Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2040/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2 (eyni zamanda 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi) və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən yaşadığı evin və həyətyanı sahəsinin üstündən keçirməklə öz fermalarına çəkdiyi yüksək gərginlikli elektrik xətlərinin öz hesabına götürməklə başqa yerə keçirilməsini bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması, rüsum kimi ödədiyi 100 manat və hüquqi yardıma görə ödədiyi 300 manat məbləğdə pulun cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 nəfərlik ailə ilə yaşadığı ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27,2 kv.m. olan yaşayış evini 2002-ci ilin fevral ayında X1 almışdır. Belə ki, həmin vaxt Atamşah Zəbi oğluna 500 manat beh kimi verərək evi almışdır və evin müəyyən təmir və təmizlik işlərini başa çatdırıb, evin qiymətinin qalan hissəsi olan 20.000 manat məbləğində pulu ödəyib xx.xx.2009-cu ildə alqı-satqı müqaviləsi bağlamaqla almışdır. xx.xx.2010-cu il tarixdə qeyd olunan evin ********** qeydiyyat nömrəli, **********83-10301 reyestr nömrəli çıxarış və texniki pasportu işlənmişdir. O, qeyd olunan evi alıb müəyyən təmizlik və təmir işlərini aparan zaman cavabdehlər evdə olmadığından istifadə etməklə qonşuluğunda yerləşən özlərinə məxsus fermaya evinin və həyətyanı sahəsinin üstündən yüksək gərginlikli hava elektrik xətti çəkmişdir. Həmin yüksək gərginlikli hava elektrik xətti çox aşağıdan çəkilməklə evinin damından 2 metr hündürlükdə yerləşir. Küləkli, qarlı və yağışlı havada sallanaraq və yellənərək həmin naqillər olduqca təhlükəli vəziyyət alır. Ona görə də o və ailə üzvləri daim qorxu altında yaşamağa məcbur olurlar. Yüksək gərginlikli hava elektrik xətlərinin evinin üstündən aşağıdan keçməsi ailəsinə daim təhlükə yaradır, xüsusilə küləkli havada, hətta evdən çıxıb başqa yerdə yaşamağa məcbur olurlar. Cavabdehə dəfələrlə həmin naqillərin götürülməsini və yaratdıqları fermaya elektrik xəttini bir az kənardan çəkilməsini xahiş etsə də, bir nəticəsi olmamışdır. Hətta israrla bunu tələb etdikdə bildirmişlər ki, 30.000 manat ödəsə elektrik xətlərini kənara çəkəcəklər. Yoxsa onu buradan köçürəcəklər. Bu məsələ ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinə, FHN-ə, Azərişıq» ASC-yə, Azərbaycan Respublikasının Prezidentinə və başqa təşkilatlara dəfələrlə müraciətlər etmişdir. Həmin təşkilatlardan gəlib yerində baxış keçirmiş və təhlükəli vəziyyəti təsdiq etsələr də, həmin yüksək gərginlikli xəttin «Azərişıq” ASC-nin balansında olmadığını bildirməklə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. O, qeyd olunan evi 2002-ci ilin fevral ayında beh verməklə almış və həmin evə köçmüşdür, lakin maddi vəziyyətinin ağırlığından 7 il müddətində pul yığıb həmin evi öz adına sənədləşdirmişdir, evi çox darısqal olduğundan həyətdə yeni evin özül hissəsini tikmişdir. Maddi imkansızlıqdan həmin evi də yarımçıq qalmışdır. Bu tərəfdən də cavabdehlər ondan elektrik naqillərinin götürülməsinə görə pul tələb edir, ona hədə-qorxu gəlməklə onu həmin yerdən qovmaq istəyirlər. Lakin kasıb da olsa, o, da bu vətənin övladıdır, qardaşı X2 müharibəsində şəhid olmuşdur, şəhid ailəsidir. Vətən qarşısında öz borclarını həmişə yerinə yetirmişlər. Boya- başa çatmış övladlarını evinin darısqallığından evləndirə bilmir. Yeni tikməyə başladığı evi də cavabdehlərin hədə-qorxularına görə başa çatdıra bilmir. Ona görə də cavabdehlərin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınması üçün yeganə ümid yeri kimi məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, bu məsələ ilə bağlı FHN-ə də müraciət etmiş və vəziyyətin təhlükəli olması barədə rəy veriblər. Lakin cavabdehlər 10000 kvt elektrik naqillərinin yerinin dəyişdirilməsindən imtina edirlər. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddiaçı xəttin götürülməsi barədə müraciət edib. O, evi Atamşah Zəbi oğlundan satın alıb. Evi aldıqdan sonra cavabdehlər evin üzərindən 10000 elektrik naqilləri çəkdiriblər. Yəni xətt əvvəl ərazidən keçmirdi. İddiaçı bu barədə hətta "xxxx" ASC-yə də müraciət etmişdir və müraciətində elektrik xətlərinin kənar ərazidən keçirilməsinin mümkünlüyü bildirilmişdir. Bu məsələ ilə bağlı FHN-də elektrik xətlərinin evə təhlükə yaratmasını bildiriblər. İddia tələbi ilə bağlı sübutlar öz təsdiqini tapır və bu səbəbdən xahiş etmişdir ki, iddia təmin olunsun. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 10000 elektrik xəttinə müdaxilə edilməsi üçün Sumqayıt Elektrik Şəbəkəsindən xətt açılmalıdır. Elektrik xətləri "xxxx" MMC-yə məxsusdur. İddiaçı MMC-yə heç bir müraciət etməyib. Müraciət etsəydi, müvafiq qaydada tədbir görülərdi. Həmçinin iddiaçının evinin əvvəlki mülkiyyətçisi MMC-nin işçisi olub. Həmin ərazi əvvəllər boş idi, daha doğrusu, zibilxanaya çevirmişdilər. Ərazini 1995-ci ildə almışlar. Sonra Cəbrayılova təklif etmişlər ki, həmin ərazinin yaxınlığında torpaq sahəsi alsın. Bununla həm də tikililərə nəzarət etsin. X7 2000.000 AZN verərək torpaq sahəsi alıb. MMC-nin ərazisində 250-lik transformator quraşdırılıb. xx.xx.2001-ci ildə isə həmin transformator 63-lük transformator ilə əvəz olunub. İddiaçı qeyd edir ki, tikilinin çıxarışı var. Lakin bu çıxarışı saxtakarlıqla, dolayısı yolla əldə edib və yalandan bildirir ki, tikilisinin üzərindən sonradan elektrik xətti çəkilib. MMC-nin işçiləri yığıncaq keçirib, buna razılıq versə, iddiaçının öz hesabına elektrik xəttinin dəyişdirilməsi həyata keçirilə bilər. 10000 elektrik xəttinin altında tikilinin tikilməsi, ümumiyyətlə, qadağandır. Yəni qanuna zidd hərəkətdir. Bunu Nazirlər Kabinetinin qərarlarına əsasən istinad edib bildirir. Buna görə iddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, əgər iddiaçı öz hesabına razılıq versə cavabdehlər yüksək gərginlikli elektrik xəttlərini iddiaçının hesabına başqa yerə keçirə bilərlər. Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər tərəfindən iddiaçının yaşadığı evin və həyətyani torpaq sahəsinin (ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27.2 kv.metr olan yaşayış evi) üstündən keçən yüksək gərginlikli elektrik xətlərinin cavabdehlərin hesabına götürülməklə başqa yerə köçürülməsi bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının iddiaçıya aid edilməsi, 50 manatın isə cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun 30 manatının cavabdehlərdən birgə qaydada, 20 manatının isə iddiaçıdan alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(067)-106/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər tərəfindən iddiaçının yaşadığı evin və həyətyanı torpaq sahəsinin (ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27.2 kv.metr olan yaşayış evi) üstündən keçən yüksək gərginlikli eliktrik xətləri cavabdehlərin hesabına götürülməklə başqa yerə köçürülməsinin bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması qət edilmişdir. Hesab edirlər ki, Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən yaşadığı evin və həyətyani sahəsinin üstündən keçirməklə öz fermanlarına çəkdiyi yüksək gərginlikli elektrik xətlərinin öz hesabına götürməklə başqa yerə keçirilməsini bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması, rüsüm kimi ödədiyi 100 manat və hüquqi yardıma görə ödədiyi 300 manat məbləğdə pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 nəfərlik ailə ilə yaşadığı ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümümi sahəsi 27,2 kv.m. olan yaşayış evini 2002-ci ilin fevral ayında X1 almışdır. Belə ki həmin vaxt Atamşah Zəbi oğluna 500 manat beh kimi verərək evi almışdır və evin müəyyən təmir və təmizlik işlərini başa çatdırıb, evin qiymətinin qalan hissəsi olan 20.000 manat məbləğində pulu ödəyib xx.xx.2009-cu ildə alqı-satqı müqaviləsi bağlamaqla almışdır. xx.xx.2010-cu il tarixdə qeyd olunan evin ********** qeydiyyat nömrəli, **********83-10301 reyestr nömrəli çıxarış və texniki pasportu işlənmişdir. O, qeyd olunan evi alıb müəyyən təmizlik və təmir işlərini aparan zaman cavabdehlər evdə olmadığından istifadə etməklə qonşuluğunda yerləşən özlərinə məxsus fermaya evinin və həyətyanı sahəsinin üstündən yüksək gərginlikli hava elektrik xətti çəkmişdir. Həmin yüksək gərginlikli hava eliktrik xətti çox aşağıdan çəkilməklə evinin damından 2 metr hündürlükdə yerləşir. Küləkli, qarlı və yağışlı havada sallanaraq və yellənərək həmin naqillər olduqca təhlükəli vəziyyət alır. Ona görə də o və ailə üzvləri daim qorxu altında yaşamağa məcbur olurlar. Yüksək gərginlikli hava eliktrik xəttlərinin evinin üstündən aşağıdan kecməsi ailəsinə daim təhlükə yaradır, xüsusilə küləkli havada, hətta evdən çıxıb başqa yerdə yaşamağa məcbur olurlar. Cavabdehə dəfələrlə həmin naqillərin götürülməsini və yaratdıqları fermaya elektrik xəttini bir az kənardan çəkilməsini xahiş etsə də, bir nətiçəsi olmamışdır. Hətta israrla bunu tələb etdikdə bildirmişlər ki, 30.000 manat ödəsə elektrik xətlərini kənara çəkəcəklər. Yoxsa onu buradan köçürəçəklər. Bu məsələ ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinə, FHN-ə, Azərişiq” ASC-yə Azərbaycan Respublikasının Prezidentinə və başqa təşkilatlara dəfələrlə müraciətlər etmişdir. Həmin təşkilatlardan gəlib yerində baxış keçirmiş və təhlükəli vəziyyəti təsdiq etsələr də, həmin yüksək gərginlikli xəttin "xxxx" ASC-nin balansında olmadığını bildirməklə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. O, qeyd olunan evi 2002-ci ilin fevral ayında beh verməklə almış və həmin evə köçmüşdür, lakin maddi vəziyyətinin ağırlığından 7 il müddətində pul yığıb həmin evi öz adına sənədləşdirmişdir, evi çox darısqal olduğundan həyətdə yeni evin özül hissəsini tikmişdir. Maddi imkansızlıqdan həmin evi də yarımçıq qalmışdır. Bu tərəfdən də cavabdehlər ondan elektrik naqillərinin götürülməsinə görə pul tələb tələb edir, ona hədə-qorxu gəlməklə onu həmin yerdən qovmaq istəyirlər. Lakin kasıb da olsa o, da bu vətənin övladıdır, qardaşı X2 müharibəsində şəhid olmuşdur, Şəhid ailəsidir. Vətən qarşısında öz borclarını həmişə yerinə yetirmişlər. Boya-başa çatmış övladlarını evinin darısqallığından evləndirə bilmir. Yeni tikməyə başladığı evi də cavabdehlərin hədə-qorxularına görə başa çatdıra bilmir. Ona görə də cavabdehlərin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınması üçün yeganə ümüd yeri kimi məhkəməyə müraciət edir. Əvvəlki məhkəmə içlasında iştirak edərkən Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 10000 elektrik xəttinə müdaxilə edilməsi üçün Sumqayıt Elektrik Şəbəkəsindən xətt açılmalıdır. Elektrik xətləri "xxxx" MMC-yə məxsusdur. İddiaçı MMC-yə heç bir müraciət etməyib. Muraciət etsəydi, müvafiq qaydada tədbir görülərdi. Həmçinin iddiaçının evinin əvvəl mülkiyyətçisi MMC-nin işçisi olub. Həmin ərazi əvvələr boş idi, daha doğrusu, zibilxanaya çevirmişdilər . Ərazini 1995-ci ildə almışlar. Sonra Cəbrayılova təklif etmişlər ki, həmin ərazinin yaxınlığında torpaq sahəsi alsın. Bununla həm də tikililərə nəzarət etin. X7 2000.000 AZN verərək torpaq sahəsi alıb. MMC-nin ərazisində 250-lik transformator quraşdırılıb. xx.xx.2001-ci ildə isə həmin transformator müvəqqəti olaraq 63-lük transformator ilə əvəz olunub. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının yaşadığı evin və torpaq sahəsinin üzərindən cavabdehlər tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətləri cavabdehlərin hesabına sökülməlidir. Bundan başqa məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xətləri qanunvericiliyin tələblərinə uyğun çəkilmədiyindən və onun mövcudluğu təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətdiyindən cavabdehlərin hesabına başqa yerə keçirilməlidir. Bundan əlavə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının razılıq verdiyi halda, cavabdehlərin yüksək gərginlikli elektrik xəttlərini iddiaçının hesabına başqa yerə keçirə biləcəklərini bildirməklə iddianı qismən qəbul etmişdir. Beləliklə, tərəflərin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi işdə olan, o cümlədən cavabdehlərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. Belə ki, "xxxx" MMC-nin Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı məktubun surətindən görünür ki, İddiaçı həyətindən keçən 10000-lik hava elektrik xətti "xxxx" MMC-yə ("xxxx"kiçik müəssisəsinin varisidir) 1997-ci ildən məxsusdur, həmçinin bildirmişlər ki, 04 may 1995-ci il tarixində Xaçmaz rayon XDS rəyasət heyətinin çıxarışı və digər sənədlər əsasında 200*200 kv/metr ölçüdə olmaqla Xaçmaz rayonu, Bakı küçəsi, Qudyalçayın kənarında bataqlığa çevrilmiş sahə "xxxx" kiçik müəssisəsinə ayrılmış, sonradan 1996-cı ilin dekabr ayında bu sahəyə işiq xəttinin çəkilməsi üçün müəssisələri tərəfindən Xaçmaz rayon elektrik şəbəkəsinə və Xaçmaz “Azərenerji”yə müraciət olunmuşdur. Xaçmaz elektrik şəbəkəsi tərəfindən müraciətlərinə əsasən xx.xx.1997-ci il tarixində bu sahənin eliktrik enerjisi ilə təmin edilməsi üçün 219/1 saylı texniki şərt verilmiş və cəmiyyətin hesabına 250 kv-lıq (40019 kv/metr sahənin ərazisində) transformatora elektrik xətti qoşulmuşdur. Daha sonra 2021-ci il 14 sentyabr tarixində müəssisələri "xxxx" ASC-yə 10 mart 2000-ci il 12 saylı məktubun əsasında müvəqqəti olaraq sahələrində olan 250 kv-lıq transformator 63 kv-lıq transformatorla əvəz edilmişdir. Hal-hazırda işiq idarəsində abonent kodları **********8-dir. Bu dövrdə Akif Suleymanovun qeyd etdiyi Fərid Süleymanov küçəsi, 1B ünvanı boş çöllük və zibilxana idi. Tərəflərindən Akifə və onun ailə üzvlərinə dəfələrlə bildirmişlər ki, yüksək gərginlik elektrik xəttinin altında tikinti aparmaq olmaz. Hətta bu haqda xx.xx.2016-cı il tarixində məktubla Xaçmaz rayon Polis İdarəsinin rəisinə poçt vasitəsilə (qəbul ediblər xx.xx.2016-cı il tarixində) yazılı müraciət edilmiş, həmçinin bələdiyyə sədrinə şifahi olaraq iradlarını bildirmişlər. Buna baxmayaraq iddia ərizəsində Akif qeyd etmişdir ki, hətta yeni evin özül hissəsini tikmişdir, imkansızlıqdan yarımçıq qalıb, İlham, İlqar və Əsəd tikintini aparmaga maneçilik edirlər. Bildirmişdir ki, həmin trasformator ora "xxxx" MMC tərəfdən iddiaçı tərəfindən ev tikilmədən qabaq icazə ilə qoyulmuşdur. Bildirmişdir ki, qətnamədə qeyd edilmişdir ki, İlqar yəni o, izahatında bildirmişdir ki, onlar ərazini 1995-ci il tarixdə alıblar. Əslində onlar torpağı 2000-2003-cu illərdə alıblar. Həmin torpaqda tikinti 2009-cu ildən sonra olub. Bildirmişdir ki, həmin trasformator tikili orada olmamışdan da əvvəl var idi. Bilmək istəyirki, iddiaçıya 10000 lik yüksək gərginlikli kabelin altında tikintiyə necə icazə verilmişdir. Əgər həmin tikinti tikildikdən sonra trasformator oraya qoyulsaydı "xxxx" MMC tərəfindən onlar maneənin aradan qaldırılmasına etiraz etməzdilər. Lakin bu trasformator iddiaçı tərəfindən tikilən tikintidən əvvəl 10000 lik ana xətdən hava ilə işləyən yüksək gərginlik verilmişdir. Ona görə də maneə onların hesabına deyil, iddiaçının hesabına aradan qaldırılmalıdır. Hesab edir ki, qətnamə tam ədalətsizdir və rədd olunmalıdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası tərəfindən 3-cü şəxs kimi işə cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi kimi həmçinin Cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşdə iştirak edən digər şəxslər, yəni Cavabdeh1 və məhkəmə kollegiyası tərəfindən 3-cü şəxs kimi işə cəlb olunmuş "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 şəhəri Bakı küçəsi 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.2 kv.m, yaşayış sahəsi 22.1 kv.metr, köməkçi sahəsi 5.1 kv.m olan, iki otaqlı, 1 mərtəbəli, 1 B nömrəli fərdi yaşayış evini 20000 manata İddiaçı satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Xaçmaz şəhəri Bakı küçəsi ev 1B-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan Seriya MA ******* olan 0.04 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli 37136- 00368 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə əsasən X15 Yanğın Nəzarəti İdarəsi tərəfindən araşdırılaraq, müəyyən olunmuşdur ki, həqiqətən də ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri bərkidilmiş dirəklər metal borulardan ibarətdir. Həmçinin ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri təhlükəli olub, fərdi yaşayış evinin üzərindən 2 metr hündürlükdən keçməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı 01 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5nvanında yerləşən fərdi yaşayış evinin üzərindən və həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin kənara çıxarılması barədə müraciətə baxılmış və əraziyə baxış zamanı sözügedən xəttin şəxsi fermaya məxsus olduğu və "xxxx" ASC-nin balansında olmadığı məlum olmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/1580 saylı rəyindən görünür ki, İddiaçı təqdim etdiyi torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən elektirik xəttlərinin çəkildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının yaşadığı evin və torpaq sahəsinin üzərindən cavabdehlər tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərini cavabdehlərin hesabına sökülməlidir. Bundan başqa məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla əlaqəli səkildə təhlil edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xətləri qanunvericiliyin tələblərinə uyğun çəkilmədiyindən və onun mövcudluğu təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətdiyindən cavabdehlərin hesabına başqa yerə keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin özünün qeyd etdiyi kimi "xxxx" MMC-nin İddiaçı ünvanladığı 01 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5nvanında yerləşən fərdi yaşayış evinin üzərindən və həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin kənara çıxarılması barədə müraciətə baxılmış və əraziyə baxış zamanı sözügedən xəttin şəxsi fermaya məxsus olduğu və "xxxx" ASC-nin balansında olmadığı məlum olmuşdur. Həmçinin iş materiallarında olan 14 sentyabr 2001-ci il tarixli aktın surətindən görünür ki, Yardımçı təsərrüfatı qidalandıran 10 kv elektrik veriliş xəttinin sərhədi Xaçmaz elektrik şəbəkəsi tərəfindən verilmiş 219/İ saylı xx.xx.1997-ci il tarixli texniki şərtlərinə uyğun olaraq 10 kv K/Kombinat EVX-nin “İzmaylovka” budaqlanmasının qoşulma nöqtəsindən başlayaraq yardımçı təsərrüfatına qədərdir. Yardımçı təsərrüfatını qidalandıran 10 kv elektrik veriliş xəttində və 19/0.4 kv transformator yarımstansiyasında baş verə bilən hər bir qəzaya cavabdehlik və onun aradan qaldırılması "xxxx" kiçik müəssisəsinin üzərinə düşür. Buradan görünür ki, İddiaçı həyətindən keçən 10000-lik hava elektrik xətti 1997-ci ildən "xxxx" MMC-yə ("xxxx" kiçik müəssisəsinin varisidir) məxsusdur. Belə olan halda iddiaçı iddia tələbini fiziki şəxslər olan hazırkı cavabdehlərə qarşı deyil, "xxxx" MMC-yə ünvanlamalı idi, çünki əsl cavabdeh "xxxx" MMC-dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İş materiallarına əsasən iddiaçıya əsl cavabdeh məlum olsa da, iddiaçı əsl cavabdehə qarşı iddia qaldırmamış, birinci instansiya məhkəməsi isə onun bu hüququnu izah etməmişdir, apellyasiya instansiya məhkəməsində isə cavabdehin əsl cavabdehlə əvəz olunmasına yol verilmir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən MPM-nin 52.4-cü maddəsinə əsasən mübahisənin barışıq sazişi ilə həll edilməsi tərəflərə təklif edilmiş, bununla əlaqədar işdə iştirak edən cavabdehlər iddiaçının öz hesabına elektrik xəttinin kənardan çəkilməsinə razıdırlar, çünki həmin xətt "xxxx" MMC-yə məxsus olduğundan, yeni texniki şərtin verilməsi ilə bu mümkündür. Lakin iddiaçı həmin təkliflə razı olmamışdır. Mübahisələndirilən elektrik xəttinin iddiaçıya məxsus evin tikilməsindən əvvəlmi və ya sonra çəkilməsi əsl cavabdehə qarşı iddia qaldırmaqla hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(067)-106/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Eksprtizasi Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2040/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2040/2023
28.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver