi»nə dair iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt «ASAN xidmət» mərkəzində bağlanılmış «Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi» və bu müqavilə əsasında verilmiş Çıxarış ləğv edilmiş, Cavabdeh3 14.000 (on dörd min) manat və Cavabdeh2 16.000 (on altı min) manat tutularaq İddiaçı ödənilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilib, İddiaçı ünvan 1i ünvanında 0,0042 ha torpaq sahəsindəki yaşayış evindən çıxarılması və həmin evin Cavabdeh3 təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməmə qət edilmişdir. İddiaçı ünvan 1i ünvanında 0,0042 ha torpaq sahəsindəki yaşayış evindən çıxarılması və həmin evin Cavabdeh3 təhvil verilməsinin Cavabdeh3 14.000 (on dörd min) manat və Cavabdeh2 16.000 (on altı min) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinin məhkəmə qətnaməsinin eyni vaxtda icra edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi müəyyən edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 birgə qaydada apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-253/2020 saylı qətnaməsininin ləğv edilib, ilk iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 öhdəlikləri yerinə yetirmədiyi üçün torpaq və ev ona qaytarılmaqla, 30.000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əaslandırmışdır ki, o, ev almaq məqsədi ilə cavabdehə 30000 manat pul vermişdir. Həmin pulun 1500 manatını beh olaraq vermişdir. Sonra 3 gün keçmiş 1000 manat, ev alan zaman 12000 manat, qalanını isə yekun olaraq 2019-cu ilin dekabr ayında vermişdir. Razılaşmalarına görə evi tam təmirli, hər hansı çatışmamazlıq olmadan keyfiyyətinə təminat verərək, qapı-pəncərədə, mətbəx-hamamda, qaz-su-işıq sistemində nasazlığa və qüsura yol vermədən təhvil verməli, ən azı bir il onlar problemsiz yaşamalıydılar. Evə köçəndən sonra bu günə qədər dincliyi olmayıb. Ərizəyə əlavə edilən şəkillərdən də göründüyü kimi evin təmiri qeyripeşəkar aparılmışdır. Təmir zamanı istifadə olunan materiallar ucuz, keyfiyyətsiz və yararsız olduğu üçün evdə yaşamaq mümkünsüz hala gəlib. Hər şey tökülür. Santexnik və elektrik işləri sanki, heç görülməmişdir. Hazırda həmin evdə yaşamaq mümkün deyil, təkrar təmir üçün isə külli miqdarda pul lazımdır. Onun buna maddi imkanı yoxdur. Bu səbəbdən torpağı, evi cavabdehə qaytarılmaqla, ona verdiyi 30000 manatı geri istəyir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh3 ilə aralarında xx.xx.2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, Cavabdeh3 14000 manat və Cavabdeh2 16000 manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia ərizəsinə əlavə təqdim edərək onun adına olan çıxarışın ləğv olunmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini almışdır. Aralarında olan razılaşmaya görə həmin torpaq sahəsinə görə o, cavabdehlərə 30000 manat məbləğində pul ödəməli idi. O, həmin 30000 manatın 14000 manatını alqı-satqı zamanı cavabdeh X2 ödəmiş və bu müqavilədə öz əksini tapmışdır. Qalan 16000 manat məbləğində pulu isə digər Cavabdeh2 ödəmişdir. Cavabdehlər ər-arvaddırlar. Cavabdeh2 onun mübahisəli evin alqı-satqısı zamanı 15500 manat məbləğində pul ödədiyini etiraf edir. Halbuki o, cavabdehə 15500 manat deyil 16000 manat ödəmişdir. Abşeron Rayon Polis İdarəsində cavabdeh izahat verərək ondan pul aldığını etiraf etmişdir. Lakin həmin etirafında guya onun cavabdehə ümumilikdə evin alqı-satqısı zamanı 15500 manat ödədiyini etiraf etmişdir. Belə olan halda onun cavabdehlərə ödədiyi pulun ümumi məbləği 29500 manat olur. Yəni cavabdehlər dolayısı ilə ondan aldıqları pulu etiraf etmişlər. Cavabdehlər ona yararsız mənzil satıblar. Belə ki, o, evi aldıqdan sonra həmin evə köçmüş, 10 gün sonra evin divarları çatlamış və hazırda ev qəzalı vəziyyətdədir. O, dərhal cavabdehlərə müraciət etmiş və bu barədə məlumat vermişdir. Lakin cavabdehlər onun müraciətinə məhəl qoymamışlar. Ona görə də o, aidiyyatı üzrə polis idarəsinə şikayət etmişdir. Həmçinin Xəzər televiziyasına da məlumat vermişdir və televiziya tərəfindən çəkiliş aparılmışdır. Cavabdehlər ona yararsız mənzil satdıqlarına görə o, cavabdehlərdən pulunu geri tələb edir. Ona görə də, Cavabdeh3 ilə aralarında olan alqı-satqı müqaviləsi ləğv olunması, Cavabdeh3 14000 manat, Cavabdeh2 isə 16000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı 2018-ci ilin dekabr ayında onun şəxsi mülkiyyətində olan ünvan 1ində yerləşən və sahəsi 0,0042 ha olan torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evini 30000 (otuz min) manata almaq barədə aralarında razılığa gəlinmiş və İddiaçı evin razılaşdırılmış dəyərini ona ilkin ödəniş 14000 (on dörd min) manat olmaqla ödəyəcəyini, qalan pulu isə 3 ay müddətində tam olaraq ödəyib bağlayacağını bildirmişdir. O, cavabdehin bu şərti ilə razılaşaraq müvafiq sənədləri də toplamaqla birlikdə Sumqayıt Asan Xidmətin notariat kontoruna müraciət etmiş və orada aralarında xx.xx.2018-ci il tarixdə AN-1 №0744503 saylı 4ə-4507 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə bağlanan vaxt cavabdeh ona 14000 manat məbləğində pulu ödəmiş, qalan borcdan cəmi 1500 manatı pulu sahə rəisinin vasitəsi ilə ödəmiş, razılaşdırılmış qalan borcunu, yəni 14500 (on dörd min beş yüz) manat pulu ona bu vaxta kimi ödəməmişdir. Cavabdehə satmış olduğu, lakin dəyərini tam olaraq ödəmədiyi 2 mərtəbəli evi qəsdən uçurur, yaşayış üçün yararsız hala salır, hər yerdə bəyan edir ki, guya ona satdığı bu ev qüsurlu olmuşdur. O, evini geri tələb edir, lakin cavabdeh ona satmış olduğu evi satıldığı an mövcud olmuş vəziyyətdə ona geri qaytarmalıdır və o, da cavabdehin bu evə görə ödəmiş olduğu 15500 manat pulu qaytarmağa razıdır. Ona görə də, İddiaçı ilə arasında “Sumqayıt asan” xidmətin notariat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı 4ə-4507 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin evə dair cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin evdə yaşayan İddiaçı ailə üzvəri ilə birlikdə bu evdən çıxarılması, evin əvvəlki vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339-cu maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14, 77,78, 88,217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili S.R.Əliyeva apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili S.E.Qasımov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı, xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini 14000 manat müqabilində İddiaçı satmışdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0042 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1001 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı şikayəti əsasında Abşeron RPİ-də aparılmış araşdırma zamanı Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, 2018-ci ilin noyabr ayında Masazır kəndi, Z.Əliyeva küçəsində yeni tikdiyi evi İddiaçı adlı qadına evin alğı-satqısı ilə bağlı 28000 manata razılaşmış, evin sənədi yoldaşı Cavabdeh3 adına olduğuna görə Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzində razılaşma əsasında 14000 manatı hesablarına ödəyərək, sonradan isə evin tam təhvil verilməsi ilə əlaqədar 2018-ci ilin dekabr ayında 1500 manat almış və evdə kombi, qapı təmir edilərək aralarında razılaşmışlar. İddiaçı ümumilikdə 15500 manat pul almışlar. Birinci instansiya məhkəməsinin araşdırması zamanı X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki tərəfləri tanıyır. İddiaçı ilə qonşudur. O, 2019-cu il yanvar ayından ünvan 1ində Aygünlə qonşuluqda yaşayır, onlar divar qonşusudurlar. Cavabdehlərdən Cavabdeh2 və oğlu Namili ev alqı-satqısı ilə bağlı tanımışdır. Belə ki, İddiaçı aldığı evi əvvəlcə ona təklif etmişlər, lakin o, baxıb bəyənməmiş, ev təmirsiz olmuşdur. İddiaçı ilə təxminən eyni vaxtda ev alaraq həmin ünvanda yaşayırlar. İddiaçı evi bərbad vəziyyətdədir, divarlar çatlayıb və aralanıb, orada yaşamaq mümkün deyildir. Onun evinin divarında da çat yaranmış, bunun səbəbi İddiaçı evindəki çatlarla bağlıdır. İddiaçı evinin divarında aşınma vardır və bu səbəbdən də evlərin divarı arasında məsafə daralmışdır və yaşayış üçün təhlükə törədir. Məhkəmə kollegiyasının araşdırması zamanı işdə ola sənədlərdən və şahid ifadəsi ilə müəyyən edilir ki, ilk iddia üzrə İddiaçı yaşayış evi almaq məqsədi ilə Elçin və Cavabdeh1lərə müraciət etmiş, sonuncular özlərinə məxsus olduqlarını bildirdikləri yaşayış evini İddiaçı təklif etmişlər, sonuncu ünvan 1i ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evini bəyənərək satış qiymətini 30.000 manata razılaşmışlar. Evin satış qiymətinin 30.000 manata razılaşdırılması hər iki tərəfin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatları ilə də təsdiqini tapır. Evin satışı ilə bağlı söhbətlər Elçin və Cavabdeh1lə danışılsa da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 arvadı Cavabdeh3 məxsus olmuş, bu səbəbdən alqı-satqı müqaviləsi İddiaçı və Cavabdeh3 arasında bağlanmış və həmin vaxt bankın depozit hesabına alıcı tərəfindən 14.000 manat köçürülmüşdür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı hər iki tərəf göstərmişlər ki, yaşayış evi satılan zaman tam təmirli olmamış, satıcı tərəf evin görülməmiş təmir işlərini qısa zamanda başa çatdıracağına vəd vermiş, müqavilə bağlandıqdan sonra alıcı tərəfindən evin təmir işləri ilə bağlı 1500 manat İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinə dair hüquqlar qeydə alınmamaqla hər iki tərəfin mübahisələndirdiyi alqı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olmuşdur. Bununla belə hər iki tərəfində etiraf etdiyi kimi həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi ilə birlikdə satılmış və bu müqavilə həmin niyyətlə bağlanmışdır. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələblərini qismən təmin etdikdə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması hissədə tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı əsasları nəzərdə tutmuşdur. 421-ci maddənin tələbinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddənin şərh olunan məzmunundan görünür ki, müqavilənin bir tərəfin təşəbbüsü ilə ləğv edilməsi üçün digər tərəf həmin müqaviləni əhəmiyyətli dərəcədə pozmalıdır. Müqaviləni pozmanın əhəmiyyətli sayılması üçün digər tərəfə zərər vurulmalı və bu zərər nəticəsində müqavilənin ləğvini tələb edən tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmalıdır. İlkin iddia üzrə iddiaçı mübahisə predmeti olan evin ilkin görünüşdə yaşamaq üçün yararlı olduğunu, lakin oraya köçüb qısa müddət orada yaşadıqdan sonra evin divarlarının çatladığını, aralandığını və qonşu evə doğru aşınmanın yarandığını, evin satıcı tərəfindən vəd edildiyi kimi təmirinin başa çatdırılmadığını, otaqların bəzisində pəncərənin, qapının olmadığını, evin təmir tikinti qaydalarına uyğun, yaşamaq üçün dayanaqlı ev kimi inşa edilmədiyini, ev alarkən belə bir vəziyyətdə ev almaq niyyətində olmadığını, cavabdehlərin təqsirindən evsiz qaldığını, həmin evdə yaşamağın həyat üçün təhlükəli olduğunu iddia etdi. İlkin iddia üzrə iddiaçının bu göstərdikləri cavabdeh tərəfin verdikləri izahatları ilə qismən, o cümlədən şahid E.Məmmədovun ifadəsində bildirdikləri və məhkəmə araşdırması zamanı tərəflərin birgə iştirakı ilə nümayiş və tədqiq olunan videogörüntü, toplanmış digər sübutlarla da (Abşeron RPİ tərəfindən təqdim edilən sənədlərdən görünür ki, İddiaçı tərəfindən 2019-cu ilin fevral ayında verilən şikayət və izahatında mübahisə predmeti olan evin təmirli vəziyyətdə ona təhvil verilməli olduğunu, lakin hazırki vaxtadək evin otaq, giriş qapısının quraşdırılmadığını, divar kağızlarının yararsız halda olduğunu göstərmişdir) təsdiqini tapdı. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlər iddiaçının evin yaşayış üçün inşaat–tikinti qaydalarına uyğun inşa edilməməsi barədə göstərdiklərinə etiraz edərək İddiaçı tərəfindən sonradan evin qəsdən uçurulduğunu, yaşayış üçün yararsız hala salındığını bildirsələr də etirazın əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Republikası Mülki Məcəllənin 424.2-ci maddəyə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcələnin 424.4-cü maddəyə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə 424.4-cü maddəsinin blanket norma olduğunu hesab edir və bu baxımdan mövcud mübahisə ilə bağlı həm də Mülki Məcəllənin Alqı-satqı müqaviləsi barədə müddəalarına istinad edilməsini qanuni hesab edir. Azərbaycan Republikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması, bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçının niyyəti yaşayış sahəsi almaq olmuşdur. Məlum olduğu kimi yaşayış sahəsi dedikə daşınmaz əmlak hesab edilən və daimi yaşamaq üçün yararlı olan, müəyyən edilmiş sanitar, texniki norma və qaydalara cavab verən ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçıya satılan ev qüsurlu olmaqla yaşayış sahəsi üçün istifadəyə yararsız vəziyyətdədir. İddiaçının həmin mənzilə köçdükdən qısa müddət sonra evdə belə bir qüsurların (çat, divarlar arasında ayrılma, aşınma və s.) yaranması həmin evin tikinti qaydalarına uyğun inşa edilməməsi ilə bağlı nəticəyə gəlməyə əsas verir. Evdə hər hansı digər səbəbdən belə bir qüsurların yaranması ilə bağlı isə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması hissədə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia üzrə "alqı-satqı müqaviləsinin ləğvi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışı ləğvi" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "alqı-satqı müqaviləsinin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi "çıxarışın ləğvi " hissəsində də təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 423.2-ci madəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Birinci instansiya məhkəməsi göstəmişdir ki, araşdırılan mübahisə üzrə iddiaçı ilkin olaraq pul tələbi ilə bağlı müraciət etmiş, daha sonra iddia ərizəsinə əlavə təqdim edərək müqavilənin ləğvini xahiş etmişdir. İddaçının məhkəməyə qədər müqaviləni ləğv etmək təklifi ilə cavabdeh tərəfə müraciət etməsini təsdiq edən rəsmi bildiriş iddia ərizəsinə əlavə edilməsə də iddia ərizəsinin məzmunundan, eləcə də toplanmış sübutlardan göründüyü kimi iddiaçı tərəfindən torpağın və evin geri qaytarılmaqla pulunun ona geri ödənilməsi barədə cavabdeh tərəfə müraciətləri olmuş, yəni iddiaçının iradə ifadəsi müqavilənin ləğvini ehtiva etmişdir, məhkəmənin qənaətincə bununla da Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əməl edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı Cavabdeh3 14000 manat məbləğində pulun tutulması hissədə də əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildiyindən və Mülki Məcəllənin 587-ci maddəsinə müvafiq olaraq iddiaçının ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququ olduğundan alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 hesabına ödənilmiş 14.000 manat Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 16000 manat məbləğində pulun tutulması hissəsində ilkin iddia tələbi əsaslıdır. İddiaçı məhkəmədə bildirmişdir ki, evi baxıb bəyəndikdən sonra Elçinə 1000 manat beh, daha sonra 1500 manat təmirə görə vermişdir ki, alqı-satqı müqaviləsi bağlanana qədər evin təmirini başa çatdırsınlar. İddaçı eləcə də bildirdi ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Sumqayıt ASAN xidmət mərkəzində 12000 manatı əlbəbəl Elçinə verməsi, pulun tam məbləğini bankın depozitinə qoymamasına səbəb cavabdeh tərəfin bunu istəməməsi olmuşdur. Belə ki, cavabdehlər bilrdirmişlər ki, bankın depozitindən pulu həmin gün götürmək mümkün deyil, yalnız 1-2 gündən sonra verilir, onlara isə həmin gün təcili 12000 manat pul lazımdır, lombarda qızıl qoymuşlar və həmin gün lombard ödənişinin son günü olmaqla, əgər pulu ödəməzlərsə qızıl-zinət əşyaları lombardın hesabına keçəcəkdir. Odur ki, o, cavabdehlərə inanaraq 12000 manatı Cəmilə və Namilin yanında sayıb Elçinə vermişdir. Bundan əlavə ddiaçı göstərmişdir ki, əgər o, cavabdehləri aldadaraq evin pulunu tam ödəməsəydi bu müddət ərzində barəsində müxtəlif orqanlara şikayət edə bilərdilər. Lakin hazırkı vaxtə qədər heç bir şikayət edilməmişdir, əksinə o, cavabdehlərin hərəkətləri barəsində polisə, prokurorluğa, sonda isə məhkəməyə şikayət etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı izahat verən Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda alqı-satqı müqaviləsi bağlandıqdan sonra evin dəyərinə daxil olan puldan 1500 manat İddiaçı tərəfindən Cavabdeh2 ödənildiyini etiraf etmişlər. Alqı-satqı müqaviləsi bağlandıqda sonra İddiaçı Cavabdeh2 1500 manat ödəməsi Abşeron RPİ tərəfindən məhkəməyə göndərilən sənədlərlə də öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cəmilə Babayevə evin alınmasına görə beh verildiyini göstərsə də həmin məbləğin 100 manat olduğunu, Cavabdeh2 isə 1500 manat istisna olmaqla İddiaçı tərəfindən ona heç bir məbləğdə pul ödənilmədiyini bildirdilər. Göründüyü kimi tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq (491.2) yazılı razılaşma olmasa da behin verilməsini hər iki müqavilə tərəfi təsdiq edir. Lakin verilmiş pul məbləğinin miqdarı mübahisə predmetidr. Eləcə də mübahisə predmeti olan evin satılarkən tam təmirli olmadığı, cavabdehlərin evin təmirini tamamlayaraq alıcıya – iddiaçıya təhvil verməli olduqları, lakin təmirin tamamlanmadığı sübutlarla tam təsdiqini tapır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 bildirmişdir ki, lombarda qızıl əşyası qoyaraq 10.000 manat pul götürmüş, həmin pulu alqı-satqı müqaviləsi bağlandıqdan sonra səhəri gün bankın depozitindən 14000 manatı götürərək ödəmişdir. Cavabehlərin nümayəndəsi göstərmişdir ki, cavabdehlərin həqiqətən də lombardda qızılları olub və alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2018-ci il tarix lombard ödənişinin son günü olub, ona görə də cavabdehlər İddiaçı ilə razılaşıblar ki, 14000 manat ödənilməklə alqı-satqı müqaviləsi bağlanılsın, qalan pul isə sonra ödənilsin. Cavabdeh2 fərqli izahat verərək bildirmişdir ki, lombarda ödəniş etmək üçün pulu ondan əlbəəl götürməsi barədə Aygünün göstərdikləri doğru deyil, onun lombarda borcu olmayıb. Göründüyü kimi cavabdeh tərəf məhkəmədə iclasında mübahisələndirilən xüsusatla bağlıt ziddiyyətli, bir-birini təkzib edən izahatlar vermişlər. Həmçinin məhkəmə tərəfindən cavabdeh tərəfə pul ödənişinin həyata keçirildiyi Lombard təşkilatı barədə ətraflı məlumat verilməsi, həmin ödəniş barədə sübut təqdim edilməsi təklif olusa da və bununla bağlı vaxt verilsə də heç bir sübut məhkəməyə təqdim etməmişlər. Əksinə cavabdeh tərəf öncə verdiyikləri izahatlarına zidd olaraq daha sonra bildirdi ki, qızıl əşyaları lombarda deyil, hər hansı şəxsə girov verilməklə pul götürülmüşdür, hazırda isə həmin şəxsi tapmaq mümkün deyildir. Bundan başqa müəyyən edilmişdir ki, evin açarları alqı-satqı müqaviləsi bağlandıqdan sonra Aygünə Manafovaya təhvil verilmiş, sonuncu oraya köçmüşdür. Həmçinin, göründüyü kimi cavabdeh tərəf müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq hazırki vaxtadək iddiaçının hərəkətləri, yəni onların iddia etdiyi kimi İddiaçı tərəfindən evin satış dəyərinin tam ödənilməməsi barədə heç bir orqana şikayət etməmişlər, məhkəmə qaydasında mübahisələndirməmişlər. Cavabdehlər yalnız iddiaçı tərəfindən araşdırılan iddia qaldırıldıqdan sonra məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırılan xüsusatla bağlı iddiaçının göstərdiklərini daha inandırıcı və işin obektiv hallarına uyğun, cavabdeh tərəfin bildirdiklərini isə yetərli və şübhədən kənar, iddianın bu hissədə rədd ediməsi üçün əsaslı hesab etmir. Məhkəmə bu nəticəyə gələrkən işin məhkəmədə müəyyən edilmiş hallarına əsaslanmış, cavabdeh tərəfin fərqli, ziddəytli, bir-birini təkzib edən izahatlarını, alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq, evin dəyərinin tam onlara ödənilməməsi, alıcı tərəfindən aldadılmaları barədə heç bir orqana şikayət etməmələrini, məhkəmə qaydasında mübahisələndirmədiklərini, evin açarlarının alqı-satqı müqaviləsi bağlandıqda sonra alıcıya təhvil verilməsini və bu faktın cavabdeh tərəfin «tərəflər arasında raızalşmaya əsasən evin alqı-satqı müqavliləsi bağlandıqdan sonra təmiri bitirib, alıcı tərəfindən qalın pulun verilməsi və bundan sonra evin təhvil verilməsi» barədə göstərdiklərini təkzib etdiyini, cavabdehin iddia etdikləri kimi satış pulunun yarıdan çox hissəsinin ödənilmədiyi halda alıcının oraya köçərək yaşamasına razılıq vermələrini, cavabdehin lombard ödənişinin həqiqətən olduğunu, lakin lombard ödənişinin nə vaxt olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmələrini və bununla bağlı cavabdehlərin ziddiyyətli fikirlər bildirmələrini nəzərə alaraq toplanmış digər sübutları və tərəflərin təqdim etdiyi faktları məcmu halda qiymətləndirmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliklə müqavilələr iki yerə bölünür: əvəzli və əvəzsiz (397maddə). Mülki Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini-əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır (567mad.). Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pula ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir. Alqı-satqı müqaviləsi mahiyyətcə konsensual müqavilədir. Belə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Alqı-satqı müqaviləsi həm də ikitərəfli müqavilədir. Bu müqavilə iki tərəfin–alıcı və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələri əsasında əmələ gəlir, tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Araşdırılan müqavilə şərtlərindən göründüyü kimi alıcı razılaşdırılmış qiyməti nağd şəkildə ödəmişdir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsində qiymət 14.000 manat göstərilsə də tərəflərin mübahisəsiz olaraq göstərdiyi kimi razılaşdırılmış qiymət 30.000 manat olmuşdur. Belə ki, həmin əmlakı satıcı (cavabdeh tərəf) 30.000 manat müqabilində satmağı, alıcı (iddiaçı) isə həmin qiymətə almağa razılaşmışlar. Tərəflərin iradə ifadəsinə uyğun olaraq əmlakın satış qiyməti 14.000 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, razılaşdırılmış qiymət ödənilmədiyi halda alqı-satqı müqaviləsinin bağlanması inandırıcı deyildir. Eləcə də mülki qanunvericilik əşyaların nisyə və ya hissə-hissə ödənilməsi qaydasını müəyyən etmiş və alqı-satqı müqaviləsinin bu şərtlərlə bağlanmasının mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırln mübahisə üzrə razılaşdırılmış ödəniş məbləği alqı-satqı müqaviləsi bağlanan vaxt tam ödənilməmişdirsə müqavələnin həmin şərtlərlə bağlanması mümkün idi. Bundan başqa, alqı-satqı müqaviləsinin xarakterinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verir. Mülki Məcəllənin 606-cı maddəsinin tələbinə görə əgər alıcı tərəfindən əşyanın alış qiymətinin ödənilməsi gecikdirilirsə satıcı alış qiyməti ödənilənədək mülkiyyət hüququn özündə saxalaya bilər və müqavilədə mülkiyyət hüququnun saxlanması haqqında xüsusi qeyd-şərt göstərə bilər. Göründüyü kimi qanunverici müqavilə azadlığını təmin etməklə tərəflərə öz istəklərinə uyğun şərtlərlə müqavilə bağlamaq və hər cür hüquq pozuntusundan müdafiə ilə bağlı imkanı tanımışdır. Araşdırılan müqavilə şərtlərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə hər hansı bir şərt göstərilməmişdir. Bu qeyd olunanlara əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, əmlakın satışı ilə bağlı danışıqların Cavabdeh2lə aparılması, daha sonra 1500 manat pulun Cavabdeh2 ödənilməsi tərəflərin mübahisəsiz olaraq qəbul etdikləri hallar olmaqla, həmin hallar əmlakın satış dəyərinin qalan hissəsinin müqavilədən kənar ailə üzvü kimi Elçinə Babayevə ödəməsi və bunun nəticəsində həmin alqı-satqı müqaviləsinin bağlanması barədə iddiaçının göstərdiklərinin inandırıcı olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi Cavabdeh2 müqavilə tərəfi olmamışdır və ona məxsus əmlak alqı-satqı müqaviləsinin predmeti deyildir, Cavabdeh2 arvadı Cəmilə Babayevə məxsus torpaq sahəsi və üzərində inşa edilmiş evin satışı ilə bağlı hərəkət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus 16.000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o,əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia Cavabdeh1 pul tələbinə dair hissədə sübuta yetirilmədiyinə görə təmin edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən hesab etmişdir ki, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissəsində tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanılmış, qarşılıqlı iddia üzrə iddiaçılar isə araşıdırlan tələblə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi qanunvericiliyin şərh olunan normalarına istinadən hesab etmişdir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Məhkəmə «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi»nin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışın etibarsız hesab ediməsi" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "alqı-satqı müqavilənin etibarsız hesab edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi "çıxarışın etibarsız hesab ediməsi" hissəsində də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia İddiaçı evdən çıxarılması və evin qaytarılması hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı həmin hissədə iddianı qəbul etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın evin əvvəlki vəziyyətdə qaytarılması hissəsini də əsassız hesab etmişdir. Belə ki, evin əvvəlki vəziyyəti məhkəmə üçün müəyyən deyildir, bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Bununla bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı hesab edərsəki əmakına zərər vurulmuşdur, bu halda əmlaka dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq sübutlar təqdim etməklə iddia qaldırmaq hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarına və tərəflərin arasında mövcud olan mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə işin həqəqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 birgə qaydada verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-253/2020 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar