Məhkəmə qərarları › İş №2(105)-2023/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2023/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2023/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh3 İddiaçı ASC-yə qarşı zaminliyə xitam verilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-669/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ET Dİ: İddiaçı ASC cavabdehlər “xxxx” MMC-yə, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Banka borclu olduğu 1.018.968,02 (bir milyon on səkkiz min doqquz yüz altmış səkkiz, 02) manat məbləğində əsas borc, 103.413,50 (bir yüz üç min dörd yüz on üç, 50) manat məbləğində faiz borcu, 100.572 (bir yüz min beş yüz yetmiş iki) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 (bir milyon iki yüz iyirmi iki min doqquz yüz əlli üç, 52) manat məbləğində pulun, həmçinin,30 (otuz) manat məbləğində məhkəmə üçün və 30 (otuz) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun müştərək qaydada “xxxx” MMC, “xxxxxxxx” MMC və Cavabdeh3İddiaçı ASC-nin xeyrinə tutulması ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğinİddiaçı ASC ilə“xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçıASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 İddiaçı ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin «xxxx» MMC, «xxxxxxxx» MMC və ona qarşı iddia tələbinin qismən, zamin kimi ona qarşı hissəsinin təmin edilməməsi, hazırki qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli «Baş kredit razılaşması» üzrə onun zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-669/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 5000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.127.381,52 (bir milyon yüz iyirmi yeddi min üç yüz səksən bir manat əlli iki qəpik) manat məbləğində pul, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada “xxxx” MMC, “xxxxxxxx” MMC-dən və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, opoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 1.700.000 (bir milyon yeddi yüz min) manat məbləğində müəyyən edilməsi, tutmanın həmin əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin açıq hərracdan satılması,satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi, Daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksinin boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğ İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin İddiaçıASC-nə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə və Cavabdeh3 İddiaçı ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayılov) Qətnamədən ilk iddia üzrə Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, “xxxxxxxx” ASC-nin iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və yenidən müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 iddiaçının apelyasiya şikayətinə etiraz edib, öz apelyasiya şikayətinin dəlillərini müdafiə edib apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, öz apelyasiya şikayətinin təmin edilərək qətnamənin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xxxxxxxx ASC-nin iddia tələbinin Cavabdeh3 qarşı olan hissədə rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 cavabdehin apelyasiya şikayətinə etiraz edib, təmsil etdiyi təşkilatın apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-669/2020 saylı qətnaməsi mahiyyəti üzrə düzgün olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və yenidən müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli H/01- PLS saylı qiymətləndirmə hesabatını əsas götürmüşdür. Hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin dəyəri qiymətləndirici tərəfindən artıq dərəcədə yüksək müəyyən olunmuş, reallığı əks etdirmir, həmin hesabat qeyri-obyektiv və qərəzlidir. Bu səbəbdən də, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatı tamamilə əsassızdır və qanunvericiliyin tələbinə uyğun deyildir. Həmin hesabat ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, qiymətləndirici “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması əvəzinə qiymətləndirmə hesabatında daşınmaz əmlakın bazar qiyməti müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər “xxxx” MMC və “xxxxxxxx” MMC-nin nümayəndələri rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə iddiaçı və cavabdehlər “xxxx” MMC və “xxxxxxxx” MMC hüquqi şəxs, digər Cavabdeh3 fiziki şəxs şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və iddiaçı təşkilatın adına ********** saylı, cavabdeh “xxxx” MMC-nin adına ********** saylı,“xxxxxxxx” MMC-nin adına ********** saylı, Cavabdeh3 adına ********** saylı, VÖEN verilmişdir. .İş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul məşğul olurlar və adlarına müvafiq VÖEN-lər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırki halda iş materiallarından görünür ki, tərəflərdən iddiaçı təşkilat və cavabdehlər “xxxx” MMC və “xxxxxxxx” MMC hüquqi şəxs, Cavabdeh3 fiziki şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-669/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apelyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-669/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh3 İddiaçı ASC-yə qarşı zaminliyə xitam verilməsi qarşılıqlı iddia tələbinə dair ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar