Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2031/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili X6, Cavabdeh3, Cavabdeh2 vəkili və nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-49/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-49/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, mebelin dəyəri olaraq 300 manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 19000 ABŞ dolları məbləğində pulun, 2800 manat satılmış mebelin dəyərinin və pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödənilmiş 100 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh1la rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş və birgə nikahlarıından bir uşaqları doğulmuşdur.O, cavabdehlə nikaha daxil olduqdan sonra özü başqa otaqda, digər cavabdehlər də başqa otaqda Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında məskunlaşmışdılar.2013-cü ilin fevral ayında 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməklə həmin binadan çıxarılmışlar. Kompensasiyaların ödənilməsi Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunda aparılmışdır. O da həmin notariat kontorunda olaraq kompensasiya almağı barədə sənədi imzalamışdır.Lakin həmin dövrdə onun atası vəfat etdiyindən və o, hüzr məclisində olduğundan ödənilən kompensasiya cavabdehlər tərəfindən alınmış və bu səbəbdən ona ödənilən kompensasiyanın məbləğindən məlumatı olmamışdır.Cavabdeh3 alınan məbləğin 38000 ABŞ dolları olduğunu və həmin məbləğin yarısının ona məxsus olduğunu bildirmişdir. Ona və cavabdehlərə ödənilmiş kompensasiya ilə cavabdehlər tərəfindən 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınmış və həmin sahədə ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edilmişdir. Cavabdeh1la yaranan narazılıqlara görə münasibətləri pozulmuş, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 38/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikah dövründə doğulmuş azyaşlı uşaq onun himayəsinə verilmişdir.Hazırda onunla Cavabdeh1 arasında nikah qeydi ləğv edildiyindən onların bir evdə yaşamaları mümkünsüzdür.Ona görə də 3 saylı Tikinti-Montaj İdarəsinin inzibatı binasından çıxarılarkən onun adına verilmiş kompensasiyanın cavabdehlərdən alınaraq ona ödənilməsini tələb edir.Lakin kompensasiya cavabdehlər tərəfindən alındığı üçün məbləği ona məlum deyildir və bu barədə sübut təqdim edə bilmir. O, gəlin gedərkən valideynləri tərəfindən verilən ümumi dəyəri 2800 manat olan yataq mebel dəsti, dolab, bir stol və altı stuldan ibarət qonaq mebel dəsti Cavabdeh1la tərəfindən satılmış, əldə edilmiş pul vəsaiti ona qaytarılmamışdır. Buna görə də həmin məbləğ də cavabdehlərdən alınaraq ona verilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Birinci instansiya məhkəməsi Cavabdeh3 izahatını olduğu kimi protokollaşdırmamış, qismən təhrif etməklə yanlış, natamam və qərəzli izahatı protokola daxil etmiş, həminizahata istinad edilməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, güya Cavabdeh3 izahatındaTikinti Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə ümumilikdə 105000 manat pul ayrıldığını, 30.000 ABŞ dolları məbləğində onlara kompensasiya verildiyini, manatla ifadə etdikdə isə 23.400 manat pul verildiyini, onlara həmin məbləğdən artıq pul verilmədiyini, 30.000 ABŞ dolları məbləğində kompensasiya məskunlaşdıqları iki otaqlı evdə yaşayan bütün 7 nəfər ailə üzvlərinə verildiyini, qızı və oğullarının evdən düşən paylarını ona verərək, heç bir pul götürmədiklərini bildirmişdir. Cavabdeh3 izahatındakı yanlışlıq və natamamlıq ondan ibarətdir ki, izahatında ev söküldükdən sonra kompensasiya olaraq onun həyat yoldaşına cəmi 23000 pul verildiyini, həyat yoldaşının isə həmin pulun üstünə 400 manat qoyaraq 30000 ABŞ dolları məbləğinə dəyişdiyini, Cavabdeh1 həmin vaxt iddiaçı ilə evli olsalar belə, həmin evdə yaşamadıqlarını, digər övladları İlhamə, İlqar, Röyalın həmin evdə yaşadıqları üçün kompensasiyadan heç bir pay almadıqlarını, həmin vaxt Cavabdeh1 maddi durumunun zəif olduğunu, İddiaçı birgə nikahından övladlarınınolmasını nəzərə alaraq kompensasiya məbləğindən onlara çatan məbləği özlərinə verdiyini, ona görə də iddianı qəbul etmədiyini bildirmişdir. Lakin iddiaçının evdən çıxacağı halda, 3-4 min manat miqdarında kompensasiya verə biləcəyini qeyd etmişdir. İddiaçı iddia ərizəsində kompensasiyaların ödənilməsinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 15 saylı Notariat kontorunda aparıldığını, özünün də həmin kontorda olaraq kompensasiya məbləğini alması barədə sənədi imzaladığını bildirmişdir. Bununla da artıq iddiaçı ona çatası məbləği qəbul etdiyini etiraf etmişdir. Hər bir halda, iddiaçının atasının vəfat etməsini və hüzr məclisində iştirak etdiyinə görə kompensasiya məbləğinin cavabdehlər tərəfindən alınmasını bildirməsi ağlabatan deyildir. Belə ki, kompensasiya məbləği ödənilməyənədək heç kim notariat kontorunda sənədə imza etməz,notariat kontorunda kompensasiya məbləğinin alınması barədə sənədin imzalanması və kompensasiya məbləğinin verilməsi eyni vaxtda baş verir. Ona görə də iddiaçının atasının vəfat etdiyi üçün məbləğin alınmasında iştirak etmədiyini deməsi məntiqli və inandırıcı deyildir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş və qeyri-obyektiv qərar qəbul etmişdir. Digər tərəfdən, mənzilə verilən 23000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh1 deyil, məhz Cavabdeh2 verilmişdir. Ailənin bütün üzvləri, həmçinin iddiaçı da ona düşən məbləğdən Cavabdeh2 xeyrinə imtina etmişdir. Ona görə də Cavabdeh3 və Cavabdeh1 bu iş üzrə cavabdeh ola bilməzlər. Bu iş üzrə cavabdeh qismində yalnız Cavabdeh2 iştirak edə bilər. İddiaçı iddia ərizəsində kompensasiya məbləğinin alınması barədə sənədi notariat kontorunda imzalamasını faktiki olaraq etiraf etməklə cavabdehi kompensasiya məbləğinin iddiaçıya ödənilməsi faktının sübut edilməsi öhdəliyindən azad etmişdir. Digər tərəfdən, məhkəmə öz qətnaməsində ödənilməli olan məbləğin Azərbaycan manatı ilə deyil, xarici valyutada ifadə etməsi o deməkdir ki, məhkəmə 3 saylı Tikinti- Montaj İdarəsinin inzibati binasında olan iki otaqlı yaşayış evinin sökülməsi zamanı vətəndaşa ödənilməli olan kompensasiya məbləğinin dollarla ödənilməli olduğunu qəbul edir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh1la nikaha daxil olduqdan sonra cavabdehin məskunlaşdığı 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında olan iki otaqlı evin bir otağında yaşadığını, həmin evin digər otağında isə cavabdehlərin yaşadığını qeyd etsə də, bunun hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır. Digər tərəfdən, iş materiallarında olan və məhkəmənin istinad etdiyi xx.xx.2013-cü il tarixdə notarius tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh2, Cavabdeh3, X9, X7, X10, Cavabdeh1 və İddiaçı ünvan 1 ünvanda yerləşən “xxxxxxxxxxxxxxxxx” ASC-nin 2 saylı müəssisəsinin ərazisində Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdıqlarını, hazırda başqa ünvanda yerləşmələrinə etiraz etmədiklərini, ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Bu ərizədə ünvan kimi ünvan 3 ünvanda yerləşən “xxxxxxxxxxxxxxxxx” ASC-nin 2 saylı müəssisəsinin ərazisi göstərilsə də, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməklə binadan çıxarılmalarını göstərmiş və həmin yaşayış sahəsinə görə ödənilmiş kompensasiyadanona çatmalı olan hissəni cavabdehlərdən tələb etmişdir. Belə məlum olur ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməsini tələb etdiyi halda, məhkəmə səhvən ünvan 1 ünvanda yerləşən “xxxxxxxxxxxxxxxxx” ASC-nin 2 saylı müəssisəsinin ərazisində yaşayan şəxslərin köçürülməsinə görə ödənilən kompensasiya məbləğindən iddiaçıya pul ödənilməsini qət edir. Bu iki ünvanın eyni olması barədə isə heç bir sübut yoxdur, məhkəmə də bu faktı araşdırmamışdır. Ona görə də qətnamə qanunsuzdur və bu hissədə ləğv edilməlidir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdilər ki, onlara ailəlikcə ödənilmiş kompensasiya ilə 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınmış, 5-6 aya həmin torpaq sahəsində ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi tikmiş və ailəlikcə oraya köçərək yaşamağa başlamışlar. Son vaxtlar İddiaçı onlarla münasibətləri pozulmuşdur. Cavabdeh2 nümayəndəsi X8 da məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, ona və cavabdehlərə ödənilmiş kompensasiya ilə cavabdehlər tərəfindən 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınmış və həmin sahədə 5-6 aya ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edilmişdir. Bundan sonra onlar ailəlikcə oraya köçərək yaşamağa başlamışlar. Son vaxtlar cavabdehlərlə münasibətləri pozulmuş və cavabdehlər onu evdən qovmaqla hədələyirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. O, hazırda da həmin evdə yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qismən, cavabdehlərdən müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3, X9, X7, X10, Cavabdeh1 və İddiaçı imzaları xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2008-ci il tarixdən ünvan 4 ünvanında “xxxxxxxxxxxxxxxxx” ASC-nin 2 saylı müəssisəsinin ərazisində Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdıqlarını və hazırda başqa ünvanda yerləşdikləri üçün həmin ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 3 saylı Tikinti-Montaj İdarəsində məskunlaşmış məcburi köçkünlərə kompensasiya verilməsi barədə Komitədə məlumat yoxdur. Birinci instansiya məhkəməsi kompensasiyanın verilməsini tərəflərin etiraf etdiklərini nəzərə alıb hesab etmişdir ki, verilmiş 30000 ABŞ dolları kompensasiya 7 nəfər Şərifovlar ailəsinin üzvləri arasında bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, İddiaçı iddia ərizəsində ona və cavabdehlərə ödənilmiş kompensasiya ilə cavabdehlər tərəfindən 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alındığını və həmin sahədə ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edildiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında da İddiaçı qeyd edilən halı təsdiq etmiş və hazırda da həmin evdə yaşadığını, münasibətləri pisləşdiyinə və cavabdehlər onu evdən qovmaqla hədələdiyinə görə hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Bu halları məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da etiraf etmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında kompensasiyaya dair hər hansı öhdəlik münasibətinin yaranması iş materialları ilə öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin məşkunlaşdıqları yaşayış sahəsindən çıxarılmaq üçün ödənilmiş kompensasiyaya Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınmış və həmin sahədə ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edilmiş, tərəflər həmin evə köçmüş və hazırda da orada yaşayırlar. İddiaçı ilə cavabdehlərin münasibətləri pozulduğundan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardım üçün 100 manat ödəməsini təsdiq edən sənədi də iddia ərizəsinə əlavə etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 mebelin dəyəri olaraq ondan 300 manat pulun tutulması hissəsində qətnamədən apellyasiya şikayəti verməmiş, qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-49/2020 saylı qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissələrdə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2031/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2031/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver