Məhkəmə qərarları › İş №2(105)-2048/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2048/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2048/2020 28.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı Şəməddin qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Şəməddin qızının Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pulvə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2710 (iki min yeddi yüz on) manat məbləğində pul vəsaitininİddiaçı Şəməddin qızının xeyrinə tutulması qət edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Şəməddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2680 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, maddi imkanı pisləşdiyi üçün "Dellora” mebel salonundan kreditlə almış olduğu yeni və istifadə olunmamış mebel əşyalarını satmaq qərarına gəlmişdir. Bir müddət soraqlaşdıqdan sonra mebel salonu işlədən və tanışlıq zamanı özünü ona Xuraman xanım kimi təqdim edən və bu mübahisə ilə əlaqədar 2018-ci ilin iyun ayında polisə şikayət edənə kimi adını Xuraman kimi bildiyi Cavabdeh ilə tanış olmuş və sonuncu həmin mebelləri öz mebel salonuna yerləşdirərək satmağa razı olmuşdur. Cavabdehi tanışı Hidayət vasitəsilə tanımışdır. 2017-ci ilin avqust ayında istifadə olunmamış bir ədəd yumşaq künc divanını, üç ədəd kreslonu, bir ədəd “Yaprak” modelli divanı və bir “jurnalnı” stolunu maşına yükləyib Cavabdeh Xırdalan şəhəri ərazisində işlətdiyi mebel mağazasına aparmışlar. Mebellər mağazaya yığıldıqdan sonra o, mağazaya gəlmiş və Cavabdeh mebelləri bəyəndiyi üçün onları bir aya satıb, ona 3500 manat pul verəcəyinə söz vermişdir. Lakin, 3-4 gün sonra o, həmin mebel mağazasına gedib Cavabdeh ilə görüşdükdə, sonuncu şərtini dəyişmiş və ona bildirmişdir ki, mebelləri 10 günə satıb ona 3000 manat pul verəcəkdir. O, buna razılaşmış və 10 günlük müddəti gözləmişdir. Həmin müddət bitdikdən sonra o, mağazaya getdikdə Cavabdeh künc divanını və kreslonun birini satdığını və kreslonun birini isə istifadə etmək üçün özü götürdüyünü bildirərək, ona 300 manat məbləğində pul vermiş və mebellərin hamısını satdıqdan sonra onunla tam hesablaşacağına söz vermişdir. Yəni, Cavabdeh onu əmin etmişdir ki, razılaşmış olduqları 3000 manat pulun qalan hissəsini mebellərin hamısını satdıqdan sonra verəcəkdir. Lakin, bundan sonra o, dəfələrlə mağazya gedərək, pulunu tələb etmiş olsa da, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən yayınmış və yalnız bir dəfə ona əlavə olaraq 20 manat məbləğində pul vermişdir. Bundan sonra isə Cavabdeh qəfildən işlətdiyi mağazanı bağlayıb, mebelləri başqa yerə aparmış və bir daha o, öz satılmamış mebellərini görməmişdir.Beləliklə də, 2017-ci ilin payızından o, Cavabdeh mebellərini və yaxud borclu qalmış olduğu 2680 manat pulu istəsə də, sonuncu onunla görüşdən yayınmağa və müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən və yaxud mebelləri qaytarmaqdan boyun qaçırmışdır. O, dəfələrlə cavabdehin oğlu Əhmədlə telefon danışıqları aparsa da, müxtəlif bəhanələrlə onun pulunun ödənilməsindən və yaxud mebellərinin qaytarılmasından boyun qaçırılmışdır. 2018-ci ilin iyun ayında Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. xx xxxx 2018-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş vəonahəmin məsələ ilə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, bundan sonra da dəfələrlə əlaqə saxlamağa çalışsa da, Cavabdeh mebellərini qaytarmamış və yaxud razılaşmış olduqları pulu ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Xırdalan şəhəri ərazisində mağaza icarəyə götürərək mebel satışı ilə məşğul idi. Təxminən 2 il bundan öncə hazırkı iş üzrə İddiaçı Şəməddin qızı onun işlətdiyi mebel salonuna gələrək, ona yeni və işlənməmiş Türkiyə istehsalı olan divan, kreslo və stol olduğunu bildirərək, mağazasında həmin əşyaları satıb pulunun ona verilməsini xahiş etmişdir. O, İddiaçı Şəməddin qızı ilə razılaşmış və buna görə də, iddiaçının xahişi ilə öz ustalarını və maşınını göndərərək, həmin mebelləri mağazaya gətirtmişdir. Afət isə fəhlə və maşının pulunu mebellər satıldıqdan sonra verəcəyini vəd etmişdir. O, mağazaya gətirildikdə mebellərin tamamilə köhnə və demək olar ki, yararsız vəziyyətdə olduğunu görərək, dərhal Afətə zəng vuraraq, mebellerin Türk malı və təzə mebellər olmadığını bildirmişdir. Afət isə ona telefonda yalvararaq kirayədə yaşadığını, həmin evdən çıxdığını və mebelləri qoymağa yeri olmadığını bildirərək, mebelləri salona yerləşdirməyi və əgər müştəri olarsa dəyər-dəyməz qiymətə satmağı xahiş etmişdir. Eyni zamanda iddiaçı yeni ev axtardığını və əgər mebelləri sata bilməsə, yeni evə köçdükdən sonra mebelləri ondan geri götürəcəyini bildirmişdir. O, həmin mebellərdən künc divanı və bir kreslonu 320 manata sataraq, həmin pulu Afətə vermişdir. Mağazanın bağlanması və başqasının sahibliyinə verilməsi səbəbindən Afətə gəlib əşyaları götürməsini bildirdikdə isə, Afət yeri olmaması bəhanəsini gətirərək, gəlib əşyaları götürməmişdir. Bir neçə aydan sonra mağazanın sahibi ona zəng vuraraq mağazanı başqa şəxslərə kirayəyə verdiyini və burada qalan əşyaların aparılmasını istəmiş və bu barədə o, yenə Afətə xəbər vermiş olsa da, Afət gedib mebellərini götürməmişdir. Hələ də mebellərini götürməmişdirsə, buna cavabdeh deyildir. İddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı Şəməddin qızıapelyasiya şikayətini qəbul etmədiyini bildirdi və təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Şəməddin qızının ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mebelləri 3000 manata satmağa razılaşmış, lakin mebellərdən yalnız 320 manata 1 divan 2 kreslo satmışdır. İşdə olan alqı-satqı müqaviləsindən məlum olur ki, yumşaq künc divanı – 1650 manat, 2 ədəd kreslo – 350 manat biri olmaqla, 700 manat, jurnalnı stol – 450 manat, divan – 1150 manat olduğu qeyd edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətitəmin edilməməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müəyyən edir ki, tərəflərin şifahi razılaşması əsasında iddiaçı bir ədəd yumşaq künc divanını, üç ədəd kreslonu, bir ədəd “Yaprak” modelli divanı və bir ədəd “jurnalnı” stolu cavabdehin mağazasına yerləşdirmiş, mebellərin satışından 320 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Onlar hər ikisi təsdiqləyirlər ki, mebellərin dəyərini 3000 manata razılaşmışlar. İddiaçı qalan pulu tələb edir, cavabdeh isə qalan mebelləri satmadığını, icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təhvil verdiyini və iddiaçıdan qalan mebelləri gedib götürməsini tələb etsə də o, mebellərini götürmədiyini, həmin mebellərə görə isə onun məsuliyyət daşımadığını bildirir. Cavabdeh apelyasiya şikayətində onun tərəfindən iddiaçıya məxsus mebelləri 3000 manat alması barədə ifadə işlətmədiyini bildirib bunu inkar etsə də, iş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında mebelləri 3000 manata satmağa razılaşdıqlarını, lakin mebellərdən yalnız 320 manata 1 divan 2 kreslo satdığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yenə də həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin bəlli halları təsdiq edir ki, cavabdeh qalan mebelləri iddiaçıya qaytarmamış, nə də ki razılaşdığı kimi qalıq 2680 manatı iddiaçıya ödəməmişdir. Başqa sözlə cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya dəlilləri cavabdeh tərəfindən sübut edilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilməmişdir. AR MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha öncə qeyd olunduğu kimi cavabdeh öz dəlilləri ilə bağlı izahatından başqa, yanaşı yoxlanılması və qiymətləndirilməsi üçün məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin hazırki izahatı ilə polisdə araşdırma aparılarkən verdiyi izahatları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, cavabdehin hazırki izahatı daha çox özünü müdafiə xarakteri daşıyır. Polisdə araşdırma aparılarkən verilmiş ilkin izahat işin faktiki hallarına daha çox uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası Cavabdeh Abşeron rayon Polis İdarəsində verdiyi izahatını daha ağlabatan və inandırıcı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsininiddianı təmin etməklə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formadatəmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə tam ləğv edilə bilməz. Məhkəmə kollegiyası, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizə kimi qiymətələndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin tələb edildiyi kimi qanuni və əsaslı olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2259/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar