Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2052/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əzı̇ zağa oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və X7 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Əzı̇ zağa oğlunun Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(060)-3374/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat və 20000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, həmçinin vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 840 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla 20 ay işləmədiyi aylar üçün 16800 manat pulun, aylıq dolanışıq üçün götürdüyü 9100 manat kredit pulu olmaqla, cəmi 53900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 sentyabr 2021-ci il tarixdə saat 23:00-da “BC” kateqoriyalı, AC 245676 seriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia R3 markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyində hərəkətdə olarkən “STP” zavodunun yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni ötmə əməliyyatı edib əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hərəkət hissəsinin sol kənarında dayanmış vəziyyətdə olanda onu vurmuş, nəticədə ona ehtiyatsızlıqdan sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, dizaltı arteriyanın və əzələ sinir dəstəsinin kəsilməsi, sağ aşağı ətrafın budun aşağı 3-də bir səviyyəsindən travmatik amputasiyası, təpə nahiyəsinin əzilmiş yarası, QKBT və baş beyin silkələnməsi, sol təpə-ənsə nahiyəsinin yarası kimi dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ağır zərəvurmaya aid xəsarət yetirərərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlar cavabdehin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs-onun ifadəsi, digər şahid ifadələri və ekspert rəyi ilə təsdiq olunmuşdur. Sumqayıt şəhər Pİ-nin İŞ-nin 03 mart 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə” Qərarından da göründüyii kimi “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında’' Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən amnistiya tətbiq olunaraq Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Bildirir ki, qanunun tələbinə əsasən cavabdeh cinayət məsuliyyətindən azad edilsə də, ona vurulmuş ziyan ona ödənilməmişdir. O, hal-hazırda İİ qrup əlildir və onu əlil olduğu üçün işə götürmürlər. Aylardır ki, 3 azyaşlı övladlarını, ailəsini saxlaya bilmir. Onları dolandırmaq üçün qəzadan sonra məcbur qalıb həm öz, həm də həyat yoldaşının adına 9100 manat məbləğində kreditlər götürmüşdür. Gündəlik xərclərini ödəmək üçün başqa yolu yoxdur, bir dəfə də olsun maraqlanmayıblar ki, onun ailəsi nə yeyib-içir, necə dolanırlar. Ona görə də məcbur qalıb bu gün bu iddia ilə məhkəməyə müraciət edir. Ayağı qəza ilə əlaqədar amputasiya olduğundan iş üçün hara müraciət edirsə də onu qəbul etmirlər. Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olması müəyyən edilmişdır. Bu hadisə 2021-ci il sentyabr ayında baş vermişdir, həmin aydan bu günə kimi də o və ailəsi maddi təminatsız qalmışdır, həmin hadisədən bu günə kimi 20 ay keçmişdir. Bu isə orta aylıq əmək haqqına əsasən 20x840=16800 manat edir. Bundan başqa onu da qeyd edir ki, baş vermiş yolnəqliyyat hadisəsi ona və ailəsinə böyük sarsıntı yaşatmışdır. Həm o, həm həyat yoldaşı, övladları, həm də digər ailə üzvləri psixi iztirab keçirtmişlər, nəticə etibarilə də sağlamlıqlarına ziyan vurulmuşdur. Ona görə də bu gün o, məhkəmə qaydasında mənəvi ziyana görə də kompensasiya tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 16.08.2022-ci il tarixli, BPM**********43 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankın Sumqayıt filialı tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir.
5. 04.03.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sağ budunun aşağı 1/3 amputasiyasından sonrakı vəziyyəti güdülür.
6. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. 3796nkSUMb/23 saylı Kredit Müqaviləsinə 2 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən X1 35 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir.
8. Sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ümümi xəstəlik əsası ilə İİ qrup əlildir və 180 manat müavinət alır.
9. AZ-İİİ 132761 saylı, AZ-İİİ 132748 saylı, AZ-İİİ 185570 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013- cü il təvəllüdlü X6 üç uşaqları anadan olmuşdur.
10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, Cavabdeh İddiaçı səhhəti ilə bağlı dəymiş ziyana görə 6000 manat pul (kompensasiya) ödəməyi öhdəsinə götürmüş, İddiaçı götürülmüş öhdəliyin əvəzi olaraq Cavabdeh qarşı heç bir şikayət etməyəcəyini, məhkəmə iddiası olmadığını və gələcəkdə də bununla bağlı məhkəməyə və istintaq orqanalarına müraciət etməyəcəyini öz üzərinə götürmüşdür.
11. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarına əsasən İddiaçı ümümi xəstəlik əsası ilə İİ qrup əlildir və 220 manat pensiya alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(060)-3374/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1, 1119.1, 1119.3, 21, 1096.1 və 1096.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(060)- 3374/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı Əzı̇ zağa oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin işə baxmasından narazıdır. Guya Ruslan ona 6000 manat pul verib notariat qaydada. Halbuki o, pul verməyib, onu aldadıb barıṣıq ərizəsi adı ilə qol çəkməyi xahiṣ etmişdir. Notariusda qol çəkiləndə 6000 manatı ona şəxsən verilməyib. O, 1 həftə olar ki, xəstəxanadan çıxmışdır, özündə olmamıdır. Onun 3 az yaşlı övladı var, onları dolandırmaq ücün yoldaşı da, o da bankdan pul götürmüşlər, ailəni dolandırmaq üçün özü də hara gedir ayağı olmadığı ücün heç kim işə götürmür. Məşğuluğa müraciət etmiş və demişlər ki, sizə uyğun iş yoxdur. Cavabdeh barışıq ərizəsinə qol cəkdirəndən sonra bir dəfədə olsun nə onunla, nədə uşaqları ilə maraqlanmayıb ki, o, bu adamı şikəst ədib, 3 az yaşlı usaqla nə yeyib, nə icir. O, istəyir ki, hamının uşaqları kimi onun da balaları yaxşı olsunlar. Onlar onun ayağının kəsilməyinə görə, işləmədiyinə görə, maddi durumunun pis olduğuna görə sarsıntılar keçirirlər. Bankın kreditini verə bilmədiyi üçün evini satmışdır. Uşaqlarının 3-ü də məktəbə gedirlər. 2-si 6-ci sinfə, 1-i də 4-cü sinfə. Onları dolandırmaq üçün heç cür imkanı yoxdur. Ayağı yenidən əməliyyat olunmalıdır, yenidən kəsilməlidir. Protez geyinə bilmir, imkanı olmadığı üçün həkim yanına gedə bilmir. Protezini mərkəzdən həkimlər şifahi baxıb demişlər ki, ayağı yenidən əməliyyat olunmalıdı ki, protez geyinə bilsin. İmkanı olmadığından həkim yanına gedə bilmir. Məhkəmənin qərarında qeyd edilir ki, Cavabdeh guya hər xəstəxanaya yanına gələndə ona 300-400 manat pul vermişdir. Belə bir şey olmayıb, xəstəxanada xərclərin 3700 manatını o çəkib, 1000 manat damar həkiminə vərilib, 1700 manat da ayağı kəsiləndə həkimə verilib, qalan sistemlərin, iynələrin, başqa ləvazimatlara 1800 manat şəxsən oz cibindən yanına gələn qohumlar, dostların verdiyi pulnan cəkmişdir. Məhkəmənin video görüntüsü də, səs yazısı da var. Ona 6000 manat ödənilməyib. Ayağı bələ olmamışdan qabaq maşın ustası kimi yeznəsinin yanında işləmiş, aylıq 500 manat pul almışdır. Məhkəmə ən azından onu nəzərə almalı idi ki, o, bu qəza nəticəsində ayağını itirmişdir və onun ayağı, sağlamlığı, işləmə qabiliyyəti bir də geri qayıtmayacaq. Ona görə də işə daha ədalətli və qanuni yanaşılmalı idi. Məhkəmə qeyd edir ki, “Dadaşov X4 Ruslan Ədalət oğlu ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Sazişlə onun sağlamlığına dəymiş ziyanı 6000 manat məbləğində qiymətləndirmiş və ona həmin məbləğdə kompensasiya ödənilməsinə razılaşmışdır. Həmin vaxtdan keçən müddət ərzində iddiaçı səhhəti ilə əlaqədar əlavə xərclər çəkməsi, məsələn əlavə müalicə alması, hadisə ilə əlaqədar sağlamlığına vurulmuş ziyan nəticəsində yeni xəstəliklərə yoluxması, reabilitasiya xərcləri, o cümlədən sağlamlığının bərpası üçün bankdan kredit götürməsi və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddaçının xeyrinə müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə 16800 manat pul tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı işləmədiyi aylara görə cavabdehdən hər ay 840 manat əmək haqqı tutulmasını tələb etsə də, hadisə baş verməmişdən qabaq sözügedən məbləğdə qazancı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir”. Məhkəmənin bu gəldiyi nəticə ilə bağlı onu bildirir ki, aralarında elə bir razılaşma olsa da, ona həmin məbləğdə pul ödənilməsini təsdiq edən heç bir sübut etiraza, iş materiallarına əlavə edilməmişdir. Müqaviləni bağlamağı, razılığa gəlməyi ona həmin məbləğdə pul ödənilməsini təsdiq etmir. Bankdan kredit götürməyi ilə bağlı isə kredit müqavilələrini məhkəməyə təqdim etmişdir. Məhkəmənin maaşla bağlı gəldiyi nəticə ilə bağlı isə onu bildirir ki, bu gün hər kəsin iş yeri rəsmi deyil və hər bir halda o, bu 3 övladını, ailəni dolandırmaq üçün əlbəttə ki, işləmiş, ən azı məhkəmə bu halları nəzərə almalı, bu günkü orta aylıq əmək haqqına uyğun olaraq, ən azında aylıq minumum ehtiyac meyarını nəzərə alaraq ona vurlmuş ziyanı hesablamalı idi. Göründüyü kimi, məhkəmə bütün bu qeyd edilmiş halları nəzərə almamış, yalnızca cavabdehin dediyi, etiraz kimi məhkəməyə bildirdiyi halları nəzərə almışdır. Məhkəmə yalnızca cavabdehin dediyi ifadəni əsas götürərək qətnaməni demək olar ki, həmin ifadələrlə əsaslandırmış, qətnaməni başqa bir mötəbər dəlillərlə əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə tərəflərin hüquq bərabərliyini, çəkişmə, ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuş və bir tək cavabdehə və onun nümayəndəsinin vərdiyi ifadəyə önəm vermişdir. Məhkəmənin özünün də qətnamədə istinad etdiyi qanunvericiliyin müvafiq normaları iddianın təmin edilməsinə yönəlik olsa da, qanunu düzgün qeyd etməkdə səhv nəticəyə gəlmiş, işinə düzgün hüquqi qiymət vərməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçı Əzı̇ zağa oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, çəkilmiş xərclərə görə 6000 manat ödəyib. Hazırda heç bir yerdə işləmir, qazancı, gəliri yoxdur. Bununla belə çəkilmiş xərclərə görə pul tələbi hissədə iddianı qismən qəbul edir, 500 manat iddiaçıya ödəyə bilər. Qalan hissədə iddiaya etiraz edir, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
23. Göründüyü kimi iddia 4 tələbdən : 1) iddiaçının müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat; 2) 20000 (iyirmi min) manat mənəvi zərər; 3) vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 840 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla 20 ay işləmədiyi aylar üçün 16800 manat və 4) aylıq dolanışıq üçün götürdüyü 9100 manat kredit pulunun əvəzinin cavabdehdən tutulmasında ibarətdir.
24. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Dadaşov X4 Ruslan Ədalət oğlu ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Sazişlə onun sağlamlığına dəymiş ziyanı 6000 manat məbləğində qiymətləndirmiş və ona həmin məbləğdə kompensasiya ödənilməsinə razılaşmışdır. Həmin vaxtdan keçən müddət ərzində İddiaçı səhhəti ilə əlaqədar əlavə xərclər çəkməsi, məsələn əlavə müalicə alması, hadisə ilə əlaqədar sağlamlığına vurulmuş ziyan nəticəsində yeni xəstəliklərə yoluxması, reabilitasiya xərcləri, o cümlədən sağlamlığının bərpası üçün bankdan kredit götürməsi və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddaçının xeyrinə müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir.
25. Apellyasiya araşdırması zamanı cavabdeh ərizə təqdim edərək həmin hissədə iddianı qismən qəbul etdiyini, iddiaçıya 500 manat ödəyəcəyini bildirdi.
26. Azərbaycan Respublikası MPM-nin: Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə iddianı etiraf kimi qəbul edilməli, etirafın qanunun tələblərinə zidd olmaması, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmaması nəzərə alınaraq cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın həmin hissədə qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
28. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçıya vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə 16800 manat pul tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı işləmədiyi aylara görə cavabdehdən hər ay 840 manat əmək haqqı tutulmasını tələb etsə də, hadisə baş verməmişdən qabaq sözügedən məbləğdə qazancı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddaçının xeyrinə 16800 manat pul tutulması hissəsində də təmin edilməməlidir.
29. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, aylıq dolanışıq üçün götürülmüş 9100 manat kredit pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
30. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməldir.
31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ciddi ziyan dəymiş, iddiaçının ayaqlarından biri amputasiya olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının səhhətinə dəymiş sözügedən xəsarət nəticəsində onun stres, mənəvi sarsıntı və iztirab keçirməməsi mümkün deyil. Lakin məhkəmə hesab edir ki, mənəvi ziyana görə iddiaçının iddia etdiyi məbləğdə (20000 manat) pul ödənilməsi ağlabatan hesab oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
33. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(060)-3374/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Əzı̇ zağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(060)-3374/2023 nömrəli qətnaməsi qismən - müalicə üçün faktiki olaraq xərclənmiş 8000 manat pulun təmin edilməməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh çəkilmiş xərclərə görə 500 (beş yüz) manat alınaraq İddiaçı Əzı̇ zağa oğluna ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.