Məhkəmə qərarları › İş №2(105)-2053/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2053/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2053/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri cəmi 35.742,23 manat məbləğində pul vəsaitinin 50 faizinin, 17.871,11 manat hissəsinin Cavabdeh tutularaq, İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri ümumi 37507,68 (otuz yeddi min beş yüz yeddi manat altmış səkkiz qəpik) manat pulun 50%-i yəni 18753,84 (on səkkiz min yeddi yüz əlli üç manat səksən dörd qəpik) manat hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinə əlavə verərək göstərmişdir ki, 2013-cü ildə “xxxxxxx” KB ASC-yə qoyduğu 3000 manat pulu hesablanmış faiz məbləği ilə birlikdə 4807,68 manat pulu xx xxxx 2014-cü il tarixdə, hesablarına qoyduqları 14.400 manat pulu xx xxx 2015-ci il tarixdə hesabdan çıxararaq cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzillərində saxlamışlar. Bundan başqa, xx xxx 2016-cı il tarixdə Bank VTB (Azərbaycan) ASC-nin Xırdalan filialında depozit hesabına qoyaraq xx xxxxxx 2016-cı il tarixdə hesabından çıxardığı 3700 manat pulu evlərində saxlamışlar. Bundan başqa, cavabdehlə birgə qazancları hesabına əldə etdikləri 11.600 manat pullarını “xxxxxxx” KB ASC-yə cavabdehin adına olan depozit hesabına qoyaraq həmin pulu da depozit hesabından çıxarıb evdə saxlamışlar. Həmin depozitin 5000 pulun 550 manat faizi olub, 6600 depozit pulun faizi 684,55 manat olub. Göstərilən depozit pulun və faizin hesablanaraq, cəmi 35.742,23 manat birgə nikah dövründə əldə edilmiş pul vəsaiti olduğundan həmin pulun 50%, yəni 17.871,11 manat hissəsinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə rəsmi qaydada nikaha daxil olmuş, nikahları Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 897/2018 №-li qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə İddiaçı adına “xxxxxxx” Kommersiya Bankı ASC-yə xx.xx.2013-cü ildə 3000 manat, xx.xx.2014-cü ildə 14400 manat, “Bank VTB (Azərbaycan)” ASC-yə xx.xx.2016-cı ildə 2000 manat, xx.xx.2016-cı ildə 1700 manat; onun adına “xxxxxxx” Kommer¬siya Bankı ASC-yə xx.xx.2014-cü ildə 5000 manat (faiz gəliri 550 manat), xx.xx.2014- cü ildə 6600 manat (faiz gəliri 684,55 manat) məbləğində əmanətlər qoyulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflərin birgə nikah döv¬ründə müvafiq banklardakı depozit hesablarına pul vəsaitləri qoymaları, həmin pulların hesabdan məxaric edilənədək hesablanmış faizləri ilə birlikdə cəmi 35742,23 manat məbləğində olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, İddiaçı adına “xxxxxxx” Kommersiya Bankı ASC-yə xx.xx.2013-cü ildə qoyulmuş 3000 manat əmanət xx.xx.2014-cü ildə, xx.xx.2014-cü ildə 14400 manat əmanət xx.xx.2015-ci ildə, “Bank VTB (Azərbaycan)” ASC-yə xx.xx.2016-cı ildə qoyulmuş 2000 manat və xx.xx.2016-cı ildə qoyulmuş 1700 manat əmanət xx.xx.2016-cı ildə; onun adına “xxxxxxx” Kommersiya Bankı ASC-yə xx.xx.2014-cü ildə qoyulmuş 5000 manat əmanət xx.xx.2015-ci ildə və xx.xx.2014-cü ildə qoyulmuş 6600 manat əmanət isə xx.xx.2015-ci ildə əmanət hesablarından çıxarılmışdır. Göründüyü kimi, əmanət məbləğləri tərəflər arasında nikahın pozulmasına 3 il yarım - 2 il 2 ay qalmış əmanət hesablarından çıxarılmışdır. İddiaçı iddia ərizəsində həmin pul vəsaitlərinin onuna birgə yaşadığı evdə saxlanıldığını, xx.xx.2017-ci ildə tərəfindən döyülərək evdən qovulduğunu və bu zaman pulun ona çatan hissəsini götürə bilmədiyini göstərmişdir, o, isə iddiaya etiraz edərək həmin vəsaitlərin nikah dövründə ailənin ümumi xərclərinə sərf olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlər - tərəflərin birgə nikah dövründə müvafiq banklardakı depozit hesablarına pul vəsaitləri qoymaları, həmin pulların hesabdan məxaric edilənədək hesablanmış faizləri ilə birlikdə cəmi 35742,23 manat məbləğində olmasının işin mübahisəsiz halı olması və işin bu faktiki halının cavabdehin özünün də mübahisələndirməməsi hazırkı işdə iddianın sübut olunması kimi qiymətləndi¬rilə bilməz. Belə ki, mübahisə 35742,23 manat pulun birgə nikah dövründə əmanət kimi qoyulub-qoyulmaması ilə deyil, həmin məbləğin iddiaçı xx.xx.2017-ci ildə onunla birgə yaşadığı evi tərk edərkən onda qalması ilə bağlıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edirək, onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edirək göstərdi ki, Cavabdeh ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2013-cü il təvəllüdlü Amil, 2014-cü il təvəllüdlü Emil adlı uşaqları anadan olmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra onun anası X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçərək orada yaşamışdır. Cavabdehlə ailə qurduqdan sonra ailə münasibətləri ilk əvvəllər normal olmuş, hər ikisi işləmiş, birgə qazancları olmuşdur. Lakin cavabdeh xasiyyətində baş verən dəyişiklik nəticəsində onu döyməyə və alçaltmağa başlamışdır. Hətta cavabdehin onu bir neçə dəfə döyməsi ilə bağlı tərəfindən Abşeron rayon Polis İdarəsinə müraciətləri olmuş, lakin cavabdehin münasibətin normallaşacağı ilə bağlı verdiyi sözlər nəticəsində şikayətlərini geri götürmüşdür. Sonuncu dəfə cavabdehin onu döyməsi nəticəsində yenidən Abşeron RPİ-nə müraciət etmiş, Abşeron RPİ-nin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdehin barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. 2017-ci ildə cavabdehin təzyiqlərindən, döyməsindən artıq son həddə çatdığından cavabdehlə aralarında olan nikahın pozulması ilə bağlı iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək onun yanımda qalması və uşaqların saxlanması üçün aliment müəyyən edilmişdir. Ailə qurduqdan sonra cavabdehlə razılaşaraq hər ikisi aldığı əmək haqqlarını və digər gəlirləri toplamaq qərarına gəlmişlər, o, xx xxxx 2013-cü il tarixdə ilkin olaraq 3000 manat və xx xxxxx 2014-cü il tarixdə 14.400 manat pullarını “xxxxxxx” KB ASC ilə bağlanmış müqaviləyə əsasən bankda depozit hesabına köçürmüşdür. 2013-cü ildə cavabdeh “xxxxxxx” KB ASC-nin bağlanacağı barədə insanlar arasında söz-söhbətlərin olduğunu deyərək bankda hesabına qoyduğu pulları bankdan götürərək yaşadığı evdə saxlamalarını təklif etmiş, o, da razılaşaraq xx xxxx 2013-cü il tarixdə ilkin olaraq hesabla qoyduqları 3000 manat pulu xx xxxx 2014-cü il tarixdə hesablanmış faiz məbləği ilə birlikdə 4807,68 manat olaraq bankdan götürmüş, lakin hesaba qoyduqları 14.400 manat pulu bankla aralarında bağlanmış müqavilə tələblərinə əsasən xx xxx 2015-ci il tarixdə çıxarılması mümkün olduğu üçün həmin tarixdə hesabdan çıxararaq cavabdehlə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzillərində saxlamışları. Bundan əlavə, onun adına 3700 manat pulu xx xxx 2016-cı il tarixdə Bank VTB (Azərbaycan) ASC-nin Xırdalan şəhər filialında depozit hesabına qoyaraq xx xxxxxx 2016-cı il tarixdə həmin 3700 manat pulu da hesabdan çıxararaq evdə saxlamışlar. Bundan başqa, cavabdehlə birgə qazancı hesabına əldə etdiyi 11.600 manat pullu “xxxxxxx” KB ASC-də cavabdehin adına olan depozit hesabına qoyaraq həmin pulu da depozit hesabından çıxararaq evdə saxlamışlar . xx xxxxxxxx 2017-ci il tarixdə axşam saatlarında işdən gəldikdən sonra cavabdeh birlikdə yaşadıqları evə gələrək qısqanclıq zəminində kobud şəkildə onu döymüş, uşaqlar ilə birlikdə onu evdən qovmuşdur. nəinki birgə nikah dövründə qazandıqları pulun ona çatan hissəsini götürmək, heç özünün və övladlarınmın şəxsi geyim əşyalarını belə evdən götürə bilməmişdir. Çünki cavabdeh onu yaşadıqları binanın pilləkənlərindən sürüyərək evdən çıxarmışdır. Bununla bağlı Abşeron RPİnə müraciət etmiş, çünki cavabdehin onu döyməsi ilə bağlı hadisələr artıq dözülməz həddə çatmışdı. Abşeron RPİ-nin xx xxxxxxxx 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən onun barəsində İXM-nin 157-ci maddəsi ilə tədbirlər görülməsi üçün Abşeron RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, İŞ-si qeyd olunan İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən cavabdehin barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdehlə ailəli olduqları müddət ərzində birgə qazanc hesabına əldə etdiyi pullar bir yerdə cəmləşərək özləri üçün Abşeron rayonu ərazisində həyətyanı fərdi yaşayış evi almaq məqsədi daşıyırdı. Lakin cavabdeh həmin pulları mənimsəyərək pulu ona qaytarmaqdan qərəzli boyun qaçırır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının, cavabdeh və nümayəndəsiunin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “xxxxxxx” KB ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı adına açılmış xx xxxx 2013-cü il tarixli D0000137 nömrəli depozit müqaviləsi üzrə hesabına 3000 manat pul, xx xxxxx 2014-cü il tarixli D0000320 nömrəli depozit müqaviləsi üzrə hesabına 14.400 manat pul mədaxil edilmiş, xx xxxx 2014-cü il tarixdə 3000 manat pulu, xx xxx 2015-ci il tarixdə 14.400 manat pulu hesabdan çıxarmışdır. İş materiallarında olan xxxxxxx” KB ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı adına açılmış xx xxxx 2013-cü il tarixli hesabdan xx xxxx 2014-cü il tarixdə 4807,68 manat pul çıxarılmışdır. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı adına açılmış xx xxx 2016-cı il tarixli AZ67VTBA**********2915AZN001 nömrəli depozit müqaviləsi üzrə hesabına 2000 manat pul, xx xxxx 2016-cı il tarixdə 1700 manat pul mədaxil edilmiş, xx xxxxxx 2016-cı il tarixdə cəmi 3700 manat pulu hesabdan çıxarmışdır. İş materiallarında olan “xxxxxxx” KB ASC-nin xx xxxx 2019-cu il tarixli HD/4038 nömrəli məktubundan görünür ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında xx xxxxx 2013-cü il tarixdə faizləri hər ay ödənilmək şərti ilə xx xxxxx 2014-cü il tarixədək D0000075 nömrəli əmanət müqaviləsi bağlanmışdır. Əmanətin məbləği 12.000 manat təşkil edib. Cavabdeh 12 ay ərzində hər ay 120 manat götürməklə həmin əmanət müqaviləsi üzrə faiz gəliri 1440 manat olub. Bankla Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə faizləri ilin sonunda ödənilmək şərti ilə xx xxxx 2015-ci il tarixədək D0000372 nömrəli əmanət müqaviləsi bağlanılıb. Əmanətin məbləği 5000 manat təşkil edib. Cavabdeh həmin müqavilə üzrə faiz gəliri 550 manat olub. Bankla Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə faizləri ilin sonunda ödənilmək şərti ilə xx xxxxxx 2015-ci il tarixədək D0000480 nömrəli əmanət müqaviləsi bağlanılıb. Əmanətin məbləği 6600 manat təşkil edib. Cavabdeh həmin müqavilə üzrə faiz gəliri 684,55 manat olub. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)- 897/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Şirəliyeva (Babayeva) İradə Cəlal qızı arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx xxxxxx 2013-cü il təvəllüdlü X9 və xx xxxxxx 2014-cü il təvəllüdlü X10 anaları İddiaçı Cəlal qızının yanında qalmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa 136 manat, cəmi 273 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı Cəlal qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon X7 şöbəsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cəlal qızının xx xxxxxxxx 2017-ci il tarixdə boşanma ərəfəsində olduğu əri Cavabdeh tərəfindən döyülməsi barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbirlər görülməsi, habelə onların arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq məqsədi ilə münaqişəli ailə kimi qeydiyyata alınıb, qabaqlayıcı profilaktik söhbətlər aparılması üçün qərarın aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh xx xxxx 2012ci il tarixdə rəsmi nikah qeyd etdirmələrini, onların birgə yaşadığı dövrdə iki uşaqları doğulmasını, ailə münasibətlərinin pozulması nəticəsində tərəflərin ayrılmasını, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulmasını, tərəflərin birlikdə yaşadıqları müddətdə “xxxxxxx” KB ASC-də İddiaçı adına açılmış xx xxxx 2013-cü il tarixli D0000137 nömrəli depozit müqaviləsi üzrə hesabına 3000 manat pul, xx xxxxx 2014-cü il tarixli D0000320 nömrəli depozit müqaviləsi üzrə hesabına 14.400 manat pul mədaxil edilməsini, xx xxxx 2014-cü il tarixdə hesablanmış faizlə birlikdə 4807,68 manat pulu, xx xxx 2015-ci il tarixdə 14.400 manat pulu hesabdan çıxarmalarını, “Bank VTB (Azərbaycan)” ASC-də İddiaçı adına açılmış xx xxx 2016-cı il tarixli AZ67VTBA**********2915AZN001 nömrəli depozit müqaviləsi üzrə hesabına 2000 manat pul, xx xxxx 2016-cı il tarixdə 1700 manat pul mədaxil edilməsini, xx xxxxxx 2016-cı il tarixdə cəmi 3700 manat pulu hesabdan çıxarmalarını,. “xxxxxxx” KB ASC-də Cavabdeh adına açılmış xx xxxx 2014-cü il tarixli D0000372 nömrəli depozit müqaviləsi üzrə hesabına 5000 manat pul mədaxil edilməsini, həmin müqavilə üzrə faiz gəlirinin 550 manat olmasını, “xxxxxxx” KB ASC-də Cavabdeh açılmış xx xxxxxx 2014-cü il tarixli D0000480 nömrəli depozit müqaviləsi üzrə hesabına 6600 manat pul mədaxil edilməsini,, həmin müqavilə üzrə faiz gəlirinin 684,55 manat olmasını, hazırda iddiaçının ayrıldığı cavabdehlə birgə nikah dövründə əldə etdikləri pul vəsaitinin 50 faizinin alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, 37.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticəni əsaslı saymır. Belə ki, iddiaçı cavabdehlə bigə nikah banka ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul qoyulmasını, daha sonra isə həmin pulları faizi ilə birlikdə bankdan götürmələrini bildirmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikaha girmiş, tərəflər arasıdna nikah Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər birgə nikah dövründə, yəni xx xxxx 2013-cü il, tarixli D0000137 nömrəli depozit müqaviləsi üzrə hesabına 3000 manat pul, xx xxxxx 2014-cü il tarixli D0000320 nömrəli depozit müqaviləsi üzrə hesabına 14.400 manat pul mədaxil edilmiş, xx xxxx 2014-cü il tarixdə hesablanmış faizlə birlikdə 4807,68 manat pulu, xx xxx 2015-ci il tarixdə 14.400 manat pulu hesabdan çıxarılmışdır. Daha sonra “Bank VTB (Azərbaycan)” ASC-də İddiaçı adına açılmış xx xxx 2016-cı il tarixli AZ67VTBA**********2915AZN001 nömrəli depozit müqaviləsi üzrə hesabına qoyulmuş 2000 manat pul, xx xxxx 2016-cı il tarixdə hesaba qoyulmuş 1700 manat pul xx xxxxxx 2016-cı il tarixdə hesabdan çıxarılmış, “xxxxxxx” KB ASC-də Cavabdeh adına xx xxxx 2014-cü il tarixdə hesaba qoyulmuş 5000 manat pul, Cavabdeh adına xx xxxxxx 2014-cü il tarixdə hesabd qoyulmuş 6600 tərəflərin birgə nikahları dövründə hesablardan çıxarılmışdır. Göründüyü kimi, tərəflərin birgə nikahları dövründə bank hesablarıa mədaxil edibhesabdan çıxardıqları pul məbləğləri onların birgə nikahları dövründə, yəni 2013-2016-cı illəri baş vermişdir və tərəflərin nikahları xx xxxxxx 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı iddia ərizəsində cavabdehlə birgə qazancları hesabına əldə etdikləri ümumi 37507,68 manat pulun 50%-i, yəni 18753,84 manat hissəsinin cavabdehin onu döyərək evdən qovduğu üçün həmin pulları evdən götürə bilmədiyindən həmin məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını göstərmişdir. Lakin iddiaçı birgə nikah dövründə bank hesablarına qoyulub daha sonra hesablardan çıxarılmış pulların birgə nikahları dövründə onların ümumi xərclərinə sərf edilmədiyini, eyni zamanda 37507,68 manat məbləğində pulun evdən çıxarkən evdə qalmasına, həmin məbləğlərin yalnız cavabdeh tərəfindən xərclənməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X13 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşsə də iddiaçı öz tələblərini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində tələb etdiyi pulun hazırki gündə mövcudluğunu, həmin məbləğdə pulun cavabdehdə qalmasını qalmasını sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı sayır və hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar