Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2023/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-365/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 9700 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 117 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 23 avqust 2012ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda borc müqaviləsi bağlanmış və o, cavabdehə 9700 manat borc pul vermişdir. Aralarında bağlanmış borc müqaviləsinin şərtlərinə əsasən cavabdeh ondan borc aldığı 9700 manat pul məbləğini 23 avqust 2015ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı pulu vəd verdiyi vaxtda ona qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Daha sonra isə ümumiyyətlə cavabdehlə əlaqə saxlaya bilməmiş və onu tapa bilməmişdir. Cavabdeh könüllü olaraq borcunu qaytarmadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh borclu olduğu 9700 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 117 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-365/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilərək Cavabdeh 23 avqust 2012-ci il tarixli borc müqaviləsi üzrə borclu olduğu 9700 (doqquz min yeddi yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 117 (bir yüz on yeddi) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Xıdır Quliyev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-365/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və əqdin etibarsız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 9700 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 117 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-365/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 365/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilmişdir. Bildirmişdir ki, əri olan Nümayəndə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli, 1(101)-756/2012-ci il tarixli hökmü ilə 11 il müddətində azadlıqdan məhrum edilmişdir, hal-hazırda azadlıqdadır. İddiaçı əri Nümayəndə azadlığa buraxılması üçün kömək göstərmək adı ilə ona xidmət müqaviləsinin bağlanmasını təklif etmişdir. O, Cavabdeh evdar qadın olduğundan və hüquqi biliyi olmadığından İddiaçı sözlərinə inanaraq 23 avqust 2012-ci il tarixli borc müqaviləsinin şərtləri ilə tanış olmadan imza atmışdır. Sözügedən müqaviləyə əsasən guya o, İddiaçı 9700 manat borc pul almışdır, guya faktiki olaraq almadığı borc pulu 23 avqust 2015-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia müddətini ötürdüyünə rəğmən hakim əsassız olaraq iddiaya baxılmanı mümkün sayaraq iddiaçının tələbini təmin edib. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə ki, əgəgr iddiaçı hesab edirdisə ki, onun hüquqları pozulub, müqavilənin son tarixi olan 2015-ci il və ondan sonra gələn 3 il ərzində məhkəməyə müraciət etməli idi. Göründüyü kimi, İddiaçı əri olan Nümayəndə həbsdən çıxmağından istifadə edərək əsassız olaraq pul almaq niyyətində olduğu açıq-aşkar bəllidir. Qeyd etmişdir ki, İddiaçı iddia tələbində göstərdiyi 9700 manat məbləğində pulu ona verməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bununla da əsassız qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, onunla Cavabdeh arasında 23 avqust 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda borc müqaviləsi bağlanmış və o, Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat məbləğində borc pul vermişdir. Onun hüquqi təhsili, nə də ki, yuxarı instansiyalarda tanışı yox idi ki, o, Cavabdeh həyat yoldaşına kömək etmək adı ilə onunla əqd bağlasın. Əgər belə bir hüquqi yardım müqaviləsi bağlansa idi, əksinə cavabdeh özü bunun əvəzində ona pul ödəməli idi. Göründüyü kimi bu addım cavabdehin uydurmasından başqa bir şey deyildir. Müqavilənin məzmunu isə notariat kontorunda ona və Cavabdeh oxunmuş, bundan sonra müqavilə imzalanmışdır. O, Cavabdeh müqavilə bağlanan zaman aldatmamışdır. Əgər onu aldatmışdırsa niyə görə 11 il ərzində cavabdeh aralarında bağlanan müqaviləni mübahisələndirməmişdir. Cavabdehin əlində aralarında bağlanan müqavilənin etibarsızlığını təsdiq edəcək heç bir sübut, dəlil yoxdur. Çünki, adı çəkilən müqavilə tam qanuni müqavilə olmuşdur. Müqavilə nə qədər ki, qüvvədədir, cavabdeh ona olan borcunu ödəməkdən yayına bilməz. Cavabdeh iddia edir ki, ona pul borclu deyildir. Belə ki, 2022-ci ilin oktyabr ayında cavabdehin həyat yoldaşı Nümayəndə öz qardaşı və dostu ilə Şabran şəhərinə gələrək onu çayxanaya söhbət üçün dəvət etmişdirlər. Onlar orada görüşən zaman Xanlar ondan xahiş etmişdir ki, hazırda onun və həyat yoldaşının maddi imkanları yoxdur, onlara may ayına kimi imkan versin, 1400 manat pul gətirəcəklər, pulunun qalanını isə hissə-hissə qaytaracaqlar. Cavabdeh savadsız evdar qadın olduğunu, hüquqi biliyi olmadığını əsas gətirərək ondan istifadə etdiyini yazmışdır. Bildirmişdir ki, Cavabdeh bəlkə də ali təhsili yoxdur. Amma onun həyat yoldaşı Nümayəndə 10-15 adamın etibarından və sadəlövhlüyündən istifadə edərək aldatma yolu ilə onların pulunu alaraq geri qaytarmamış və buna görə 11 il həbs cəzası almışdır. Cavabdehin və həyat yoldaşının heç biri göründüyü qədər savadsız deyildirlər. Onlar ali təhsillilərdən qat-qat savadlıdırlar. Həmçinin cavabdeh apellyasiya şikayətində iddia tələbindən kənara çıxaraq əqdin etibarsız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, iddiaçının belə bir hüququ yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmçinin cavabdeh apellyasiya şikayətində göstərir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşnmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Sözügedən müqavilə 23 avqust 2012-ci ildə bağlanıb. Bundan əlavə müqavilənin son tarixi 23 avqust 2015-ci il göstərilmişdir. Yəni, müqavilə 3 illik idi. Belə ki, iddiaçı iddia müddətini ötürdüyünə rəğmən hakim əsassız olaraq iddiaya baxılmanı mümkün sayaraq iddiaçının tələbini təmin etmişdir. Belə ki, əgər iddiaçı hesab edirdisə ki, onun hüquqları pozulub, müqavilənin son tarixi olan 2015-ci il və ondan sonra gələn 3 il ərzində məhkəməyə müraciət etməli idi. Göründüyü kimi, iddiaçının Nümayəndə həbsdən çıxmağından istifadə edərək əsassız olaraq pul almaq niyyətində olduğu açıq-aşkar bəllidir. Bildirmişdir ki, onun müqavilə əsasında pulunu tələb etməyi üçün qanunda hər hansısa bir vaxt məhdudiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh həmin pul məbləğini 23 avqust 2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən öz pulunu geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra isə ümumiyyətlə cavabdehlə əlaqə saxlaya bilməmişdir və onu tapa bilməmişdir. Belə ki, cavabdehin ona verdiyi telefon nömrəsi zənglərinə cavab verməmişdir. 5 aydan sonra ümumiyyətlə onunla heç bir əlaqə yarada bilməmişdir. Cavabdehin Xaçmazdakı daimi qeydiyyat ünvanına dəfələrlə getsə də, haqqında heç bir məlumat əldə edə bilməmişdir. Bakı şəhərində isə harada yaşadığını bilmirdi. 2 ilə qədər vaxt ərzində Xaçmaz rayon İcra və X3 rayon Polis Şöbəsinə müraciət etsə də, o özü isə 2 dəfə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət etsə də, hələ də cavabdehi görə bilməmişdir. Hətta iddiasına Xaçmaz Rayon Məhkəməsində baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsi ilə rəsmi məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişdir. Bu günə kimi cavabdeh tərəfindən borc ödənilməmiş qalmışdır. Cavabdeh ərinin həbsdən çıxmağından guya istifadə edərək cavabdehdən pul istəməyinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh həyat yoldaşı 2012-ci ildə azadlıqdan məhrum edilmişdir. Belə ki, cavabdehin həyat yoldaşı 2023-cü ildə həbsdən azad olunmalı idi. Amma o, məhkəməyə 2021-ci ilin sonlarında müraciət etmişdir. Cavabdeh həyat yoldaşının nə vaxt azadlığa çıxdığından xəbəri yoxdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində göstərdikləri yalandır, əsassızdır. Xaçmaz rayon məhkəməsində işə baxılarkən heç bir maddi və prosessual hüquq norması pozulmamışdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, nəticədə ədalətli və qanuni qətnamə qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-365/2022 saylı qətnaməsində araşdırmaların nəticəsi olaraq qeyd olunur ki, iddiaçının izahatı və iş materialları ilə təsdiq olunur ki, həqiqətən də Cavabdeh İddiaçı 9700 manat borc pul almış və tərəflər arasında 23 avqust 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda borc müqaviləsi tərtib olunaraq təsdiq edilmiş, 23 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı borc aldığı 9700 manat pulu 23 avqust 2015-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüş, lakin, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi Cavabdeh apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 23 avqust 2012-ci il tarixli, 3-M-06/1519 reyestr nömrəli borc müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 9700 manat borc pul almış, aldığı borc pulu 23 avqust 2015-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, həqiqətən də Cavabdeh İddiaçı 9700 manat borc pul almış və tərəflər arasında 23 avqust 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda borc müqaviləsi tərtib olunaraq təsdiq edilmişdir. 23 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı borc aldığı 9700 manat pulu 23 avqust 2015-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh apellyasiya şikayətində İddiaçı əri Nümayəndə azadlığa buraxılması üçün kömək göstərmək adı ilə ona xidmət müqaviləsinin bağlanmasını təklif etdiyini, o, evdar qadın olduğundan və hüquqi biliyi olmadığından İddiaçı sözlərinə inanaraq 23 avqust 2012-ci il tarixli borc müqaviləsinin şərtləri ilə tanış olmadan imza atdığını, guya faktiki olaraq almadığı borc pulu 23 avqust 2015-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürdüyünü, lakin İddiaçı iddia tələbində göstərdiyi 9700 manat məbləğində pulu ona vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinə əsasən borcun xx.xx.2015-ci il tarixədək qaytarılması qeyd edilsə də, cavabdeh borc müqaviləsi bağlandığı vaxtdan hazırki vaxtadək borc məbləğindən heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar cavabdeh tərəfindən borc məbləğinin ödənilməsindən qərəzli olaraq boyun qaçırma hesab edildiyindən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Cavabdehin iddia müddətinin keçməsinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianın əsassız olaraq təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə görə: 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Y.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında iddia müddətinin tətbiq qaydası ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Onu da nəzərə almaq vacibdir ki, apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). Lakin nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi, ocümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya və kassasiya instansiyalarının təbiətlərinə uyğun olaraq fərqləndirilmişdir. Belə ki, yeni məhkəmə icraatının qaydalarını müəyyən edən qüvvədə olan mülki prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını birinci instansiya məhkəmələrinin üzərinə qoyur (tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılması; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsi; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsi). Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək, tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ yoxdur. Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan kimi düzgün olaraq ünvan 4riallarına əsasən müəyyən olunur ki, cavabdehin həmin ünvanda yaşamaması səbəbləri göstərilməklə məhkəmə bildirişləri geri qaytarılmışdır. Cavabdeh verdiyi apellyasiya şikayətində də özünün ünvanı kimi ünvan 5ətta cavabdehə elektron kabinet vasitəsilə, xx.xx.2023-cü il tarixində məhkəmə iclas zalından cavabdehə və onun nümayəndəsi olan həyat yoldaşına məxsus mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasının təxirə salınaraq növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Bununla əlaqədar iddiaçı bildirmişdir ki, cavabdehin həyat yoldaşı ilə əvvəllər çox yaxın səmimi münasibətləri olmuş, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra 2022-ci ilin oktyabr ayında cavabdehin həyat yoldaşı onunla görüşmüş, mütəmadi olaraq mobil telefonla onunla əlaqə saxlayır, borcun qaytarılması üçün ondan möhlət istəyir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh heç bir üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, apellyasiya şikayətində iddia müddətinin ötürülməsini qeyd etsə də, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə uyğun iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarına düzgün istinad etsə də, həmçinin Mülki Məcəllənin qüvvədən düşmüş köhnə redaksiyasında olan 740-cı maddəsinə istinad etmişdir. Lakin həmin maddənin məzmunu mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmir. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi formal mülahizəyə görə ləğv edilməməlidir. Belə ki, MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-365/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2023/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2023/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver