Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2054/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul» tələbinə dair iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(060)- 2785/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3447 (üç min dörd yüz qırx yeddi) manat və Cavabdeh2 3520 (üç min beş yüz iyirmi) manat toplam olaraq 6967 (altı min doqquz yüz altmış yeddi) manat pulun və iddia ərizəsi üçün məhkəməyə ödənilən 90 (doxsan) manat pulun cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-2785/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 3447 (üç min dörd yüz qırx yeddi) manat və Cavabdeh2 3520 (üç min beş yüz iyirmi) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-2785/2023 saylı qətnaməsindən narazı qalaraq, 02 sentyabr 2023cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişlər və ərizə verərək apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, Cavabdeh1 qızı, Qəıribov Vüqarın isə həyat yoldaşı olan şəxsin xəstəxanada əməliyyat olunması ilə bağlı xərcləri çox çıxdığından apellyasiya şikayəti üçün tələb olunan dövlət rüsumunun ödəməyə maddi imkanları olmaması səbəbindən müddət ötürülmüşdür. Bununla əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-2785/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(060)-2785/2023 saylı qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)- 2785/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh1 məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan 3447 manat, Cavabdeh2 3520 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə məhkəmədə baxılarkən qızı X2 ağır tibbi əməliyyat keçirmiş, zəng edərək işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Ertəsi günü məhkəməyə gedərkən ona qətnamənin surəti verilmişdir. xx.xx.2023-cü il tarixdə qızı əməliyyat olunmuş, xx.xx.2023-cü il tarixə kimi Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə almışdır. (Xəstəxanadan çıxarılarkən qızının vəziyyəti orta ağır olmuşdur.) Xəstəxanada müalicə etdirmək imkanları olmadığından və yataqxana şəraitində yaşadıqlarından məcburiyyət qarşısında qalıb qızını Ağsu rayonuna aparmışlar. Başından açıq əməliyyat keçirmiş 2-ci qrup əlil olan həyat yoldaşı ve 2-ci qrup əlil olan o, qızına va qızının 1-ci qrup ruhi xəstə olan oğlu xx.xx.2004-cü il təvəllüdlü X5 baxmalı olmuşlar. Bu ərəfədə yaxın qohumları vəfat etmişdir. Maddi cəhətdən böyük sıxıntı keçirmişlər. Onun 2-ci qrup əlil kimi pensiya kartı, həyat yoldaşı X1 pensiya kartı, nəvəsi X4 pensiya kartı İddiaçı olduğundan dövlət rüsumunu ödəmək və vəkilin xidmətindən istifadə edərək elektron qaydada apellyasiya şikayəti vermək imkanı olmamışdir. Yalnız bir neça dəfə müraciət etdikdən sonra nəhayət xx.xx.2023-cü il tarixdə bank onun iddiaçıda olan kartını bağlamışdır. Məhkəmənin qərardadda göstərdiyi dəlillərlə razı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarıxli Qərarına əsasən "qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Qətnamədən dövlət rüsumu ödəmədən əlyazma şəklində dəftərxanaya şikayət verməyə cəhd etmiş, lakin dəftərxana şikayətini qəbul etməmişdir. Hesab edir ki, ailənin bütün pensiya kartlarının iddiaçıda olması, müalicəyə ehtiyacı olan ailənin maddi vəziyyətinin ağır olması, hətta yavan çörək almağa imkanın olmaması vəsatatin təmin olunması üçün əsas hesab edilə bilinər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2785/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Gülnarə Tağızadə). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(060)-2785/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-2785/2023 saylı qətnaməsi 22 iyun 2023-cü il tarixdə cavabdehlər tərəfindən məhkəmənin “qətnamənin surətinin tərəflərə göndərilmə” məktubuna şəxsən imza edilməklə qəbul edilmiş, cavabdehlərin sözügedən qətnamədən şikayət vermə müddətinin axımı 22 iyun 2023-cü il tarixdən başlamış, xx.xx.2023-cü il tarixdə başa çatmış, məhkəmə qətnaməsi 24 iyul 2023-cü il tarixdə icraya yönəldilmişdir. Cavabdehlər apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə 02 sentyabr 2023-cü il tarixdə, 2 aydan da artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Cavabdehlər qətnamədən şikayət verilmə müddətinin üzrlü hesab edilməsinin əsası kimi dövlət rüsumunun ödəməyə imkanının olmaması ilə əsaslandırsalar da, həmin dəlillər məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə cavabdehlər qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən və bununla bağlı dəlilləri formal xarakter olmaqla əsaslandırılmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərin apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(060)-2785/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2054/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2054/2023
26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver