Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2047/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, İddiaçı nümayəndəsi və vəkili X11, cavabdehlər X8, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi X10 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia təmin edilib, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh5 çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi mərhum X3 məxsus olmuşdur. Bu barədə ona X6 Bürosundan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. Həmin pasportdan da görünür ki, bu ev 0,25 ha torpaq sahəsində yerləşir. Cavabdeh1 həmin evi və torpaq sahəsini qanunsuz olaraq öz adına sənədləşdirmiş, torpaq sahəsinin bir hissəsini Cavabdeh3 və Cavabdeh4 satmış, həmin şəxslər də torpaq sahəsində özbaşına tikililər inşa etmişdir. İddiaçı iddiasına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı iş üzrə 17 iyul 2012-ci il qətnaməsi ilə X12 adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, onunla Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, Cavabdeh1 adına verilmiş reyestrdən çıxarış etibarsız hesab edilmişdir. Qətnamədən apelyasiya və kassasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın dövlət reyestrdən qeydin çıxarılması, çıxarışların ləğv edilməsi və alqı-satqı müqavillərinin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 2(012)- 103/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-271/2016 saylı, 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, iddia tam təmin edilmişdir. Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 həmin torpaq sahəsi və fəri yaşayış evindən çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahsəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 təəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirməklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, həmin torpaq sahəsindən və evdən çıxarılmaları, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi 19 dekabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,29-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 77.1, 82.3, 88, 106.1-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4, onun nümayəndəsi K.K.Həsənov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli, 2(102)-40/2012 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən 0,25 ha torpaq sahəsinin X12 mülkiyyətə verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-246F seriyalı 30800066 kodlu şəhadətnamə Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda 4/Ə-02-234 reyestr sayla qeydə alınmış, 14 fevral 2008-ci il tarixli torpaq sahəsinin bağışlanmasına dair müqavilə daşınmaz əmlakın dövlət reystrində 10 iyul 2010-cu il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla X2 adına verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2013-cü il tarixli, 2(105)-71/2013 saylı qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Abşeron Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2013-cü il tarixli, 2(102)-2323/2013 saylı qərarı ilə cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2013-cü il tarixli, 2(105)-71/2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 2(012)-103/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın dövlət reyestrdən qeydin çıxarılması, çıxarışların ləğv edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiası qisməm təmin edilib, X1 adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,252 ha torpaq sahəsinə aid hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində alınmış 20.07.2012-ci il tarixli **********96-10301 nömrəli xüsusi mülkiyyət hüququ haqda qeyd ləğv edilmiş, X5 ilə Cavabdeh3 arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən ümumi sahəsi o,25 ha torpaq sahəsindən 0,02 ha hissəsinə, Cavabdeh4 arasında 0,02 ha hissəsinə dair bağlanmış 06.06.2012-ci il tarixli 4Ə-03-1062 reysatr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli, 2(105)- 271/2016-cı saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş 20.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli, Cavabdeh3 adına 05.07.2012-ci il taruxli, RX seriyalı 002371 nömrəli çıxarışlar ləğv edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2016-cı il tarixli, 2(102)-6161/2016 saylı qərarı ilə cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli, 2(105)-271/2016-cı saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Abşeron Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(012)-6933/2017 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi mərhum X3 məxsus olmuşdur. Bu barədə ona X6 Bürosundan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. Həmin pasportdan da görünür ki, bu ev 0,25 ha torpaq sahəsində yerləşir. Cavabdeh1 həmin evi və torpaq sahəsini qanunsuz olaraq öz adına sənədləşdirmiş, torpaq sahəsinin bir hissəsini Cavabdeh3 və Cavabdeh4 satmış, həmin şəxslər də torpaq sahəsində özbaşına tikililər inşa etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Cavabdeh1 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,252 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi ləğv edilmişdir. Cavabdeh1la Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 06.06.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh1 verilmiş 20.07.2012-ci il tarixli **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Cavabdeh3 adına verilmiş 05.07.2012-ci il tarixli RX seriyalı ******* saylı və Cavabdeh4 adına verilmiş 05.07.2012-ci il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir. Bütün məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum X3 məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,252 ha torpaq sahəsinə İddiaçı və uşaqlarının vərədəlik hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü madədəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin araşdırlan halları ilə müəyyən edilir ki, iddiaçının tələbi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, həmin torpaq sahəsindən və evdən çıxarılmaları, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasından ibarətdir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması DƏDRX tərəfindən həyata keçirilir və cavabdehlər tərəfindən həmin hərəkətlərin həyata keçirilməsini məhdudlaşdıran və ya qeyri-müəyyən edən halların mövcud olmasını təsdiq edən hər hansı bir sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddia tələbi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması zamanı hər hansı bir ölçmə işlərinin aparılması və texniki pasportun tərtib edilməsi ilə əlaqədar nəzərdə tutulursa, iddia digər hissələrdə təmin edildiyi halda cavabdehlər tərəfindən maneənin aradan qaldırılması hissəsində iddia ərizəsinin təmin edilməsinə əsas qalmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən «ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən olunan maneə aradan qaldırılsın» hissəsində ləğv olunaraq iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 saylı qətnaməsi qismən - «ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X7, Cavabdeh2, Cavabdeh5 tərəfindən olunan maneə aradan qaldırılsın» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. İddia qismən təmin edilsin. Qətnamə - «ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh5 çıxarılsın, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 təəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılsın, fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı qanuni sahibliyinə qaytarılsın, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2047/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2047/2021
12.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver